Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqladı .....                        Zəngilanda silah-sursat aşkarlandı .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Ağdamda mina partladı - Yaralı var .....                        Magistraturaya II cəhd qəbul imtahanı keçirildi .....                        Zərifə Əliyevanın doğum günüdür .....                        Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                       
13-10-2021, 21:04
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

Butov.az
13-10-2021, 21:01
Ərdoğan Azərbaycana birgünlük səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.

Xatırladaq ki, R.T.Ərdoğan bir neçə gün öncə Vətən müharibəsinin bir illiyi ərəfəsində Azərbaycana səfər edəcəyini açıqlamışdı.

Butov.az
13-10-2021, 17:22
Xalq artisti Arif Babayevin vəziyyəti necədir?

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Bu barədə “Report”a xanəndənin yaxınları məlumat veriblər.

Bildirilib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı Xalq artistinin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: “Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq”.

Butov.az
13-10-2021, 17:19
Nazir dünya çempionu olmuş idmançımızı aeroportda qarşıladı - FOTO

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçimiz Rafiq Hüseynovu aeroportda şəxsən qarşılayıb.

Bununla bağlı R.Hüseynov “Instagram” hesabında paylaşım edib.

“Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov səhər saat 5-də şəxsən özü idmançılarımızı hava limanında qarşılayır. Hər bir rəhbər vəzifəli şəxsə örnək olacaq bir addım...

Əlbəttə bu, bizim üçün şərəfdir və gələcək yarışlarımızda bizə daha da əzmlə çalışmağa vadar edən bir addımdır.

Bizə dəyər verdiyiniz üçün təşəkkürlər, cənab nazir”.

Qeyd edək ki, Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun zabiti qızıl medal qazanıb. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə idmançılarımız təmsil edib.

Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Yarışın 6-cı günündə 82 kq çəki dərəcəsində mübarizəyə qoşulan yunan-Roma güləşçimiz baş leytenant Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən zabitimiz güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.

Rafiq Hüseynov bundan qabaq 2 dəfə Qızıl Qran-Pri qalibi, dəfələrlə Azərbaycan çempionu, Avropa çempionu, 2015-ci ildə keçirilən hərbçilərarası Olimpiya çempionatının qalibi, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya ikincisi və 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.



Butov.az
13-10-2021, 17:14
Bakıda narkotik satan qadın saxlanılıb - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Butov.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Sənubər Vəliyeva tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə yaşadığı evin həyətindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb. Onun Fatmayı qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı ümumi çəkisi 74 kiloqram olan əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi aşkar edilib.

Qeyd edilən hər iki faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Sənubər Vəliyeva və Nizami Ağayevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

13-10-2021, 17:11
Bakıdakı dəhşətli qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub - AÇIQLAMA - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.

Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən “Ayşən LTD” şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib.

O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub:

“Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu”.

Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə, 5 nəfər ölüb, 21 nəfər isə xəstəxanalara yerləşdirilib.



Butov.az
13-10-2021, 17:06
Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

İdarədən verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb.

Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.

Butov.az
13-10-2021, 17:02
Prokuror Rövşən Əkbərova 11 il cəza istədi

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi səsləndirilib.

Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər.
Daha sonra hadisə vaxtı Azərbaycanın Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri diqqətə çatdırılıb. İşçilər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovu səfirlikdə və restoranda gördüklərini bildiriblər.

Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdız”. R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra mübahisə restoranın qarşısında davam edib və qətl törədilib.

R.Əkbərovun vəkilləri şahidlərin cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə verdiyini, lakin sonuncu dindirilmədə ifadələrini dəyişərək generalın əleyhinə danışdıqlarını bildiriblər.

Daha sonra Rövşən Əkbərov ifadə verib. O bildirib ki, hadisə günü həmin kafedə olmayıb:

“2001-ci ilin mayında Azərbaycanın Ukraynadakı səfirliyində “Azərbaycan günləri” keçirilirdi. Mən də orada hərbi attaşe kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik. Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümumilikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb”.

Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub:

“Gecə səfirliyin işçisi olan Səbuhidən anam və qızımı aparmasını istədim. O da apardı, sonra mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra akademiyaya getdim”.

Rövşən Əkbərov bildirib ki, bundan sonra səfirlikdə ona qəzetləri göstəriblər:

“Bakıda qəzetlərdə şəkilini qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əkbərov öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm”.

Rövşən Əkbərov bildirib ki, 2002-ci ildə Bakıya gəlib və “Gülüstan” restoranında tədbirdə olub:

“Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən burada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir”.

Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib:

“Amma mənə bir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. Sonra deyirlər ki, hərbi formada kafedə olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-3 dəfə görmüşəm. Elçin Əliyevlə heç bir masa arxasında əyləşməmişəm. Onunla nə çörək yemişəm, nədə ki münasibətim olub. Bu işin mənə aidiyyəti yoxdur. Müstəntiq deyir ki, cinayət işi açılıb. Öz əlaqələrim vasitəsilə soruşdum ki, nə səbəbə cinayət işi açılıb. Bildirildi ki, müstəntiq restorana çağırılıb, orada baş prokuror, hərbi prokuror, bir də sizin nazir olub. Deyiblər ki, cinayət işi açılmalıdır”.

Rövşən Əkbərov daha sonra qeyd edib ki, bu qətlin ona aidiyyəti yoxdur:

“Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm”.

Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib:

“Göstərdiyim xidmətə görə Milli Qəhrəman adı almışam, “Vətən uğrunda” medalları ilə təltif olunmuşam”.

O qeyd edib ki, Elçin Əliyev ilə heç vaxt kafedə olmayıb, həmin kafedə heç vaxt gecə olmayıb. Deyib ki, Məzahir Şıxəliyevi heç vaxt görməyib, tanımayıb.

Rövşən Əkbərov daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.

Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. O, cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə alaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror müttəhimin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Elçin Əliyevin vəkili isə cəza tələbinin az olduğunu, R.Əkbərova 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.

Proses oktyabrın 22-də davam etdiriləcək.

Butov.az
13-10-2021, 16:58
İlham Əliyev Dövlət Agentliyinə 2,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!