“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
4-10-2021, 13:44
Türkiyə Super Liqasının VIII turunda "Qalatasaray" "Rizəspor"un qonağı olub.

Metbuat.az xəbər verir ki, matç "Qalatasaray"ın 3:2 hesablı qələbəsi ilə bitib.

Belə ki, 5-ci dəqiqədə Məhəmməd Mustafa, 75-ci dəqiqədə Məhəmməd Mustafa, 90+11-ci dəqiqədə Olimpiu Morutanın qolu ilə "Qalatasaray" meydandan qələbə ilə ayrılıb.



Butov.az
4-10-2021, 13:33
Güneyli gənclərdən təlimə gedən İran tanklarına ETİRAZ — VİDEO

İranın Azərbaycana təhdid xarakteri daşıyan hərbi təlimləri bu ölkədə yaşayan onmilyonlarla azərbaycanlıda böyük hiddət və qəzəb yaradıb.

Turkustan.az xəbər verir ki, istər ordu içərisində, istərsə də toplumda İranın Azərbaycana qarşı tutduğu mövqeyə qarşı çeşidli formalarda təpkilər özünü göstərməyə başlayıb.

Təqdim etdiyimiz bu videoda da güneyli gənclər Azərbaycana qarşı hərbi təlimlərə gedən İran texnikasına "Bozqurd salamı" ilə etirazlarını bildiriblər.




Butov.az
4-10-2021, 12:33
Çörəklə bağlı yeni dövlət standartı TƏSDİQ EDİLDİ

İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edilib ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 - “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 - “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib.

Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Butov.az
4-10-2021, 12:30
Dünya bazarında neft qiymətləri


Dünya bazarında neft qiymətlərində ucuzlaşma qeydə alınıb.

WTI markalı neftin fyuçersləri 0,18 % ucuzlaşaraq, bir bareli 75,74 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin fyuçersləri 0,11 % ucuzlaşaraq, bir bareli 79,19 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”

Butov.az
4-10-2021, 12:20
"Qəbələ icra hakimiyyətində ayrıseçkilik ifrat səviyyədədir..."

7NEWS .az xəbər verir ki, Qarabağ Qazisi Bəhram Nuruyev şikayətçidir: "Dostlar bir məsələni sizinlə paylaşım çünki artıq səbrim çatmır.

Qəbələ Rayon İcra Hakimiyyətinin ayrıseçkiliyi ifrat səviyyədədir. Belə ki rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfə də olsun dəvət edilməmişəm. Özləri seçib, kimi istəyirlər çağırırlar.

Keçən dəfə intihar etdikdən sonra Qazilər üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək "niyə gəlmirsiz" dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa, onu da deyim ki dəfələrlə zəng eləməsəydim o da gəlməyəcəkdi.

İndiyə kimidə dövlət tərəfindən dəfələrlə isdəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək gösdərmişik deməklə başıma vuraraq elə o 200 manatıda zəhər edibdi. Fikrim var işləyib geri ianə edəcəm özləri isdifadə etsinlər.

Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı "siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz" sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.

Haqqım varsa zərrə qədər, icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm.

Siz belə davam edin mən bilirəm neynəyəcəm".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Butov.az
4-10-2021, 12:08
İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” SES-in açılışında - FOTO

Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.

Prezident İlham Əliyev və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası ilə də tanış olub.

Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Dövlətimizin başçısı stansiyaları işə salıb.

Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış olub.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!