Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
16-11-2021, 12:42
“Azəriqaz”dan qış mövsümünə hazırlıqla bağlı AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi (İB) bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işləri davam etdirir.


Qurumdan AFN-ə verilən məlumata görə, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional qaz istismarı İdarələri və Sumqayıt qaz istismarı Sahəsi üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 246,62 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib. Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilib. Bu günə olan məlumata görə regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Cari ilin 9 ayın ərzində 65 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 milyon 246 min 968-ə çatıb.

Bütöv.az
16-11-2021, 12:40
Azərbaycan avtoyanacaq istehsalını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 633,8 mln. manat olub ki, bu da illik müqayisədə 16,3% çoxdur.

Dövlət Statistika Komitəsindən Bütov.az-a verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6%, neft koksunun istehsalı 33,7%, dizel yanacağının istehsalı 21,8%, avtomobil benzininin istehsalı 7,5%, neft bitumunun istehsalı 0,6% artıb.

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 27,4% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:
16-11-2021, 12:38
Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılova hüquqi varis təyin edilib

Sabiq millət vəkili, həbsxanada ölən Rafael Cəbrayılova hüquqi varis təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən və sonradan həbsdə koronavirusdan ölən Rafael Cəbrayılovun hüquqi varisi kimi həyat yoldaşı tanınıb.

Cinayət işi üzrə məhkəmə prosesi noyabrın 30-na təyin edilib.

Həmin gün onun barəsində olan cinayət işinə xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Rafael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi keçirilib. R. Cəbrayılov bu il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Bütov.az
16-11-2021, 12:32
Hulusi Akar: “Şuşa Bəyannaməsi bütün sahələrdə əməkdaşlığımızı əhatə edir”

“Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir”.

Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar açıqlayıb.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı axtarışı və məhvetmə fəaliyyətləri davam edir.

“Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.

Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, - deyə Akar qeyd edib.

Mənbə: TRT Haber


Bütov.az
16-11-2021, 12:22
Vilayət Eyvazov rəis müavinini nöqsanlara görə işdən çıxardı

Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi işdən çıxarılıb.

Bütov.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nəcəf Zeynalov işdən azad olunaraq sərəncama göndərilib.

Onun işdə, eyni zamanda xidmətdənkənar yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu bildirilir.
16-11-2021, 12:15
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft bahalaşıb.

WTI markalı neftin fyuçersləri 0,75 % bahalaşaraq bir bareli 81,49 ABŞ dolları olub.

“Brent” markalı neftin fyuçersləri 1,01 % bahalaşaraq bir bareli 82,88 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütov.az
15-11-2021, 19:00
Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərin toplantısı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün toplantının planına uyğun olaraq real döyüş şəraitinə yaxın məşğələlər təşkil edilərək keçirilib.

Müxtəlif hərbi ixtisaslar üzrə praktiki bacarıqları yoxlanılan gənc zabitlər nəzəri dərslərdə də iştirak ediblər. Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.

Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.

Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə gənc zabitlərin yüksək nəticələr göstərdikləri qeyd edilib və toplantının əhəmiyyətindən danışılıb.




Bütov.az
15-11-2021, 18:57
Abşeronda müştəri taksi sürücüsünə daşla xəsarət yetirib - VİDEO

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib.

Bu barədə Bütov.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

"Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

15-11-2021, 18:55
Azərbaycanda qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlanıb

Tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayı 287 min 466 nəfərdir.

Bütov.az xəbər verir ki, bunu həkim-endokrinoloq Xalid Qurbanzadə deyib. O bildirib ki, şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.
15-11-2021, 18:53
Ərdoğan: “İndiki dünya liderləri arasında ən təcrübəli mənəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın siyasi liderləri arasında ən təcrübəli olduğunu, bu səbəbdən də dünyanı daha yaxşı tanıdığını bildirib.

Bu barədə R.T.Ərdoğan Türkiyənin Çanaqqala vilayətində gənclərlə görüşündə deyib.

“Mən dünyanı tanıyıram. İndiki dünya liderləri arasında ən təcrübəli mənəm. Bunu özümü tərifləmək üçün yox, digər liderlərlə fərqimi müəyyən etmək üçün deyirəm. Çünki xalqımın kimin kim olduğunu bilməsi vacibdir”, - deyə Türkiyə Cümhuriyyətinin Prezidenti vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası 2003-cü ildən Türkiyədə iqtidar partiyasıdır.

Mənbə: Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsi

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!