Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
7-10-2021, 21:35
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.

Butov.az
7-10-2021, 21:28
Sahibə Qafarova Slovakiyada rəsmi səfərdədir

Oktyabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Oktyabrın 7-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Səfər oktyabrın 9-da başa çatacaq.

Butov.az
7-10-2021, 17:12
Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək - VİDEO

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev ağır zədə alıb.

Butov.az xəbər verir ki, təcrübəli idmançının ayağı sınıb.

Təcrübəli idmançının fərdi məşq zamanı sol ayağı burxularaq ciddi zədələnib.

Buna görə də Ağayev 16-21 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

7-10-2021, 17:07
“Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə” dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara edilən dəyişikliyə əsasən, Əsasnamənin “Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib.

Yeni bəndə görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün, Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması və ödənilməsi , Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi , “Evdə (səyyar) sosial xidmətin göstərilməsi, Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi, Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə də müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb. Fərmanda sözügedən mərkəzlərdə göstəriləcək xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı, habelə həmin xidmətlərin göstərilməsi qaydası müəyyən olunub.

Butov.az
7-10-2021, 17:03
Türkiyə və İran Ankarada siyasi müzakirələr aparacaq

Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılığı altında siyasi müzakirələr aparılacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, sabah Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin başçılığı ilə Ankarada siyasi müzakirə görüşləri keçiriləcək.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Butov.az
7-10-2021, 17:01
Xoşqədəmdən YENİ XƏBƏR

Bir müddət əvvəl Xəzər TV ilə yollarını ayıran əməkdar jurnalist Xoşqədəm Hidayətqızının yeni çalışacağı kanal məlum olub.

Butov.az Manset.az-a istinadla xəbər verir ki, məşhur teleaparıcının artıq ARB TV rəhbərliyi ilə görüşdüyü və razılığa gəlidikləri bildirilib.
Hidayətqızının öz kollektivi ilə noyabrın əvvələrində efirə başlayacağı bildirilib.
7-10-2021, 16:47
Azərbaycanda universitetə yeni prorektor təyin edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Bununla bağlı UNEC məlumat yayıb.

Bildirilib ki, universitetin rektoru Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Neman Muradlı 1986-cı ildə anadan olub. 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb. 2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən “Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. 2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir.

İngilis, türk və Koreya dillərini mükəmməl bilir.

Butov.az
7-10-2021, 16:43
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!