20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
24-12-2025, 18:23
Sandu da İlham Əliyevi təbrik etdi


Sandu da İlham Əliyevi təbrik etdi

Moldova Respublikasının Prezidenti Maya Sandudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm".
24-12-2025, 18:05
64 İlin 64 Uğuru...


64 İlin 64 Uğuru...

Azərbaycan Prezidenti İlham Əliyev 64 yaşına ölkənin ən böyük tarixi dönüşlərinin müəllifi kimi daxil olur. Onun 22 illik hakimiyyəti dövründə Azərbaycan təkcə regional siyasətin deyil, qlobal proseslərin mühüm iştirakçısına çevrilib. Ən əsası - dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edərək yeni reallıqlar dövrünə qədəm qoyub.
Butov.az olaraq Prezident İlham Əliyevin 64 illik ömür yolunda, xüsusilə son illərdə ölkənin inkişaf xəritəsini dəyişən 64 uğurunu təqdim edir.

Ərazi bütövlüyünün tam bərpası: 30 illik həsrətə son qoyaraq Azərbaycanın suverenliyini hər bir qarış torpağımızda təmin etdi.

Vətən Müharibəsi Zəfəri: 44 gün ərzində ordunu zəfərə apararaq Ermənistanı kapitulyasiyaya məcbur edən hərbi-siyasi strategiya.

Şuşanın azad edilməsi: "Şuşasız işimiz yarımçıq qalar" deyərək şəhəri unikal əməliyyatla azad etdi və mədəniyyət paytaxtımızı bizə qaytardı.

Lokal antiterror tədbirləri (2023): 23 saatlıq qətiyyətli əməliyyatla separatçı rejimin kökünü kəsdi və Xankəndidə dövlət bayrağını ucaltdı.

Ramil Səfərovun ekstradisiyası: Macarıstanda həbsdə olan zabitimizin böyük diplomatik səylərlə vətənə gətirilməsi və azadlığa qovuşması milli qürurun bərpası idi.

Laçın sərhəd-buraxılış məntəqəsi: Sərhəddə tam nəzarətin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq tamamlandı.

"Qarabağ Azərbaycandır!" bəyanatı: Münxen Təhlükəsizlik Konfransı kimi platformalarda düşməni faktlarla susduraraq dünya rəyini dəyişdi.

BMT Təhlükəsizlik Şurasına üzvlük: Azərbaycanın 155 ölkənin dəstəyi ilə bu mötəbər qurumun qeyri-daimi üzvü seçilməsi diplomatiyamızın zirvəsi idi.

Qoşulmama Hərəkatına uğurlu sədrlik: Dünyanın ikinci böyük siyasi təşkilatına 4 illik rəhbərlik dövründə Azərbaycan "beynəlxalq hüququn müdafiəçisi" statusunu qazandı.

Şuşa Bəyannaməsi: Türkiyə ilə münasibətlərin rəsmi müttəfiqlik səviyyəsinə yüksəldilməsi ilə ölkənin təhlükəsizlik zəmanəti möhkəmləndi.

COP29-un Bakıda keçirilməsi: Dünyanın ən böyük iqlim sammitinə ev sahibliyi hüququnun alınması ölkənin artan qlobal nüfuzunun təsdiqidir.

Türk Dövlətləri Təşkilatının güclənməsi: Türk dünyasının vahid gücə çevrilməsi yolunda atılan strateji addımlar və liderlik.

İslam Həmrəyliyi: Müsəlman ölkələri ilə qurulan sıx əlaqələr və Azərbaycanın bu dünyada mənəvi liderlərdən birinə çevrilməsi.

Vaksin diplomatiyası: Pandemiya zamanı "vaksin millətçiliyinə" qarşı beynəlxalq etirazın lideri və 80-dən çox ölkəyə yardım edilməsi.

Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısının rekord müddətdə – 8 ayda inşası.

Zəfər Yolu: Şuşaya çəkilən və azadlığın rəmzinə çevrilən möhtəşəm infrastruktur layihəsi.

Ağıllı kənd (Ağalı): Dağıdılmış ərazilərdə ən müasir texnologiyalarla ilk yaşayış məntəqəsinin qurulması.

Zəngilan və Laçın hava limanları: Şərqi Zəngəzurun strateji və logistik əhəmiyyətini artıran hava limanları şəbəkəsi.

Qarabağ Universiteti: Xankəndidə təhsilin bərpası və gənclərin bölgəyə qayıdışının təmin olunması.

Tarixi abidələrin bərpası: Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi və "İmarət" kompleksinin yenidən qurulması.

Xarıbülbül festivalı: Şuşada mədəniyyət ənənələrinin bərpası və dünyaya tanıdılması.

Cənub Qaz Dəhlizi: Avropanın enerji xəritəsini dəyişən nəhəng 3500 km-lik layihənin başa çatdırılması.

TANAP və TAP: Azərbaycan qazının Türkiyə və İtaliyaya qədər təhlükəsiz nəqli.

Bakı-Tbilisi-Qars dəmir yolu: Şərqlə Qərbi birləşdirən strateji "Dəmir İpək Yolu".

Ələt Azad İqtisadi Zonası: Ölkənin qeyri-neft sektorunda xarici investisiya cəlbi üçün yaradılan nəhəng mərkəz.

Yaşıl Enerji zonası: Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mərkəzinə çevrilməsi strategiyası.

Valyuta ehtiyatlarının idarə olunması: Dövlət Neft Fondunun vəsaitlərinin qorunması və xarici borcun kəskin azaldılması.

Şimal-Cənub dəhlizi: Tranzit potensialının artırılması və Azərbaycanın əsas qovşağa çevrilməsi.

Müasir hərbi arsenal: PUA və uzaqvuran raketlərlə ordunun dünyanın ən güclü 50 ordusu sırasına çıxarılması.

Komando birlikləri: Türkiyə modelinə uyğun peşəkar və mobil döyüş birləşmələrinin yaradılması.

Hərbi sənaye kompleksi: Azərbaycanın öz silahlarını, zirehli texnikalarını və dronlarını istehsal etməsi.

Hərbi Qənimətlər Parkı: Qələbənin əbədiləşdirilməsi və düşmən məğlubiyyətinin vizual sübutu.

Sərhəd təhlükəsizliyi: İşğaldan azad edilmiş sərhədlərdə onlarla yeni hərbi hissə və zastavanın qurulması.

ASAN Xidmət: Korrupsiyaya qarşı mübarizə və vətəndaş-məmur təmasının minimallaşdırılması üzrə Azərbaycan brendi.

DOST mərkəzləri: Sosial xidmətlərin "bir pəncərə" prinsipi ilə şəffaf şəkildə təqdim edilməsi.

Kosmik dövlət statusu: "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin orbitə ucaldılması.

Vitse-prezidentlik institutu: İdarəetmə islahatları və dövlət mexanizminin çevikliyinin artırılması.

Rəqəmsal hökumət: Bütün dövlət sənədləşməsinin elektron müstəviyə keçirilməsi.

Yüksəliş müsabiqəsi: İntellektual gənclərin idarəetməyə cəlb olunması üçün kadr islahatı.

Minimum əməkhaqqı və pensiya artımları: Sosial paketlər vasitəsilə əhalinin rifahının mütəmadi yaxşılaşdırılması.

Şəhid ailələrinə mənzil təminatı: Bütün şəhid ailələrinin və qazilərin mənzil və maşınla təmin olunması proqramı.

İcbari tibbi sığorta: Səhiyyə xidmətlərinin bütün ölkə üzrə pulsuz və keyfiyyətli təşkili.

Məktəb tikintisi: Ölkədə 3500-dən çox məktəbin tikilməsi və ya əsaslı təmiri.

Xaricdə təhsil proqramı: Minlərlə gəncin dünyanın TOP universitetlərində dövlət hesabına oxuması.

Modern xəstəxanalar: Regionlarda ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzlərin açılışı.

Avropa Oyunları (2015): İlk Avropa Oyunlarının Bakıda möhtəşəm təşkili.

İslam Həmrəyliyi Oyunları: İslam dünyasının idman bayramına ev sahibliyi.

Formula 1 yarışları: Bakı şəhər dövrəsinin qlobal idman xəritəsinə salınması.

Bakı Prosesi: Mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilən qlobal təşəbbüs.

Heydər Əliyev Mərkəzi: Bakının müasir memarlıq rəmzi və dünyaca məşhur sənət mərkəzi.

Multikulturalizm siyasəti: Tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılması.

Qərbi Azərbaycana qayıdış konsepsiyası: Tarixi torpaqlarımıza dinc qayıdış hüququnun beynəlxalq gündəliyə salınması.

Regionların inkişafı proqramları: Rayonlarla paytaxt arasındakı infrastruktur fərqinin aradan qaldırılması.

Oğuz-Qəbələ-Bakı su kəməri: Paytaxtın içməli su probleminin strateji həlli.

Yolların modernləşdirilməsi: Azərbaycanın yol keyfiyyətinə görə dünyada qabaqcıl yerlərə çıxması.

Dəmir yolu parkının yenilənməsi: Müasir sürət qatarlarının işə salınması.

Bakı Beynəlxalq Dəniz Limanı: Regionun ən böyük loqistik habı.

Su anbarlarının inkişafı: Suvarma və enerji üçün Şəmkirçay və Taxtakörpü anbarlarının tikilməsi.

Milli Həmrəylik günü: 44 günlük müharibə dövründə xalqın "Dəmir Yumruq" ətrafında birləşməsi.

Gənclər siyasəti: Gənclərin könüllülük hərəkatı və dövlət idarəçiliyində rolunun artırılması.

Siyasi dialoq: Müxtəlif siyasi partiyalarla konstruktiv əməkdaşlıq mühitinin yaradılması.

Dini dəyərlərin qorunması: Təzəpir, Bibiheybət kimi inanc yerlərinin bərpası

Beynəlxalq mediada hücumların dəf edilməsi: Qərb mediasında ("BBC", "Al Jazeera") Azərbaycanın maraqlarının şəxsən Prezident tərəfindən qorunması.

Müstəqil xarici siyasət: Heç bir blokdan asılı olmayan, yalnız Azərbaycanın milli maraqlarına söykənən prinsipial mövqe.
24-12-2025, 17:47
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi... - YENİLƏNİB


Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi... - YENİLƏNİB

Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var.
Bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”.
"Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. ...Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir".
Bu sözləri də Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.
“Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar”, - deyə dövlətimizin başçısı qeyd edib.
24-12-2025, 17:29
Dövlət başçısı: Sülh müqaviləsinin müəllifi bizik


Dövlət başçısı: Sülh müqaviləsinin müəllifi bizik

Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik.
Bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb: “Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.
24-12-2025, 17:07
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB


Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinə köçən sakinlərlə görüşüblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat veribi.
Bildirilib ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.





24-12-2025, 16:27
Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi


Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi

Hər kəsə bildirin ki, keçmişdə olduğu kimi, bu gün də sülh və əmin-amanlığın tərəfindəyik. Amma bu, ədalətsizliyə göz yumacağımız və ya zülm qarşısında susacağımız mənasına gəlmir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən deyib.
"İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də başqa bir yerdə olsun, nə heç kimin haqqını tapdalamarıq, nə də haqqımızın tapdalanmasına icazə verəcəyik".
O qeyd edib ki, ölkəsi terror bəlasından qurtulmaq üzrədir.
"Biz siyasi mənfəət güdmürük. Türkiyənin qarşısında açılan fürsət pəncərəsini tam şəkildə istifadə etməyə və ölkəmizi terror bəlasından əbədi olaraq qurtarmağa çalışırıq".
24-12-2025, 16:22
Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub


Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşlarının - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad - cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Səbail Rayon Məhkəməsində təqsirləndirlən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il avqustun 17-də Azərbaycana 5 günlük turist kimi gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
24-12-2025, 16:18
Yaponiyada 126 ilin doğum antirekordu


Yaponiyada 126 ilin doğum antirekordu

Bu ilin yekunlarına əsasən, Yaponiyada doğum nisbətinin 1899-cu ildən bəri ən aşağı həddə olacağı gözlənilir.
Bu barədə "Asahi" qəzeti statistik məlumatlara əsaslanaraq yazıb.
Qəzetin proqnozuna görə, 2025-ci ildə doğum sayı 667.500 olacaq, 2024-cü ildə isə bu rəqəm 686.100 idi. Bu proqnoza yalnız Yaponiya vətəndaşlarından doğulan uşaqlar daxildir.
Demoqrafik vəziyyət Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun əvvəllər proqnozlaşdırdığından xeyli pisləşib. Məsələn, 2023-cü ildə 2025-ci il üçün verilən orta proqnoz 749.000 doğum olub. "Asahi" qəzetinin istinad etdiyi qiymətləndirmə, hətta 681.000 uşağın doğulacağını proqnozlaşdıran ən pis ssenaridən də xeyli aşağıdır. Əhali İnstitutunun orta proqnozuna görə, ildə 666.000 doğum nisbəti yalnız 2041-ci ilə qədər gözlənilirdi.
Son illərdə ölkədə rekord dərəcədə aşağı doğum nisbətləri yaşanıb və cəmiyyətin qocalması müşahidə olunub. Bu, əmək qabiliyyətli əhalinin azalmasına və işçi qüvvəsinin çatışmazlığına səbəb olur.
24-12-2025, 16:05
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
24-12-2025, 15:50
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ


Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!