Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
14-10-2021, 21:12
Son sutkada vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 441 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 177 277 təşkil edir.

Butov.az
14-10-2021, 17:21
Azərbaycanlı güləşçi dünya reytinqində birinci yerə yüksəldi - VİDEO

2-10 oktyabrda Norveçdə keçirilən dünya çempionatından sonra Ümumdünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib.

Butov.az xəbər verir ki, yunan-Roma güləşində 82 kq-da dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir. Rafiq ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) doqquz xal qabaqlayır. Hüseynov əvvəlki siyahıyla müqayisədə 23 pillə irəliləyib.

Güləşin bu növündə daha üç həmyerlimiz ilk “10-luq”da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk “3-lüy”ü qapayır. Osloda bürünc medal qazanan güləşçimiz dörd pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanımızın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medalı boynundan asan güləşçimiz xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.

Sərbəst güləşdə millimizin dörd üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançımızın DÇ-ni buraxması olub. Mundialda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçimizin hesabında 38 xal var. Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk “10-luğ”u qapayan təmsilçimizin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.

Qadın güləşinə gəlincə, Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millimizin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk “10-luğ”u qapayır.

14-10-2021, 17:05
Prezident Dövlət Agentliyinə 3,3 milyon manat ayırdı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Butov.az
14-10-2021, 13:41
İranlı agentlər həbs edildi - VİDEO

Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.

Oxu24.com haberler.com-a istinadən xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Agentlər bu büdcə ilə türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.

Agentlərin təlimatları ilə hərəkət edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub.

Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.

Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.




Butov.az
14-10-2021, 13:38
Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Baş Konsulluğa təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edərək, özünü 1918-ci ilin 28 may tarixində yaradılmış, müsəlman dünyasında ilk dünyəvi respublika olan və qadınlara ilk dəfə səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Qeyd olunur ki, Azərbaycan 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə və ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev San Dieqo şəhərinin meri T.Qloriyaya təşəkkür edərək, San Dieqo ilə Bakı arasında 2011-ci ildə yaradılmış və çoxsaylı tədbirlər və qarşılıqlı səfərlərlə son 10 il ərzində gücləndirilmiş tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib. 18 oktyabr 2021-ci ildə Bakı-San Dieqo tərəfdaşlığının 10-cu ildönümünün də tamam olduğunu qeyd edən baş konsul, bu münasibətlərin qarşıdakı dövrdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Butov.az
14-10-2021, 13:34
Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün FOTOSU

Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.

Butov.az Yeniavaz-a istinadən xəbər verir ki, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
14-10-2021, 13:29
İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO

Heç bir əsası olmadan, sadəcə öz məkrli maraqları və Ermənistana olan “sevgisi” naminə Azərbaycanı regionda terrorçuların mövcudluğunda ittiham edən İrana qarşı elə onun öz ekspertlərindən biri Əli Əlizadə tərəfindən hələ aylar əvvəl tutarlı cavab verilib.

Bu barədə “Azad İran” “YouTube” kanalında bildirilib.

İranlı ekspert mövzu ilə bağlı məqaləsində Qarabağ müharibəsində “təkfirçi qüvvələrin iştirakının” qeyri-mümkün olduğunu göstərən nə az, nə çox 17 dəlil irəli sürüb. Azərbaycan ordusunun potensialını və iqtisadi imkanlarımızı təhlil edən və ölkəmizin Ermənistanı bütün göstəricilər üzrə qat-qat üstələdiyi qənaətinə gələn Əli Əlizadə məntiqi nəticə olaraq Azərbaycan dövlətinin Ermənistanla savaş zamanı hansısa cihadçı qüvvələrin köməyinə ehtiyacı olmadığını göstərib.

Ətraflı videoda:



Butov.az
14-10-2021, 11:24
5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Butov.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:

14-10-2021, 11:17
Azərbaycanda 25 enerji içkisi saxta çıxdı - RƏSMİ

​Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib.

Butov.az-ın məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli danışıb.

O bildirib ki, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində beş nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız birinin etiketlənməsinin qaydalara uyğun olduğu, digər dördünün isə uyğun olmadığı müəyyənləşib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.
​Q. Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.
14-10-2021, 10:49
Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri bahalaşıb.

WTI markalı neftin noyabr fyuçersləri 0,72 % bahalaşaraq, bir bareli 81,02 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin dekabr fyuçersləri 0,75 % bahalaşaraq, bir bareli 83,80 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”

Butov.az
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!