Flaşmobda iştirakçılar Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyasını nümayiş etdiriblər. Qeyd edək ki, tədbir “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.
“Dost gəlişi bayram olar. Yığılsın ozanlar, çalsın sazlar. Bu gün Zəfər Günüdür. Tək ürək, tək bilək olaraq birlikdə yeni Qızıl Alma səfərlərinə”, - deyə diplomatın “Twitter” hesabında dərc etdiyi paylaşımda qeyd olunub.
Tvitə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosu, həmçinin Şuşa şəhərinin giriş lövhəsinin şəkli əlavə olunub.
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
Bütöv.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.
O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
Əvvəlcə Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib. Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.
Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
Səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb və qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Xatırladaq ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar bu gün bir sıra tədbirlər keçiriləcək.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəsmi Feysbuk səhifəsində 8 noyabr – Zəfər Günü münasibətilə paylaşım edilib. Butov.az xəbər verir ki, ölkə başçısının rəsmi səhifəsində Şuşa və Xarıbülbülün görüntüsünü özündə əks etdirən foto paylaşılıb