20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
24-12-2025, 22:59
Gürcüstanda sabiq DTX rəisi həbs edildi


Gürcüstanda sabiq DTX rəisi həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilini qətimkan tədbiri olaraq həbs cəzasına məhkum edib.
Qərar dekabrın 24-də axşam saatlarında elan edilib.
İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib.
Məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.
Məlumat üçün bildirək ki, prokurorluğa dindirilmək üçün gələn Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili dekabrın 23-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutan maddələri ilə təqsirli bilinir. Günahı sübuta yetirilərsə, sabiq DTX rəisini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
24-12-2025, 22:18
İlham Əliyev ad günündə ailəsi ilə birlikdə - FOTO


İlham Əliyev ad günündə ailəsi ilə birlikdə — FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən ailə fotosu paylaşıb.
Butov.az həmin paylaşımı təqdim edir:

24-12-2025, 21:56
Texniki Kollecin 21 illik direktoru işdən çıxarıldı


Texniki Kollecin 21 illik direktoru işdən çıxarıldı

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub.
Məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Mətanət Piriquliyeva 2004-cü ildə Təhsil Nazirinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilib.
24-12-2025, 21:45
Faiq Əliyev barəsində hökm ləğv edildi


Faiq Əliyev barəsində hökm ləğv edildi

Rusiyada Smolensk Vilayət Məhkəməsi dekabrın 24-də Smolensk vilayətinin "Milli Konqres" regional ictimai assosiasiyasının rəhbəri, yerli Azərbaycan diasporunun başçısı Faiq Əliyev barəsində çıxarılmış hökmü ləğv edib.
İş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilib.
Faiq Əliyevə hökm bu ilin oktyabrın 16-da Smolenskin Lenin Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı və o, məhkəmə zalında həbs edilmişdi. İctimai xadim və sahibkara ona məxsus restoran tərəfindən istehlak edilən elektrik enerjisinin ödənişi zamanı dələduzluq və bununla bağlı olaraq "Rosseti"nin yerli bölməsinin əməkdaşına rüşvət vermə ittihamları irəli sürülmüşdü.
Məhkəmə ona 4 il müddətinə azadlıqdan məhrumetmə və 8.4 milyon rubl (178 min AZN) məbləğində cərimə cəzası təyin etmişdi.
Müdafiə tərəfi bu hökmü apellyasiya qaydasında şikayət etmişdi. Xüsusilə, vəkil qeyd edib ki, birinci instansiya məhkəməsi Faiq Əliyevin təqsirini etiraf etməsi, peşman olması, hətta cinayət işi üzrə 840 min rubl məbləğində dəymiş ziyanı ödəməsi kimi hallara lazımi qiymət verməyib. Bundan əlavə, o, yalnız müsbət xarakterizə olunub.
Nəticədə vilayət məhkəməsi müdafiə tərəfinin arqumentləri ilə razılaşıb və işi yenidən baxılması üçün göndərib. Bununla belə, təqsirləndirilən şəxs 2026-cı il fevralın 24-dək həbsdə saxlanılıb.
24-12-2025, 21:38
“Fənərbağça”nın prezidenti yenidən saxlanıldı


“Fənərbağça”nın prezidenti yenidən saxlanıldı

İstanbul Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində “Fənərbağça”nın prezidenti Sadəttin Saran saxlanılıb.
Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən aparılan test nəticəsində Saranın narkotik maddə istifadəsi müsbət çıxıb.
Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, onun barəsində narkotik vasitələrin əldə edilməsi, istifadəsinin təşviqi və istifadəsi ilə bağlı əlavə dəlillər ortaya çıxıb. Bu səbəbdən İstanbul Vilayət Jandarma Komandanlığı əməkdaşları tərəfindən Sadəttin Saran saxlanılıb.
24-12-2025, 21:22
Qroznıda qəzaya uğrayan təyyarəyə memorial ucaldıldı


Qroznıda qəzaya uğrayan təyyarəyə memorial ucaldıldı

Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial plitənin açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial plitənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.
O qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial plitə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.
24-12-2025, 20:20
Prezident xəbərdarlıq etdi: "...ayıq olmalıyıq"


Prezident xəbərdarlıq etdi: "...ayıq olmalıyıq"

"Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq".
Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.
"Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik", - Prezident qeyd edib.
24-12-2025, 19:55
"44 günə Ermənistanı böyrü üstə qoyduq”


"44 günə Ermənistanı böyrü üstə qoyduq”

“Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi”.
Bunu Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşü zamanı deyib:
“Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər”.
24-12-2025, 19:31
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi


Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzza sektorunda yaradılması nəzərdə tutulan beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində iştirak etməyə razılıq verən ölkələr sırasındadır.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
O, bu barədə məşhur "The Hugh Hewitt Show" radiosuna müsahibəsində danışıb.
Uoltsun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planı çərçivəsində Qəzzada “Beynəlxalq sabitləşdirici qüvvələr”in formalaşdırılması nəzərdə tutulur. ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton bu kontingentdə Amerika hərbçilərinin yer almasını istəmir.
Onun fikrincə, İsrail ordusunun Qəzzaya qayıdışı genişmiqyaslı müharibə və normallaşma prosesinin tam iflası demək olardı. Bu səbəbdən beynəlxalq formatda qüvvələrin yaradılması planlaşdırılır və Uoltsun iddiasına görə, İndoneziya, Azərbaycan və bir sıra digər ölkələr artıq iştirak etməyə razılıq veriblər.
Azərbaycan hələlik rəsmi münasibət bildirməyib.
24-12-2025, 18:29
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı


Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı

Siyəzən rayonununda 2 yaşlı uşaq avtomobildə yanaraq ölüb.
Hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.
Kənd sakini 2023-cu il təvəllüdlü Bağırlı Seyfəl Hüseynağa oğlu yaşadıqları evin həyətində atasına məxsus “VAZ 2107” markalı avtomobilə oynamaq məqsədilə daxil olub. İlkin ehtimala görə, avtomobil daxilində baş verən qısaqapanma nəticəsində yanıb.
Bədbəxt hadisə nəticəsində Seyfəl Bağırlı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!