Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
20-12-2021, 10:33
Cəlilabadda məktəb direktoru şəhidin qardaşından rüşvət tələb edir – ŞOK VİDEO

Cəlilabad rayonunda məktəb direktoru şəhidin qardaşını işə düzəltmək məqsədi ilə ondan 1500 azn rüşvət tələb edib.

Bu barədə KanalS.az-a Cəlilabad rayon Mikayıllı kənd sakini məlumat verib.
Məlumatda bildirilir ki, mən şəhid Əliyev Aslan Eldar oğlunun qardaşı Əliyev Nurəddin Eldar oğlu dəfələrlə Cəlilabad rayon Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova qardaşımı və yoldaşımı işə düzəltmək üçün müraciət etmişəm. Məktəb direktoru Ramin Şükürov şəhid ailəsi olduğumu nəzərə alaraq və hörmət əlaməti olaraq məndən 1500 azn rüşvət tələb edib.
Bu məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin qəbulunda da olmuşuq. Ağaxan Ağayev Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova bu barədə göstəriş verib. Göstərişə əməl etməyən Ramin Şükürov hələdə bizi işlə təmin etməyib. Əksinə bizdən 1500 azn rüşvət tələb edib. Bizimdə imkanımız yoxdur. Olsa idi biz ona verdiyimiz pulu özümüz xərcləyərdik.
Daha ətraflı video müraciətdə:



Qeyd edək ki, Ramin Şükürov son günlər sosial şəbəkələrdə “Mən deputatların və prezidentin köməkçisinin ağzını cırıram” – ifadəsini səsləndirən jurnalist Elnur Şükürovun qardaşıdır.
P.S. Redaksiya səsləndirilən iddialara görə məsuliyyət daşımır.
Məsələ ilə bağlı Cəlilabad rayon Mikayıllı kənd orta məktəbin direktoru Ramin Şükürovla əlaqə saxladıq. Ramin müəllim bildirdi ki, şəhid ailəsindən heç vaxt rüşvət tələb etməmişəm. Vakant yer olarsa onları işlə təmin edəcəyik.-deyə R.Şükürov bildirdi.
Ümid edir ki, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi tədbir görəcək…

Bütöv.az
20-12-2021, 10:29
Azərbaycan mediasında yeni dalğa: Mətbuatımızı nə gözləyir?

“Media haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr səngimək bilmir. Bir qism bu layihənin mətbuatda yeni üfüqlərə yol açacağını desə də, digər tərəf məhdudlaşmadan başqa bir effekti olmayacağını deyir.

Bəs, görəsən, yeni qanun layihəsində prinsipial dəyişikliklər və müsbət məqamlar nələrdir?

News24.az bu sualla ekspertlərə üz tutub.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev media sektorunda yeni bir sistemin formalaşdırılmasının xaos kimi görünən müəyyən görüntülərin aradan qaldırılmasında mühüm rol oynayacağını bildirib. “Media haqqında” yeni qanun layihəsi əvvəlki ilə müqayisədə köklü sürətdə dəyişib. Bu qanun mediadakı prosesləri geniş miqyasda tənzimləyə bilir və konkretlik var. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bu, olduqca əhəmiyyətli hadisədir. Çünki ölkədə media sektoruna aid daha dəqiq statistika və hesabatlılığın aparılması üçün lazımi addım idi. Media qurumlarının bu reyestirə daxil olması tam könüllü əsasda reallaşacaq. Burada hər hansı bir məcburiyyətdən söhbət gedə bilməz. Jurnalist eyni vaxtda həm dövlətin, həm də çalışdığı media qurumunun vəsiqəsini daşıya bilər. Yeni qanunda jurnalistin sosial portreti və hüquqi fəaliyyət sferasının dəqiq müəyyənləşdirilməsi önəmli məqamlardandır. Bu qanunda “media” anlayışının özünün hüquqi mahiyyətinin müəyyənləşdirilməsi və konkretlik daşımasının əhəmiyyəti qeyd edilməlidir. Media subyektlərinin təsnifatı dəqiq formada aparaılır. Qəzet, sayt, onlayn media detallı izah edilir. Təqdirəlayiq addımlardan biri də sosial şəbəkə aktivlərinin və blogerlərin bu qanunun təsir dairəsindən kənarda qalmasındadır. Gələcəkdə bu nüansla bağlı dünya praktikasına nəzərən tənzimləyici sənəd yarana bilər. Media orqanında çalışmayan “freelancer” (sərbəst çalışan ) jurnalistlərin bu qanunda təsdiq olunması üstünlük və yenilikdir. İnternet televiziyalarının platforma yayımçısına çevrilmə imkanları da yeni qanunda həllini tapıb. Bu qanun tam qüvvədə olduğu təqdirdə “reket mediaçılıq” üsuluna yer qalmayacaq.

Çap mediaya dəyər yoxdur

Gözəl bir nümunə var: “işləməyən yaxşı qanun işləyən yaxşı qanundan daha pisdir”. Əlbəttə ki, qanun layihəsi tam ideal deyil. Direktiv və normativ sənədlər sonsuzluğa qədər təkmilləşdirilə bilər. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib, 25 maddə isə tam ləğv edilib. Güman edirəm ki, zamanla bu qanunda da müəyyən təkmilləşdirmələr aparılacaq”.

Baş redaktor yeni qanun layihəsində narazı qaldığı məqamlardan da söz açıb: “Siyasi partiyaların çap mediadan başqa digər media orqanlarını təsis etmə imkanları məhdudlaşdırılır. Bunu düzgün hesab etmirəm. Çap medianın digər medialardan xarizmatik olaraq aşağı tutulması doğru deyil. Çap medianın operativlik imkanları məhdud olsa da, bir sıra üstünlükləri var. Çap medianın kommersiya strukturu sayılmasının özü qəti şəkildə yanlışdır. Dünyada elə bir çap media orqanı tanımıram ki, sırf kommersiya strukturu kimi fəaliyyət göstərib, özünü dolandırsın. Bütün dövlətlərdə çap medianın unikal sivilizasiya nailiyyəti hesab olunmaqla dövlətin dotasiyası altında yaşaması qəbul olunan bir reallıqdır. Əminəm ki, çap medianın kommersiya strukturu olması fikri qanundan çıxarılacaq”.

Media üzrə ekspert Elçin Şıxlı vurğulayıb ki, qanun layihəsi ilə bağlı ziddiyətli məqamlar var: “Görünən odur ki, bu layihənin üzərində uzun müddətdir ki, iş gedir. 80 maddədən ibarət bir qanun layihəsidir. İki qanunu bir qanun layihəsində birləşdiriblər. İlk baxışda normal görünür. Ancaq sonradan hər maddəsini analiz edəndə aydın olur ki, bu layihədə təkmilləşdirmələr lazımdır. Jurnalist kimdir, radio nədir, hamısı haqqında məlumatlar yeni qanun layihəsində öz əksini tapıb. Bəli, jurnalistin müqaviləsi olmalıdır. Onlar qazanc əldə etmək üçün çalışan şəxslərdir. Bəs, “freelancer” jurnalistlərin aqibəti necə olacaq? Onların müqaviləsi yoxdur və qazanc əldə etmirlər. Yaxud da çalışdığı qurumdan ayrılan jurnalistlər işsiz qaldığı dönəmlərdə nə etməlidir? Bu müddət ərzində jurnalist kimi fəaliyyət göstərə bilməyəcəklər.

Tələsən təndirə düşər...

Media Reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi pis ideya deyil. Yəni artıq biləcəyik ki, meydanda kimlər var. Ancaq şərtlər elə cümlələrlə qeyd edilib ki, sabah Media Agentliyinin rəhbəri Əhməd müəllim vəzifədən getsə və yerinə xarakter olaraq pis biri gəlsə, o, bu qanunları bizim əleyhimizə istifadə edəcək. Belə olan halda biz peşman olacağıq”.

Ekspert bildirib ki, boşluqlardan biri də məhkəmə ilə bağlı qanundur: “Hər hansı bir vəkilin açıqlamasını işıqlandırmaq mümkün olmayacaq. Bunun üçün əvvəlcə müstəntiq icazə verməlidir. Bu, çox absurddur.

Biz Avropa Şurasının üzvüyük və öhdəliklərimiz var. Bu qanun layihəsini Avropa Şurasına göndərib, ekspertizadan keçirməliyik. Bu qurumun bizim qanundan xəbəri yoxdur. Əks halda Azərbaycandan ora şikayət gedəndə onlar da haqlı olaraq deyəcəklər ki, Azərbaycanda söz azadlığını boğurlar. Bütün bu proseslərin baş verməməsi üçün bu qanunun üzərində işləməliyik.

Mənim üçün əsas olan jurnalistika prinsipləri və etik kodeksidir. Bu prinsiplərə istinad edərək öz fəaliyyətimi necə həyata keçirmişəmsə, elə də davam etdirəcəyəm. Ölkənin informasiya azadlığı haqqında qanunları var. Jurnalistikanın da öz qaydaları mövcuddur, o qaydalar da aradan çıxmamalıdır.

“Media subyektləri” deyilən bir anlayış var. Bu, nə deməkdir? Məsələn, mənim Yutub kanalım var. Sabah hansısa məmurun xoşuna gəlməyən bir söz desəm, yaxud da tənqid etsəm, o, şuraya müraciət edəcək və nəticədə kanalım blok olunacaq. Bu, artıq işimizə əngəldir”.

E.Şıxlı qanun layihəsi ilə bağlı tələsməyə ehtiyac olmadığını deyib: “Bizdə istifadə edilməyən, amma yaxşı bir qanun var: “informasiya əldə etmək haqqında” qanun. Amerikada 1966-cı il 4 iyulda prezident Lindon Conson tərəfindən qəbul edilən “informasiya azadlığı haqqında” qanun mövcuddur. Amerikada media haqqında qanun yoxdur. Ancaq bununla belə ABŞ jurnalistika üzrə öndə gedən ölkələrdən biridir. Təbii ki, orada da müəyyən çatışmazlıqlar var. Amma çalışmalıyıq ki, onlardan yaxşı örnəklər götürək.

Bu qanun layihəsi ilə bağlı tələsmək lazım deyil. Ekspertlər qrupunu buraya cəlb edib, layihəni daha dərindən analiz etməliyik”.

Mediamızda yeni işıq

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli vurğulayıb ki, “Media haqqında” qanun layihəsi yeniliklərlə zəngindir: “Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, mövcud olsa da hüquqi statusu yox idi. Artıq onlayn media da KİV qurumu kimi tanınır, statusları bilinir və geniş imkanlar açılır.

Digər önəmli yenilik “freelancer” jurnalistlərin tanınmasıdır. Milli seqmentdə “sərbəst çalışan” və ya “müstəqil jurnalist” adlandırdığımız frilanslar kəmiyyətcə çoxalır, yeni imkanlar əldə edirlər. Amma yolları rahat, hüquqi statusları bəlli deyil. Frilanslar de-fakto mövcuddurlar, sayları artıb. Amma de-yure tanınmırlar. Yeni media mühiti onlar üçün əlverişlidir və bu qanun layihəsində onların da hüquqları tanınacaq.

Platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməklə lisenziya üçün müraciət edə biləcəklər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.

“Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur”.

Ekspert qeyd edib ki, yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır: “Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib”.

Bütöv.az
20-12-2021, 10:26
“Qaraheybət” qəzasının səbəbləri bu gün AÇIQLANACAQ

Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələr bu gün açıqlanacaq.

Modern.az-ın məlumatına görə, bu gün Baş Prokurorluqda bununla bağlı brifinq keçiriləcək.
Baş Prokurorluqdan bildirilib ki, brifinqdə baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə jurnalistlərin suallarını cavablandıracaq. Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Bütöv.az
20-12-2021, 10:23
Dünya bazarında neftin qiyməti necə dəyişib?

Dünya bazarında neftin qiyməti azalıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiymətiin fevral müqaviləsinin dəyəri 2.97 % ucuzlaşaraq 71,34 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin yanvar müqaviləsinin dəyəri 3.33% ucuzlaşaraq 1 barelə görə, 68.50 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!