Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
27-07-2025, 13:17
Məbəddə izdiham - 8 nəfər öldü


Məbəddə izdiham - 8 nəfər öldü

Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb.
Minlərlə zəvvar dar pilləkənlə təpənin başında yerləşən Mansa Devi məbədinə doğru gedib. İlkin məlumatlara görə, elektrik kabelinin düşməsi ilə zəvvarlar arasında çaxnaşma başlayıb.
İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar və izdiham başlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
27-07-2025, 12:59
Anası ilə birlikdə baltalanan qadın öldü


Anası ilə birlikdə baltalanan qadın öldü

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.
İki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.
Hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazovun anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirdiyi, daha sonra yaşadıqları evi yandırdığı bildirilir.
Qeyd edək ki, hadisə zamanı S.Həsənova dünyasını dəyişmişdi.
Faktla bağlı araşdırma aparılır.
27-07-2025, 12:24
Türkiyədə meşə yanğını - Əhali təxliyə edilir


Türkiyədə meşə yanğını - Əhali təxliyə edilir

Türkiyənin Bursa vilayətində meşə yanğını səbəbindən təxliyə edilən sakinlərin sayı təxminən iki minə çatıb.
Yanğın Gürsu və Kestel rayonlarında dağlıq ərazidə baş verib, güclü külək səbəbindən yanğın sürətlə böyüyüb.
Qarahıdır, İğdır və Avdancık kəndlərində 480 evin 1765 sakini təxliyə edilib.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu keçirdiyi brifinqdə Gürsudakı yanğının lokallaşdırıldığını, lakin onun tam aradan qaldırılmadığını bildirib. Onun sözlərinə görə, yanğının söndürülməsinə 1,8 minə yaxın yanğınsöndürən və 500-ə yaxın texnika cəlb olunub.
Daha əvvəl bağlanan Bursa-Ankara avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa edilib.
Yanğınlar zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən gün Türkiyə hakimiyyəti anomal istilər fonunda irimiqyaslı meşə yanğınları ilə əlaqədar Mersin və Karabük əyalətlərinin bir sıra rayonlarının 1,3 mindən çox sakinini təxliyə edib.
27-07-2025, 12:13
Bakıda 37 dərəcə isti, bəzi rayonlarda dolu


Bakıda 37 dərəcə isti, bəzi rayonlarda dolu

İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
27-07-2025, 11:45
Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio


Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir.
Bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib.
Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.
Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir.
“O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.
27-07-2025, 11:30
Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır


Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır

Rusiya raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırır ki, payızda Ukraynaya qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilsin.
Bu proqnozu ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri veriblər.
Analitiklər qeyd ediblər ki, son zamanlar ruslar hücumlar üçün daha çox raketlərdən istifadə edirlər və müxtəlif mənbələr Rusiyanın müdafiə sənayesinin raket və pilotsuz uçuş aparatlarının istehsal gücünü artırdığını göstərir.
ISW hesab edir ki, əgər Rusiyanın PUA-dan istifadə modeli dəyişməzsə, 2025-ci ilin noyabrına qədər Rusiya bir gecədə Ukraynaya 2000-ə qədər dron buraxa bilər.
Bu səbəbdən İnstitut Qərbin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi üçün təcili yardıma ehtiyac olduğunu vurğulayıb. Analitiklər xüsusilə ABŞ-ın Patriot sistemlərinin tədarükünün vacibliyini qeyd ediblər, çünki bu sistemlər Rusiya ballistik raketlərinə qarşı effektiv mübarizə apara bilir.
27-07-2025, 11:16
Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidəki yanğınlar SÖNDÜRÜLDÜ


Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidəki yanğınlar SÖNDÜRÜLDÜ

Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb.
Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.
Əlavə məlumat veriləcək.

27-07-2025, 10:43
Danışıqlar bəzən ingilis, bəzən isə rus dilində aparıldı - Hikmət Hacıyev


Danışıqlar bəzən ingilis, bəzən isə rus dilində aparıldı - Hikmət Hacıyev

Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.
Hikmət Hacıyev müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və sülh danışıqlarının perspektivləri barədə ətraflı məlumat verib.
Abu-Dabi şəhərində keçirilən son görüşlərə toxunan Hikmət Hacıyev bildirib ki, erməni həmkarları ilə danışıqlar bəzən ingilis, bəzən isə rus dilində aparılıb. Onun sözlərinə görə, danışıqların konstruktiv ruhda keçməsi müsbət haldır və ən önəmlisi, artıq sülh prosesi yalnız Azərbaycan və Ermənistanın nəzarətindədir:
“Bütün sülh prosesi artıq bizim öz əlimizdədir. Artıq nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ bu prosesdə iştirak edir. Sadəcə azərbaycanlılar və ermənilər eyni masa arxasında əyləşiblər. Biz sivil və birbaşa dialoq aparmışıq. Necə dinc yanaşı yaşamağı bizə heç kimin öyrətməsinə ehtiyac yoxdur”.
Sülh prosesində müvəqqəti durğunluq görüntüsünə münasibət bildirən Hikmət Hacıyev bunun səbəbini Ermənistandakı daxili proseslərlə, xüsusilə də gözlənilən konstitusiya dəyişikliyi ilə əlaqələndirib:
“Biz Ermənistandakı konstitusiya dəyişikliyini gözləyirik ... Bu məsələlərdə beynəlxalq təcrübə və presedentlər də mövcuddur”.
27-07-2025, 10:30
Sərnişin qayığı batdı - 25 ölü


Sərnişin qayığı batdı - 25 ölü

Nigeriyanın Niger ştatında yerləşən çayda sərnişin daşıyan qayığın batması nəticəsində 25 nəfər həyatını itirib.
Yerli mətbuatda yer alan məlumatlara görə, Niger ştatının Munya bölgəsindən bazara yollanan sərnişinlərin mindiyi qayıq Şiroro bölgəsində batıb.
Hadisə zamanı ilkin məlumatlara əsasən 25 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.
Rəsmi şəxslər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq faciələri baş verir.
27-07-2025, 10:22
İsrail Qəzzaya humanitar yardıma İCAZƏ VERƏCƏK


İsrail Qəzzaya humanitar yardıma İCAZƏ VERƏCƏK

İsrailin Müdafiə Ordusu iyulun 26-da axşam Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək.
Qeyd edilir ki, humanitar yardımın hava ilə çatdırılması əməliyyatı Fələstin ərazilərində İsrail hökumətinin Koordinasiya Ofisi və İsrail Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında humanitar təşkilatlar, ordu ilə əlaqələndiriləcək.
Həmçinin bildirilir ki, BMT konvoylarının təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi humanitar dəhlizlərin təşkili barədə qərar qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!