Kadrlar ilk dəfə olaraq “Belə Belə İşlər” kanalında təqdim edilib.
Müharibəni addım-addım lentə alan, igid hərbçilərimizi tarixə həkk edən operator və jurnalistlər real kadrlar əsasında hazırlanan sənədli filimdə yer alıb. Onlar müharibənin ilk günündən, gecə-gündüz demədən ermənilərin atdığı kasetli bombaların altında əsgərlərimizlə çiyin-çiyinə öz vəzifə borclarını yerinə yetiriblər. Bu qəhrəmanlarımız sayəsində düşmənin məhv edilməsini görmüşük.
Azərbaycan Ordusunun Sənədli və Tədris filmləri mərkəzinin əməkdaşlarıyla bağlı çəkilən filmi təqdim edirik:
Gəncədə yol qəzasında dünyasını dəyişən polis baş serjantı Renat Əliyevin qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabiti Nizami Əliyevdir.
Bu barədə Bütöv.az-a Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Hafiz Verdiyev məlumat verib.
“O, 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatının “bench press” növü üzrə qalibi olub. İdmançı 90 kq çəki dərəcəsində çıxış edirdi. Dəfələrlə respublika çempionu olub. O, idman ustası olub.
Gəncədə Mühafizə Polisinin əməkdaşı idi. Onunla yaxın zamanda danışmışdım.
Qardaşı Nizami Əliyev “Yaşma”nın zabitidir, polkovnik-leytenantdır. Ölkə prezidenti tərəfindən mükafatlandırılıb.
Məndə olan məlumata görə, xidməti maşınları mağazaya çırpılanda onun hava yastığı açılmayıb. Ona görə də sürücüdən fərqli olaraq, o, dünyasını dəyişib”.
Qeyd edək ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
"Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır".
Bütöv.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. o, bildirib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur: "Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bütöv.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis mayoru Məmmədov İkram Əlibaba oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb.
1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Dövlət Xəzinədarlıq Agentliyinin rəhbəri olmaq uğrunda mübarizəyə başlayıb
Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Həmin Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edildi və onun funksiyaları Nazirliyin Aparatına verilməklə bərabər, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradıldı.
AzToday.az-a daxil olan məlumata görə prezident İlham Əliyevin Maliyyə Naziliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin yaradılması haqqında Fərmanına ən çox sevinən məmur 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev olub.
Belə ki, uzun müddətdir Maliyyə Nazirliyi yanında müstəqil Dövlət Xəzinadarlıq Agentliyinin yaradılmasını intizarla gözləyən Nadir Qarayev adı çəkilən qurumun rəhbəri olmaq istəyi ilə "alışıb yanır”.
Məlumatda bildirilir ki, prezidentin Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması ilə bağlı verdiyi Fəmnadan dərhal sonra Nadir Qarayev və havadarları hərəkətə keçiblər. Çünki adı çəkilən qurumun rəhbərliyinə Maliyyə Naziri Samir Şərifovda öz kadrını gətirtmək istəyindədir. Məhz buna görədə nazir müavini Azər Bayramov və Nadir Qarayev bütün əlaqələrini işə salmaqla rəqiblərini zərərsizləşdirmək istəyirlər.
Nazirlikdəki mənbənin iddasına görə Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri vəzifəsinə təyin edilməsi yaxın bir-iki həftədə gerçəkləşə bilər. Bunun üçün Maliyyə naziri Samir Şərifovun da ona "xeyir dua” verməsi lazımdı. Mənbə qeyd edir ki, "Nadir Qarayevin dostları və himayədarları çox güman ki, Samir Şərifovu razı sala biləcəklər və o zaman onun arzusu gerçəkləşəcək.
WTI markalı neftin yanvar fyuçersləri 0,22 % bahalaşaraq bir bareli 78,72 ABŞ dolları olub. “Brent” markalı neftin yanvar fyuçersləri 0,10 % bahalaşaraq bir bareli 82,39 ABŞ dolları təşkil edib.