Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-10-2021, 20:06
Vasif Süleyman yazır:  "VƏTƏN ƏTİRLİ QIZIM..."


VƏTƏN ƏTİRLİ QIZIM
Ad günün mübarək!

...Nə xoş halına, qızım! Candan artıq sevdiyimiz VƏTƏNnin müstəqillik günü ilə ad günün eyni gündədir - 18 OKTYABRda. Hər ikiniz də ürəyimin başındasınız –VƏTƏN də, SƏN də. Sən də Vətəndə bir vətənsən mənimçün. Vətən torpağıyla, daşıyla, azıyla-çoxuyla və sənin kimi onu sevən insanlarıyla VƏTƏN olur, qızım! VƏTƏN ƏTİRLİ QIZIM!
Səni və bacını təkcə qızlarım olduğunuza görə sevmirəm ki... Həm də VƏTƏN DAŞI olduğunuza görə... Bəlkə də ona görə sizin canınıza and içirəm:
Bu, ömürdür, mən dediyim, nağıl yox,
Sizdən şirin şəkər yoxdu, noğul yox.
Siz varsınız, nə olsun ki, oğul yox,
And içirəm canınıza, qızlarım!

Hə, bir də nə vaxtsa yazmışdım ki, TORPAĞIN ADINA AND İÇƏCƏYƏM, YAXŞI ADAMLARIN RUHU ŞAD OLSUN. Çünki bu VƏTƏNi yaxşı adamlar var eyləyirlər.
Bir də səni (əslində sizi - Gültac və Səyalını) ona görə belə çox istəyirəm ki, SİZ mənim bu dünyadan tutacaq yerimsiniz. Mənim həyatımın rəngini, yaşam tərzimin istiqamətini, içində mənim də olduğum dünyanın ab-havasını dəyişənsiniz.
Mənim də həmişə qürur duyduğum şey odur ki, çətinliklər çəksəm də sizi vicdanlı, namuslu və ədalətli böyütmüşəm.
Mən həmişə özümü sizin sadağanız bilmişəm:
Ağ gün elə buymuş, bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən, YARADANA çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.

Mətləbdən çox uzaqlaşmadım ki... Budur, 18 oktyabrda- Müstəqillik günündə dünyaya göz açan mənim müstəqil qızım Səyalının 22 yaşı tamam olur. Doğum günün mübarək, canım qızım!
QIZIM SƏYALIYA
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!


Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində, qızım!

Ayrı nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!
17-10-2021, 19:53
Prezident: Qeyri-bərabər savaşa, ölümə getməyə hazırıq!

Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.
Bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib:
“Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.
17-10-2021, 18:06
Prezidentdən memorial SƏRƏNCAMI


Oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, Sərəncama əsasən, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.
17-10-2021, 18:02
"Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır"


“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.
Butov.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.
17-10-2021, 17:54
Əhmədinejad İsrail pavilyonunu ziyarət etdi


İranın sabiq prezidenti Mahmud Əhmədinejad, Dubaydakı "Expo" sərgisində İsrail pavilyonunu ziyarət etdi.
Mignews.com-a xəbər verir ki, bu barədə tanınmış israilli jurnalist Ronen Berqman reportajında deyib.
Bergman yazır: "İranın İsrailə ən çox nifrət edən liderlərindən biri, Holokost inkarçısı və keçmiş prezident Mahmud Əhmədinejad dünən barış mesajı ilə "Expo"dakı İsrail pavilyonuna gəlib.
Bəzi Qərb jurnalistləri yazır ki, Əhmədinejad indi "islahatçı fiqur"a çevrilib.
17-10-2021, 14:21
Mixaylov: Bu alçaq, nankor ermənilər..

Ermənistanda minlərlə insan küçələrə çıxıb nəqliyyat dəhlizlərinin açılmasına etirazlarını bildirib. İnternetde yayılmış bu "debillər yürüşünün" videoları Rusiyada da maraqla izlənib.
Bu fikirləri rusiyalı hərbi analitik Yevgeni Mixaylov öz video-ismarışında dilə gətirib.
Onun sözlərinə əsasən, videolarda yüzlərlə erməninin Rusiyanı söydüyü, Putini lənətlədiyi görünür:
“Rus milləti satqın, ikiüzlü adlandırılır. Hansı ki, elə həmin ermənilərin sağ qalmalarında səbəbkar da Rusiyadır. Kreml Ermənistana ciddi sanksiyalar tətbiq etməlidir. Rusiyaya qarşı çıxan bu nadanlara RF ərazisinə daxil olmaq qadağan olunmalıdır. Qazandıqları yer Rusiya, yaşadıqları yer Rusiya, varlıqlarına borclu olduqları yer Rusiya ola ola, onlar bizə qarşı çıxırlar”.
Mixaylav vurgulayıb ki, rusların ermənilərin nazı ilə oynamasına son qoyulmalıdır:
“Bu nankorlar sabah, o biri gün Rusiyaya qarşı ən alçaq addım atmaqdan da çəkinməzlər. Onlardan nə desən gözləmək olar”.
17-10-2021, 00:25
Qulu Məhərrəmli: "Üzündə hələ də izi qalmış kədəri duymaq..."

Bu gün “Qadın və Uşaqların Təhsilinə Dəstək” İB-nin dəvəti ilə ŞƏHİD ÖVLADLARI ilə görüşdə olduq.
Sevinc Fədainin təşkil etdiyi bu qeyri-adi görüşdə hüquq müdafiəçisi Novella Cəfərova, qazi Xaqani Məmmədov və yazar Qanturalı ilə birlikdə uşaqlarla söhbət eləməyə çalışdıq.
Çiçək kimi gözəl balaların üzlərinin gülməsi bizi məmnun etdi, amma çoxunun üzündə hələ də izi qalmış kədəri duymaq da, onların QAZİ ilə foto çəkdirmək istəklərinin hikmətini anlamaq da çətin deyildi.
Belə görüşlərin yaratdığı əsas təəssürat budur: biz Vətən uğrunda canını qurban vermiş ŞƏHİDLƏRİmizin xatirəsini daim əziz tutmalı, onların ailələrinə və övladlarına qayğını əsirgəməli deyilik!
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!