Sədərək rayonunda partlayış - 2 nəfər öldü .....                        Tailandın xarici işlər naziri istefa verdi .....                        Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - Peskov .....                        Muxtar Babayev G7 nazirlər toplantısında iştirak etdi .....                        Azərbaycana dəstəyinə görə minnətdarıq - Ukraynanın yeni səfiri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır - Ermənistan XİN .....                        Stokholmda yenə Quran yandırdılar .....                        Mikayıl Cabbarov “Saudi Aramco” prezidenti ilə görüşdü .....                       
11-10-2021, 21:36
Azərbaycanda daha 611 nəfərdə koronavirusa yoluxma aşkarlanıb

Son sutkada Azərbaycanda koronavirusa 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.

Butov.az
11-10-2021, 18:28
"Saakaşvili həbsxanada yarım kilo bal yeyib" - Qaribaşvili

"Aclıq edən şəxs yarım kiloqram bal yemir".

Butov.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.

Qaribaşvili söyləyib ki, sabiq prezident şəxsən öz bank kredit kartı ilə yeddi banka bal alıb və yarım kilo bal qəbul edib.

"Aclıq elan etdiyini açıqlayan adam yarım kilo bal yeməməlidir, bunu tam məsuliyyətlə deyirəm. İnsanları aldatmağı və cəmiyyəti çaşdırmağı dayandırın", -Qaribaşvili əlavə edib.

Gürcüstan hökuməti başçısının sözlərinə görə, ixtisaslı həkimlər Saakaşvilinin səhhətinə nəzarət edir və vəziyyəti qənaətbəxşdir.
11-10-2021, 17:53
Deputatlar 28 May və 18 Oktyabrla layihənin ilk oxunuşuna səs verdi

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Butov.az-ın məlumatına əsasən, layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb.

Deputatları layihənin lehinə səs veriblər.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
11-10-2021, 17:39
İlham Əliyev nazirliyin adını dəyişdirdi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılır.

Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılır:

1. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Butov.az
11-10-2021, 12:37
UEFA Millətlər Liqasının qalibi Fransa oldu

UEFA Millətlər Liqasında Fransa klubu qalib olub.

Butov.az xəbər verir ki, klub final mərhələsində Milan şəhərindəki "San Siro" stadionunda İspanya üzərində 2:1 hesablı qələbəsi ilə qalib olub.

Qeyd edək ki, UEFA Millətlər Liqası bu il ikinci dəfədir keçirilib. İlk dəfə -2019-cu ildə Portuqaliya qalib olub.
11-10-2021, 12:31
Xalq artisti Şuşa təəssüratlarından danışdı - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır

Butov.az xəbər verir ki, növbəti video çarxda xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb: “Atamın 7 yaşı olanda ailəsi ilə Cıdır düzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim 7 yaşım olanda o qayanın yanında şəkil çəkdirmişdik. Cıdır düzünə gedəndə inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: qalib kimi.”

Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.
Videolayihə əsasında çəkilişlər davam etdirilir.

11-10-2021, 12:18
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

Butov.az-ın məluamtıan görə, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Baxmayaraq ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilib, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alan düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
11-10-2021, 12:05
Milli Məclisdə İran müzakirəsi: “Həmin generallar Azərbaycanı qorxuda bilməz”

“İrandan Azərbaycana qarşı təhdidlər səngimir”.

Butov.az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ərdəbilin imam-cüməsi Həsən Amuli Azərbaycana qarşı fikir səsləndirəndə Bakı buna təmkinli yanaşdı.
“Amma sən demə, bu, İrandan açılan ilk snayper atəşi idi. Daha sonra təhdidlərin miqyası genişləndi. Ağır siyasi artilleriyalar işə düşdü”, - deyə A.Mirzəzadə əlavə edib.
Deputat bildirib ki, ötən il həmkarı Bəhruz Məhərrəmov İrana qarşı çıxış edəndə Milli Məclis ona töhmət verib:
“Amma indi İran parlamentinin deputatları Azərbaycanı təhdid edir. Ancaq İran parlamenti onları cəzalandırmır”.
A.Mirzəzadə qeyd edib ki, İranın heç bir generalı Azərbaycanı qorxuda bilməz.
11-10-2021, 11:43
Həbs edilən nazir müavininin cəzası aşağı ENDİRİLDİ

Mədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!