Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
28-07-2025, 13:56
Sabit tariflərlə bağlı qanun qüvvəyə mindi - Prezident TƏSDİQLƏDİ


Sabit tariflərlə bağlı qanun qüvvəyə mindi - Prezident TƏSDİQLƏDİ

“Elektroenergetika haqqında” qanun layihəsində dəyişiklik qüvvəyə minib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Dəyişiklik elektroenergetika sektorunda sabit tarifin tətbiq olunmasını nəzərdə tutur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
Qeyd edək ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
28-07-2025, 13:53
Amin Musayev ermənilərin məhkəməsində ifadə verdi: - "Hər gün işgəncə verirdilər"


Amin Musayev ermənilərin məhkəməsində ifadə verdi: - "Hər gün işgəncə verirdilər"

İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.
O, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub. O, avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.
“Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə isti su tökürdülər”.
O, dekabrın 14-də Azərbaycana təhvil verilib. Əsirlikdən qayıtdıqdan sonra dörd dəfə əməliyyat olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
28-07-2025, 13:51
Lökbatanda yanğın törədən şəxs saxlanıldı


Lökbatanda yanğın törədən şəxs saxlanıldı

İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.
28-07-2025, 12:58
Xankəndidə yanğın törədən şəxs həbs edildi


Xankəndidə yanğın törədən şəxs həbs edildi

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.

27-07-2025, 23:05
Azərbaycanda ZƏLZƏLƏ


Azərbaycanda ZƏLZƏLƏ

Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 21.35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub.
Zəlzələ ocağı Yerin 31 km dərinliyində yerləşib.
Zəlzələ hiss olunmayıb.
27-07-2025, 22:45
Almaniyada qatar relsdən çıxdı - Ölənlər var


Almaniyada qatar relsdən çıxdı - Ölənlər var

Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.
Qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.
DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.
“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.
Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.
27-07-2025, 22:34
63 yaşlı kişi qətlə yetirildi


63 yaşlı kişi qətlə yetirildi

Yevlax şəhərində 63 yaşlı kişi qətlə yetirilib.
1962-ci il təvəllüdlü İlham Mirzəyev mübahisə zəminində bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
27-07-2025, 21:57
Qardaş ölkə alovlar içində - FOTO


Qardaş ölkə alovlar içində - FOTO

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınları davam edir.
Bursa şəhərinin Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə başlayan yanğın yaşayış yerlərinə çatıb, bəzi binalar yanıb.
Təhlükə səbəbindən 3 kənddə 1765 nəfər təxliyə olunub, bəziləri evlərinə qayıtsa da, təhlükə tam sovuşmayıb.
Yanğınla mübarizə zamanı 38 yaşlı yanğınsöndürən Ramazan Şaşkın infarkt keçirərək həlak olub.
Həm havadan, həm qurudan minlərlə insan və yüzlərlə texnika alovlara qarşı səfərbər olunub. Karabükdə 1839 nəfər təxliyə edilib, alovlar Ankara yoluna qədər çatıb.
Kahramanmaraşda isə çətin keçilən qayalı ərazilərdə yanğın davam edir. Rəsmi qurumlar riskin oktyabra qədər davam edə biləcəyini bildirir və əhaliyə diqqətli olmağı tövsiyə edir.

















27-07-2025, 21:36
Bilgəhdə dənizdə batan var


Bilgəhdə dənizdə batan var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
27-07-2025, 20:36
Azərbaycan elmini tanıdan bio-fizik


Azərbaycanı və Azərbaycan elmini
dünyada tanıdan görkəmli bio-fizik
professor Süleyman Allahverdiyev


Biofizika sahəsi üzrə dünyanın ən nüfuzlu alimlərindən biri kimi tanınmış həmyerlimiz, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının Fundamental Biologiya Problemləri İnstitutunun baş elmi işçisi, K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının müdiri və baş elmi işçisi, Rusiyanın əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmlər doktoru, professor Süleyman İfxan oğlu Allahverdiyevin 1 avqust 2025-ci il tarixində 75 yaşı tamam olur.
Allahverdiyev Süleyman İfxan oğlu 01.08.1950-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (keçmiş Krasnoselo) rayonunun Çaykənd kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Atası Allahverdiyev İfxan Məmmədkərim oğlu və anası Alıyeva Aşa Hüseyn qızı Çaykənd kolxozunda müxtəlif işlərdə çalışmışlar.
Allahverdiyev Süleyman ilk təhsilini doğulduğu Çaykənd kəndində səkkizillik məktəbdə almış və oranı bitirdikdən sonra qonşu Gölkənd kəndindəki orta məktəbdə orta təsilini uğurla başa vurmuşdur. Eyni zamanda təhsilini Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti - ADU) fizika fakültəsində davam etdirmiş və oranı 1973-cü ildə müvəffəqiyyətlə bitirmişdir.
Universitet illərindən sonra ali təhsilli mütəxəssis kimi doğulduğu Çaykənd kəndinə qayıtmış və orada bir müddət (1973-1977-ci illər) Bala Əfəndiyev adına orta məktəbdə fizika müəllimi işləmişdir. Lakin elmi axtarışlara böyük marağı olan Süleyman Allahverdiyev 1977-ci ildə AMEA-nın Əkinçilik institutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi “Bitgi fiziologiyası” laboratoriyasında biofizik kimi elmi isə baslamısdır. Elə həmin il, o, SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunda (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) “biofizika” ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.
1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino səhəri) biofizika üzrə namizədlik dissertasiyası müdafiə etmiş və fizika- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra Süleyman Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda elmi araşdırmalarını davam etdirmiş və apardığı elmi tədqiqat işlərini yekunlaşdıraraq 2002-ci ildə REA-nın Timiryazyev adına Bitki Fiziologiyası İnstitutunda "Bitkilərin fiziologiyası və biokimyası" ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.
S. Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistem (FS-2) fotosintez zamanı elektron-nəqliyyat zəncirində gedən proseslərin əsasını təşkil edir. Bu tədqiqatların nəticəsi fotosintez prosesində ilkin mexanizmlərin elektronların ötürülməsi zamanı mümkün olan energetik və kinetik sxem bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.
S. Allahverdiyevin əldə etdiyi elmi nəticələrin məcmusu əsasında FS-2-nin bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stress şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılmış, bitkilərin fotosintez aparatının əlverişsiz ətraf mühit şəraitinə uyğunlaşdırılmasının molekulyar mexanizmləri tədqiq edilmişdir.
S. Allahverdiyev tərəfindən duz stressinə qarşı FS-2-nin dayanıqlığında canlı hüceyrələrin rolu müəyyən edilmiş və FS-2-nin ətraf mühitin stress amillərinə müqavimətini yetərincə gücləndirən gen mühəndisliyi yolları aşkarlanmışdır.
Hazırda o, nanobiotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılması ilə bağlı tədqiqatlarda fəal iştirak edir. Bu tədqiqatlar gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcəkdir.
S.Allahverdiyevin elmi araşdırmalarının nəticələri müntəzəm olaraq Chemical Reviwers, Proceedings of National Academy of Science USA, "The EMBO Journal, J.Photochem Photobiol, Photosynthesis Research, FEBS Letters və s. kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilir. O, bu və digər elmi jurnallarda bir sıra icmal məqalələrin, habelə xaricdə nəşr edilən elmi kitablarda 39 fəslin müəllifidir. Bütün bunlar onun elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınmasına sübutdur. Alim dəfələrlə müxtəlif beynəlxalq jurnalların xüsusi buraxılışlarının redaktoru kimi dəvət olunub.
S.Allahverdiyev bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların (15-dən çox), o cümlədən, Biochimica et Biophysica Acta (BBA-Bioenergetics), İnternational Journal of Hydrogen Energy, Journal of Photochemistry and Photobiology B.Biology, Frontiers in Plant Physiology və s. jurnalların redaksiya heyətinin üzvüdür.
Beynəlxalq elmi istinada və Hirş indeksinin məlumatına görə Süleyman Allahverdiyevin elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 27 000 və 79-dur. O, belə yüksək sitat (istinad) reytinqi (26 000- dən çox) olan yeganə azərbaycanlıdır.
S.Allahverdiyev 2018–2023-cü illərdə Thomson Reuters-WoS (Clarivate Analytics) tərəfindən müstəsna tədqiqatları ilə seçilən ən yüksək istinad edilən dünya səviyyəli tədqiqatçılardan biri kimi tanınmış və dünyanın ən çox istinad olunan top 1% alimləri siyahısına daxil edilmiş və “Scopus Awards Russia” mükafatına layiq görülmüşdür. S.Allahverdiyevin belə bir mötəbər siyahıya daxil edilməsi onun fotosintez və əlaqəli sahələrin öyrənilməsinə verdiyi əvəzsiz töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
O, 2022-ci ildən etibarən hər il Research.com reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur.
S.Allahverdiyev müxtəlif illərdə 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan, koreya və s.) dəvətli professor kimi çalışıb.
İndiyə qədər Rusiyada, eləcə də başqa xarici ölkələrdə keçirilən 90-dan çox beynəlxalq elmi konfranslarda iştirak edib. Dünyanın 60-dan çox ölkəsində o cümlədən, Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. ölkələrdə müxtəlif illərdə dəvətlə işləmiş və mühazirələr oxumuşdur. O, həm də Yaponiya, Kanada, Hindistan, Macarıstan, Almaniya, Sinqapur, ABŞ, İsveç və s. ölkələrin elmi - tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rəhbər və iştirakçıdır. O böyük uğurla keçən "Postegenom dövrdə Fotosintez, biofizikadan molekulyar biologiyaya qədər" (Kanada - 2004), "Fotosintezlərin struktur və funksiyası" (Puşşino 2006, 2014, 2016), "Davamlı inkişaf üçün Fotosintez tədqiqatları" (2011, 20013, 2018 Bakı, Azərbaycan), (2015 Krit Yunanıstan), "Davamlı inkişaf üçün Fotosintez və hidrogen enerji tədqiqatları" (2017, Heydərabad, Hindistan, 2019, Sankt Peterburq, 2023, Istanbul), beynəlxalq elmi konfransların təşkilatçısı olub.
S.Allahverdiyev həm də Rusiya Elmlər Akademiyasının Bitki fiziologiyası İnstitutunun “İdarəolunan fotobiosintez” laboratoriyasının rəhbəri, Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin “Bitki fiziologiyası” kafedrasının, eləcə də Moskva fiziki-texnika institutunun molekulyar və hüceyrə biologiyası kafedrasının professorudur.
S. Allahverdiyev 2019-cu ildə Rusiya Elmlər Akademiyasının K.A.Timiryazyev adına mükafatını almış, 2021-ci ilin beynəlxalq "Qlobal enerji" mükafatına layiq görülmüş, 2024-cü ildə Beynəlxalq Hidrogen Mükafatı laureatı olmuş, həmçinin, Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medal sahibidir.
Bütün mənalı həyatını vətəndən uzaqlarda yalnız elmə həsr etmiş, məşğul olduğu elmi istiqamətdə qazandığı möhtəşəm uğurları ilə dünya alimləri sırasında Azərbaycanı layiqincə təmsil edən həmyerlimizi bu yubiley günü münasibətilə təbrik edir, ona hər şeydən əvvəl möhkəm can sağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Fərman MƏMMƏDOV
Azərbaycan Dillər
Universitetinin dosenti


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!