Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
27-10-2021, 21:44
Dünya və Avropa mükafatçısı milliyə məşqçi təyin olundu

Cüdo millimizin sabiq kapitanı Nicat Şıxəlizadə yeniyetmələrdən ibarət millimizə məşqçi təyin olunub.

Bütöv.az-ın əldə etdiyi xəbərə görə, bu ay 33 yaşa adlayan idmançı avqustda karyerasını bitirib.

Dünya və Avropa mükafatçısı, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Şıxəlizadə bundan sonra yeniyetmələrdən ibarət millimizdə məşqçi işləyəcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin zabiti olan Nicat Şıxəlizadə yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirib.
27-10-2021, 21:38
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.

bütöv.az
27-10-2021, 17:07
Prokuroru avtomobilə bağlayıb sürüdü - VİDEO

Rusiyanın Sverdlovsk vilayətində yerli fermerlə prokuror müavini Dmitri Dedulya arasında baş verən gərginlik toqquşmaya yol açıb.

“Lenta.ru” xəbər verir ki, fermer onu döyüb sonra isə avtomobilə bağlayaraq sürüyüb. Hadisə oktyabr ayının 13-də baş versə də, detallar indi üzə çıxıb. Bəzi mənbələr onların qohum olduğunu yazır. Şübhəli saxlanılıb. Araşdırma aparılır.



bütöv.az
27-10-2021, 17:04
Ərdoğan: “Füzulidən İstanbula gediş-gəliş olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycana səfərindən bəhs edib.

“Haber Global” məlumat verir ki, Türkiyə lideri çox qısa zamanda Azərbaycanın seçilən ölkələr arasında yer alacağını bildirib.
Füzulidə Beynəlxalq Hava Limanının açılışından söz açan siyasətçi Azərbaycanda fərqli irəliləyiş olduğunu vurğulayıb:

“İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Hazırda bu yolların tikintisi istiqamətində işlər sürətlə davam etdirilir”.

bütöv.az
27-10-2021, 15:46
DİN kibercinayətlə bağlı vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

Axar.az müraciəti təqdim edir:

"Sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini, ümumiyyətlə internet resurslarında ayıq-sayıq olmalarını xahiş edirik:

- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;

- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;

- “Giveaway” adlı yarışların qalibi olduğunuz barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;

- “Xakker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;

- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin".

bütöv.az
27-10-2021, 15:20
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılacaq.

Qeyd edilib ki, şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək. Eləcə də şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması bu alt-sistem vasitəsilə həyata keçiriləcək.

bütöv.az
27-10-2021, 11:26
İstanbul metrosunda sərnişinlər tunelə düşdü - VİDEO

İstanbulda metro qatarlarının hərəkətində fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, “Yeniqapı” və “Kirazlı” metrostansiyaları arasında hərəkət edən qatar texniki nasazlıq səbəbindən tuneldə dayanmalı olub.

Bu səbəbdən sərnişinlər qatardan çıxaraq tunellə hərəkət etmək məcburiyyətində qalıblar.

Bir müddət davam edən gecikmələrdən sonra qatarların hərəkəti qrafik üzrə bərpa olunub.



Bütöv.az
27-10-2021, 11:24
DİQQƏT! Bakıda bu yol bağlanıb - VİDEO

Heydər Əliyev prospektindən metronun ''Nərimanov'' stansiyasına gedən yol bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.

İdarənin müraciətində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən metronun “Nəriman Nərimanov” istiqamətinə gedən yolun kənarında, yəni Ağa Nemətulla küçəsi, 32 ünvanında yerləşən istismara tam yararsız, yarısökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı qeyd edilib.

Bildirilib ki, həmin binanın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında tam sökülməsi qərara alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və istiqaməti dəyişdirilib.

“Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, – deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, sökülən bina 1950-ci ildə inşa edilib.



Bütöv.az
27-10-2021, 11:17
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri azalıb.

WTI markalı neftin noyabr fyuçersləri 0,71 % ucuzlaşaraq, bir bareli 84,05 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin dekabr fyuçersləri 0,54 % ucuzlaşaraq, bir bareli 85,93 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”


Bütöv.az
27-10-2021, 11:10
Kilian Mbappe ​PSJ-dən ayrılır

PSJ-nin məşhur hücumçusu Kilian Mbappe 2022-ci ilin fevralından sonra “İspaniya "Real Madrid"inə keçəcək.

Bütöv.az xəbər verir ki, bunu idman jurnalisti Canluka Di Martsio özünün tvitter hesabında bildirib. Onun sözlərinə görə, futbolçu artq Madrid klubu ilə razılaşıb.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, dünyanın ən bahalı futbolçuları arasında yer alır. Belə ki, təcrübəli futbolçu 139.5 milyon avro dəyərindədir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!