Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
25-10-2021, 18:54
Azərbaycanda daha 1 477 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub.

Bütöv.az
25-10-2021, 18:45
Eldəniz Səlimovun cinayət işi icraata verilib

Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi icraata verilib.

“Report” xəbər verir ki, məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütöv.az
25-10-2021, 18:32
Sahibə Qafarova: "Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir"

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bütöv.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S.Qafarova qeyd edib ki, bu görüş ölkəmiz üçün tarixi əhəmiyyətli bir dövrə - Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ildönümü ərəfəsinə təsadüf edir. Spiker bildirib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik Ermənistan tərəfindən işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib.

Milli Məclisin sədri qeyd edib ki, istər ötən ilin 27 sentyabr tarixinədək, istərsə də döyüş əməliyyatlarının davam etdiyi dövrdə Ermənistan bir çox hərbi təxribatlar törədib. O, xüsusilə, Ermənistanın Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib və əlavə edib ki, bu hücumlar nəticəsində onlarla dinc sakin, o cümlədən, qadınlar və uşaqlar həlak olublar. Spiker diqqətə çatdırıb ki, Ermənistan bu gün də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir. Sahibə Qafarova deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

O qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. Hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Milli Məclisin sədri xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Bolqarıstan nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklərini bildirən S.Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr haqqında da danışan Sahibə Qafarova vurğulayıb ki, bu münasibətlər yüksələn xətlə inkişaf edir. Spiker qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir.

Sahibə Qafarova Azərbaycan və Bolqarıstanın qanunverici orqanları araslnda da əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini təqdir edib.

Görüşdə çıxış edən Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyeva ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyası sədrinin müavini Baki Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
25-10-2021, 18:21
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

“Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu münasibətlə bütün qubadlıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb.

Bütöv.az
25-10-2021, 18:19
Şərqi Zəngəzurda yeni hərbi hissə kompleksi açıldı

Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Qubadlı rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.

Bütöv.az
25-10-2021, 15:46
QARA BAĞRIM-   ŞƏHİD ADLIM...

Əllərimiz hələ isti ovuclarda sıxılanda, dizlərimiz təpər tutmamış ağlımıza dolan bir doğmalıq var: Vətən adlı... Kim söylədi, anlatdı bilə- bilmərik. Anamızın südüylə, laylasıyla qanımıza yeridi, canımıza iliyimizə işlədi, vətənlə doğulduq ilk başdan...
Müqəddəslərimizi sayanda Ana və Vətən kəlmələri bəzən yerini dəyişdi. Amma mənəvi dəyərini, ruhumuza dua kimi oxunan ilahi əzəmətini heç dəyişmədi. Bəzən ANA VƏTƏN, bəzən də VƏTƏN ANA oldu bizə...
İlahi həqiqətlər təhlilə buraxılmaz, olduğu kimi hər kəsin ruhunda süzülüb dərk olunar. Heç vaxt valideynimizdən təpki almadıq: bax ha vətən müqəddəsdir!. Amma əvəzində hər birimiz heç olmasa ömrümüzdə bir dəfə də olsun torpağı balaca ovuclarımızda sıxıb onunla dilsiz cismani ünsiyyətə girdik..” Mən” imizin məhz ondan ibarət olduğunu dərk etdik.. Bəs onda niyə sevməyək torpağımızı, canımızı fəda etməyək bizi biz edən, bizdən yoğrulan , bizim yoğrulduğumuz bu ilahi qisməti?..

Müharibənin necə acı bir fəlakət olduğunu hələ tam dərk edib bitirincə artıq ilk şəhidlərimizi dəfn etməyə başladıq... və beləcə alışdıq ŞƏHİDLƏŞMƏYƏ...

Başladığımız yol bizi zirvəyə qədər apardi. Şuşa zirvəsinə qədər. Qələbə zirvəsinə qədər...
Başladığımız yol Azərbaycan tarixinin yeni, həm də qanla yazılan şərəfli qələbəsini doğuran qəhrəmanlıq tarixi idi.Qazandığımız qələbə şirin olduğu qədər, qələbənin qurbanları da biz Azərbaycan xalqı üçün dəyərli, unudulmaz və əbədiyyən müqəddəsdir.
Bu günlərdə ən yeni müharibə tariximizin qəhrəmanlarından olan Fərhad Məhərrəm oğlu Babayevin anım günü qeyd olundu. Tədbir qəhrəman şəhidimizin Siyəzən rayonunda dəfn olunan məzarini ziyət etməklə başladı. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov, RPŞ –nin əməkdaşları, rayonun ağsaqqalları və rayon ictimaiyyəti iştirak edirdi. Tədbir şəhidin ruhuna dualar oxunmaqla başladı. İştirak edən qonaqlar Fərhadın bütün Azərbaycan üçün dəyərli, unudulmaz bir övlad olduğu qeyd etdilər.Daha sonra tədbir Şəhidin yaşadıği evin qarşısında davam etdirildi. Tədbirdə Suraxanı Rayon İcra Başçısı Əziz Əzizov, SRPŞ-nin əməkdaşları iştirak edirdilər. Tədbirdə çıxış edənlər şəhidlərin və onların ailələrinin xüsusi ehtirama layiq olduqlarını xüsusi vurğulayaraq şəhid Fərhad Babayevin valideynlərini qürurla təbrik edərək möhtəşəm qələbədə Fərhadın da payı olduğunu vurğuladılar.

Şəhidin anım günündə valıdeynlərə ən çox qürur verən Müdafiə Nazirliyinin bir qrup əməkdaşının tədbirə qatılması və Fərhadın timsalında bütün şəhidlərimizin ruhuna ehtiram göstərmək borcunun hər bir azərbaycanlının qüruru və fəxarət rəmzi olduğunu qeyd etmələri oldu. Nazirliyin nəfəs alətləri orkestrinin vətənpərvərlik ruhunda çıxışları Fərhadın əbədiyaşar olduğuna inam hissi aşılayırdı...
Yaşadığımız günlər şəhidlərimizn anım günləri ərəfəsi.. Fərqi yoxdu -sənin qardaşın, mənim atam .. Fərhad olsun adı.. Yaranan yeni nəslə edilən dualardan ən fərəhlisi olacaq bu.. Ruhun daha da pərvaz, şad ... İnsanlığın fövqündə duran şəhidim.. Anan gözyaşlarını düz bir il yanaqlarında qurutdu, hıçqırığını ciyərlərində boğdu... Təki sənin ruhun şad olsun... eh...Fərhad... Hələ dastanlar yazılacaq şəninə şəhidim...

SƏHƏR ŞIXƏLİ (mən uşaqkən şəhid olan 23 yaşlı kopə Şıxəli qardaşımın ruhu şad olsun...)
25-10-2021, 13:24
Mahirin komandası darmadağın oldu

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilib.

Bütöv.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Pyast”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl dördüncü məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.

12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
25-10-2021, 13:12
Ermənistan parlamentinin sədri "satqın" və "qatil" şüarları ilə qarşılandı - VİDEO

Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri və etiraz aksiyası ilə qarşılanıb.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.

Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur.

Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.

25-10-2021, 13:09
Paraşütləri havada toqquşan pilotlar dənizə düşdü - VİDEO

Muğlanın Fethiye rayonunda keçirilən Hava Oyunları Festivalı tədbirləri çərçivəsində Babadağdan paraşütlə uçan 3 türk pilotu havada toqquşaraq dənizə düşüb.

Bütöv.az xəbər verir ki, xəstəxanaya aparılan pilotlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunub ki, 1500 metrdən uçuş həyata keçirən Çağdaş Türkmen, İbrahim Qars və Murat Can Sak havada toqquşub. Toqquşmadan sonra yamac pilotların hər 3-ü dənizə düşüb.
Həmin an çimərlikdə hazır vəziyyətdə olan Sahil Mühafizə Komandanlığının heyəti pilotları dənizdən çıxararaq həkim qruplarına təhvil verib.

25-10-2021, 12:48
Koronavirusun daha çox zədələdiyi orqanlar açıqlandı

COVID-19 nəticəsində ən çox zədələnən daxili orqanlar açıqlanıb.

Bütöv.az xəbər verir ki, bu barədə rusiyalı virusoloq Yevgeni Timakov “Vesti FM” radiosunun efirində məlumat verib.
O, koronavirusun daha çox ağciyərləri sıradan çıxardığını bildirib.

Həkimin sözlərinə görə, bağırsaqlar və qaraciyər də ölümcül virusun hədəfində olan vacib orqanlardandır.

Timakov COVID-in bağırsaqlar və qaraciyərə mənfi təsirini daha təhlükəli hesab etdiyini vurğulayıb. Belə ki, birinci halda immunitet daha da zəifləyir ki, bu da virusa qarşı mübarizəni mümkünsüz edir.

İkinci halda isə qanın təmizlənməsi prosesi əngəllənir və ölümlə nəticələnə biləcək toksik zəhərlənmə ehtimalı yaranır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!