Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                        Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim" .....                        Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi? .....                        Həbs edilən icra başçısı bu məmurun dayısı imiş .....                        “Yuevntus”un yeni baş məşqçisi məlum oldu .....                        TİKA sədri Hikmət Hacıyevlə görüşdü .....                       
Tarix : 5-05-2017, 18:05
“Expressbank”ın əməliyyat sistemində nasazlıq yaranıb

“Expressbank” ASC-nin əməliyyat sistemində problem yaranıb. Butov.az xəbər verir ki, “Report”-ın Bankın müştərilərindən əldə etdiyi məlumata görə, Banka aid “Expresspay” terminalları ilə kart hesabına ötən gün pul yatıran müştərilərin vəsaitləri hələ də hesablarına köçürülməyib.
“Expressbank”ın 132 nömrəli Qaynar Xəttindən isə bildirilib ki, bu, “MilliKart” Prosessinq Mərkəzinin işi ilə bağlı yaranan problemdir.
Adıçəkilən prosessinq mərkəzindən vəsaitin kart hesabında əks olunmaması səbəbinin bəzi plastik kartların sistemdə yeni kart kimi görünməsi ilə bağlı olduğunu qeyd ediblər: “Müştəri plastik kartını bankın bankomatına daxil edərək PİN kodu yığaraq onu aktivləşdirməlidir”.
Lakin bu əməliyyatı da həyəta keçirən müştərilər problemin həll edilmədiyini vurğulayıblar. Yekunda “Expressbank”dan məsələnin rabitə sistemindəki problemlərlə əlaqəli olduğu bildirilib: "Əməkdaşlarımız problemin həlli ilə məşğuldur. Gün ərzində problem aradan qaldırılacaq və vəsait hesablara köçəcək".
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!