Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-04-2022, 10:38
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür


Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür.

Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.

***
30-04-2022, 10:00
“ABŞ Konqresi 81 ildən sonra ikinci dəfə Lend-Liz qanununu tətbiq edib.

Bu qanun Hitlerdən sonra ilk dəfə Putin Rusiyasına tətbiq edildi – ABŞ Konqresindən radikal addım
“ABŞ Konqresi 81 ildən sonra ikinci dəfə Lend-Liz qanununu tətbiq edib. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” (The Ukraine Democracy Defense Lend-Lease Act) 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə (cəmi 10 nəfər əleyhinə olmaqla) təsdiqlənərək prezidentin imzasına təqdim edildi. Bu qanunun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir”.
Bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
O xatırladıb ki, qanuna əsasən ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları operativ şəkildə göndərə biləcək:
“Bu yardım müharibənin sonuna qədər sürəcək. İlk Lend-Liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı. İkinci Lend-Lizin Rusiyaya qarşı qəbulu göstərir ki, ABŞ Putin rejimini də nasizmə bərabər təhlükə kimi görür."
Önümüzdəki həftələrdə ABŞ tərəfindən Rusiyanın “terrorizmin sponsoru” elan olunması ehtimalı da var”.
29-04-2022, 20:44
Aygün Əliyeva: "Qaliblər ədalətlə müəyyənləşəcək"

Aygün Əliyeva: "Qaliblər ədalətlə müəyyənləşəcək"

Hörmətli QHT nümayəndələri, əziz həmkarlar!
“Şuşa ili” çərçivəsində xüsusi qrant müsabiqəsinə layihə qəbulu 27 aprel 2022-ci il saat 18:00 da başa çatdı.
Əməkdaşlarımız bu gündən başlayaq ilk öncə layihələrin qəbulu üçün tələb olunan sənədlərin yoxlanması prosesinə başlayıb, bir neçə gün ərzində texniki seleksiya bitəcək və müvafiq məlumatlar QHT-lərə göndəriləcək…
Daha sonra isə layihələrin qiymətləndirməsi üzrə xüsusi təcrübəsi olan, peşəkar ekspertlər “seçim marafonu”nu (qaydalara görə onların adları gizli saxlanılır, hər biri ilə konfidensiallıq müqaviləsi bağlanır və əmin ola bilərsiniz ki, hər hansı formada müdaxilə etmək mümkün deyil) davam etdirəcək, ekspertlərin seçimi əsasında məzmun və forma baxımından uyğun olan layihələrin rəhbərləri Agentliyə dəvət olunacaq, video-çəkiliş aparılmaqla xüsusi ayrılmış vaxtda təqdimatlar dinləniləcək… Sonda texniki seleksiyanın və ekspertlərin 100 ballıq şkala üzrə qiymətləndirmə nəticələri Agentliyin Müşahidə Şurasına təqdim olunacaq və qaliblər barədə yekun qərar veriləcək...
Bir sözlə, qalib gələn layihələr bir neçə mərhələli seçim turundan keçəcək və təbii ki, sonda qrant əldə edə bilməyənlər də olacaq… Çünki “yaxşıların yaxşısı”seçiləcək…Bütün yarışlarda, müsabiqələrdə olduğu kimi qaliblər müəyyənləşəcək…
Dəyərli həmkarlar,
Dünyada ən bahalı məhsul ideyadır…İlk öncə bizə inanan, güvənən, öz layihə təkliflərini bizimlə bölüşən hər bir vətəndaş cəmiyyətinin nümayəndəsinə sonsuz təşəkkürümüzü bildiririk…
Lakin bu günlərdə bəzi QHT nümayəndələrinin bir-birinə “layihələr onsuz da paylanıb”, “artıq qaliblər bəllidir”, “şəffaflıqdan danışırlar, lakin həqiqət başqa cür görünür” və s. əsassız fikirlər söylədiyi haqqında mülahizələr eşidirik…Bəlkə də, “müəyyən” səbəblərdən etibarınız tamamilə itib və qısa zamanda bərpa edilməsi çətindir…Bunu da anlayışla qarşılayırıq…
Lakin hər hansı əsassız fikir bildirəndə onlarla insanın əməyini, əziyyətini yerlə-yeksan etdiyinizi unutmayın…
Bu günlərdə Agentliyin layihələrin qəbulu ilə məşğul olan hər bir əməkdaşı və mən çiynimizdə “Şuşa adlı müqəddəs yükü” bütün ruhumuzla hiss edirik…
Qarşımızda bir məqsəd var: “Bu müqəddəs torpaqların uğrunda canından keçənlərin ruhunu incitməmək, Şuşamızın ən gözəl şəkildə təbliğinə töfhə verəcək layihələrə dəstək olmaq”
Başqa heç bir məqsəd yoxdur, ola da bilməz…O torpaqların azadlığı uğrunda canından keçənlərin əziz ruhu bizi bağışlamaz…
Şuşa-bizim qeyrətimiz, namusumuz, ləyaqətimizdir…Bu dəyərlər isə nə alınmır, nə də satılmır…

Aygün Əliyeva
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru
29-04-2022, 20:00
Əcnəbilərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib

Əcnəbilərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib
“Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, qeyri-hökumət təşkilatının rəhbərləri və əcnəbilər iştirak ediblər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov tədbirin əhəmiyyətini və əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasına mümkün dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən layihələrin önəmini diqqətə çatdırıb.

Fəal müzakirə şəraitində keçən tədbirdə verilən çoxsaylı suallar Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydan Seyidova və Miqrasiya proseslərinin tənzimlənmə baş idarəsinin əməkdaşları şöbə rəisi Şəhriyar Mustafayev və baş inspektor İlyas Hüseynov tərəfindən ətraflı cavablandırılıb.

İştirakçılar miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirici görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını və təşəkkürlərini bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!