Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
24-12-2021, 20:30
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 207 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 385 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 177 159, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 153 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 656 209, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 367 621 təşkil edir.

Bütöv.az
24-12-2021, 20:26
Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin spikeri Kaxaber Kuçava istefa verib.

Bu barədə ölkənin hakim “Gürcü arzusu” partiyası bəyanat yayıb.

Bəyanatda siyasətçinin mühüm bir dövlət layihəsi üzərində çalışacağı qeyd edilib.

Həmçinin, bildirilib ki, bundan sonra Gürcüstan parlamentinə Təhsil və Elm Komitəsinin sədri Şalva Papuaşvili rəhbərlik edəcək.

Mənbə: “Sputnik Georgia”

Bütöv.az
24-12-2021, 20:20
Ramiz Mehdiyevin kürəkəninin evinə basqın etdirdiyi Ülkər Kərimovadan MÜRACİƏT

Ramiz Mehdiyevin kürəkən İlham Əliyevə məxsus olduğu bildirilən “Yeni Gəncə” Tibb Mərkəzinin (“İntermedservis” MMC-nin) keçmiş direktoru Ülkər Kərimova tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub.


Bütöv.az "hurriyyet.az"a istinadən Birinci vitse-prezident Mehriban Əliyevaya və digər dövlət qurumlarının rəhbərlərinə ünvanlanan müraciəti təqdim edir:

“Hörmətli Mehriban xanım!

Bir müddət əvvəl mənim icraçı direktor vəzifəsində işlədiyim “İntermedservis” MMC-nin 3 nəfər işçisi tərəfindən 16.10.2020-ci il tarixdə yaşadığım mənzilə basqın edilib. Bu zaman mənə xəsarət almağımla nəticələnmiş fiziki güc tətbiq edilib və mənə məxsus 2000 (iki min) manat pul və brilliant zinət dəsti aparılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidentinə və digər instansiyalara müraciət etdikdən sonra mənə qarşı təzyiq və təhdidlər daha da artmışdır(Şikayətçi basqının Ramiz Mehdiyevin kürəkən İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini iddia edib – red.).

Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin mənimlə zərərçəkən kimi yox, cinayətkar kimi davrandığını, Məhkəmə Tibbi Ekspertizanın rəyinin nəticəsinə müdaxilə etdiyini nəzərə alaraq, onun apardığı təhqiqatın obyektivliyinə məndə inam qalmamışdır. Göstərilən faktlar barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova 22.11.2021-ci il tarixdə müraciət olunmuşdur. Mənim müraciətlərimdən sonra Rəşad Məmmədzadənin araşdırmanı daha da qərəzli aparması özünü biruzə vermişdir. Belə ki, Rəşad Məmmədzadənin Azərbaycan Respublikasının Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Gəncə şəhər şobəsinin müdiri Cavanşir Əliyevə təzyiq göstərərək, ekspert rəyinin dəyişdirilərək daha yüngül xəsarətlə əvəzlənməsi, dəyişdirilməyəcəyi halda təkrar komisiyon ekspertiza təyin edəcəyi barədə hədə-qorxu gəlməsi onun araşdırmanı qərəzli aparmaqla, qarşı tərəfin mövqeyini müdafiə edərək cinayətin ört- basdır edilməsi istiqamətində fəaliyyətini təsdiq edir.

03.12.2021-ci il tarixdə Bakı şəhərində Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyində təkrar ekspertizadan keçirilməyimə baxmayaraq, hələ də mənə qarşı cinayət törətmiş şəxslər barəsində cinayət işinin başlanması haqda qərar qəbul olunmamışdır.

Müstəntiq Rəşad Məmmədzadə adıçəkilən şəxslər tərəfindən mənə qarşı törədilən cinayət hadisəsini araşdırmaqla mənim pozulmuş Konstitutsiya hüquqlarımı bərpa etmək əvəzinə, sifarişli qaydada cinayəti ört-basdır etməklə məşğuldur. Bu səbəbdən də onun apardığı araşdırmanın ədalətli olmasına şübhə ilə yanaşıram və araşdırmanın başqa müstəntiqə verilməsini tələb edirəm.

Mənə qarşı daha bir təzyiq və ədalətsizlik Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən başlamışdir. Belə ki, Gəncə şəhər Prokurorluğu tərəfindən vəzifəli şəxs kimi, mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə uyğun olaraq inzibati icraatın başlanması barədə Qərarına əsasən başlanmış inzibati icraat düzgün aparılmamış və birmənalı şəkildə Ayaz Rəhimov tərəfindən mənə bilbirilmişdir ki, “prokurorun qərarı olduğu üçün biz bunu müzakirə edə bilmərik və prokuror tərəfindən Sizə cərimə inzibati tənbeh növünün tətbiq olunması tapşırıldığı üçün biz heç nə edə bilmərik”. Nəticədə Ayaz Rəhimov tərəfindən mənə eyni vaxtda İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat və 3500 (üç min beş yüz) manat məbləğində, cəmi 6500 (altı min beş yüz) manat cərimə tətbiq olunmuşdur. Ayaz Rəhimov prokurorun qərarını mənim iştirakımla müzakirə etməmiş, mənim irad və təkliflərimi, əlimdə olan zəruri sənədləri (işçi ilə bağlanmış xidməti müqaviləni) və izahatımda göstərdiyim halları araşdırıb nəzərə almadan, hətta tərəfimdən inzibati xəta törədilmiş olsa belə, həmin inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılaraq davam edən inzibati xəta olmadığını (İXM-nin 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi), mənim əmək müqaviləmə 2 ay öncə xitam verildiyi üçün mənim artıq vəzifəli şəxs statusu daşımadığımı, tərəfimdən törədilmiş inzibati xətanın insan həyatını xilas etmək zərurətindən yarandığını (İXM-nin Əməlin inzibati xəta olmasını aradanqaldıran hallar Maddə 19. Son zərurət 19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.) nəzərə almadan cərimə inzibati tənbeh növünü tətbiq etmişdir.

Yenidən 07.12.2021ci il tarixdə Ayaz Rəhimov tərəfindən barəmdə İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xətanın aradan qaldırılması və mənim vəzifəli şəxs olmamağım nəzərə alınmadan 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Ayaz Rəhimov qərar qəbul edəcək vəzifəli şəxs kimi mənimlə protokolun və qərarın müzakirəsində iştirak etməmiş, məni əmək müfəttişləri Arzu Əliyevin və Fizuli Verdiyevin xidməti otaqlarına göndərərək Arzu Əliyevlə müzakirə olunmasını bildirmişdir. Arzu Əliyev Prokurorun qərarının qərəzli olmasını söyləsədə barəmdə cərimə intizam tənbehinin tətbiq olunacağını bildirmişdir. Mən Arzu Əliyevə etirazımı bildirdikdə, bizim söhbətimizə həmin otaqda əyləşən əmək müfəttişi vəzifəsində işləyən Fizuli Verdiyev ona heç bir aidiyyatı olmadığı halda müdaxilə edərək dövlət qulluqçusunun etik davranış qaydalarını pozaraq mənimlə mübahisə etmiş və məni təhqir etmişdir. Ayaz Rəhimovun İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğunu, Fizuli Verdiyevin isə Dövlət qulluqçusunun etik davranış qaydalarını kobud şəkildə pozduğunu nəzərə alaraq barələrində tədbir görülməsini Sizdən xahiş edirəm.

Onu da bildirirəm ki, Ayaz Rəhimov Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Niyazi Rəhimovun qardaşı, Arzu Əliyev isə Baş nazirin müavini Əli Əhmədovun qardaşı oğludur.

Hörmətli Mehriban xanım!

Xahiş edirəm, mənim 2 uşaq anası olmağımı, ailənin yeganə qazanc gətirən şəxsi olmağımı Rəşad Məmmədzadə, Ayaz Rəhimov və Fizuli Verdiyevlə güc nisbətlərimizin bərabər olmadığını nəzərə alaraq, mənə ədalət naminə köməklik göstərəsiniz”.
24-12-2021, 20:18
İlham Əliyev onu təbrik edənlərə təşəkkür edib

“Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışında deyib.

“Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”, - İlham Əliyev vurğulayıb.

Bütöv.az
24-12-2021, 15:47
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Bütöv.az
24-12-2021, 15:45
İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşündə iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Bütöv.az
24-12-2021, 15:37
İmişlidə yol qəzası 11 min ailəni qazsız qoydu - VİDEO

İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.

Nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.

Hal-hazırda sözü gedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.




Bütöv.az
24-12-2021, 15:35
Bərdədə ağır qəza, xəsarət alanlar var - VİDEO

Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bütöv.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki rayonun Şirvanlı kənd sakin 1971-ci il təvəllüdlü Bağırov Səxavət Kamal oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Məmişov Rəşad Sabir oğlunun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı hər iki sürücü və "Qaz 3110" sərnişin Şirvanlı kənd sakini 1984-cü il təvəllüdlü Süleymanov Elgün Saday oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağrılan Təcili Tibb Yardım birqadasının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

24-12-2021, 15:31
"Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim" - Alim Qasımov - VİDEO

Xalq artisti Alim Qasımov "Fatehin divanı" proqramında qonaq olub.

Xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb. O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb:

"Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!