Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
19-07-2022, 11:05
HAQQ YOLÇUSU HAQQIN DƏRGAHINA YOL ALDI.


HAQQ YOLÇUSU HAQQIN DƏRGAHINA YOL ALDI.

Auditoriyanın kandarını yağır eləmişdim. Elə hey sağa-sola var-gəl edirdim. Ayaz müəllim narahatlığımı hiss etdi. Sakit halda mənə yaxınlaşdı. Məsələnin nə yerdə olduğunu biləndən sonra köməyin əsirgəmədi. Ayaz müəllimə təşəkkür etmək istəyirdim ki, elə bu zaman üzünü mənə tərəf çevirdi:
- Məni tanıyırdın?
- Ayaz müəllim, əlbəttə, tanıyırdım. Siz Qılman İlkinin oğlusunuz. Sözüm Ayaz müəllimin çox xoşuna gəldi. Ömrünün müdrik yaşında belə Qılman Musayev oğlu olmaqdan qürur duyduğunu gördüm. Sanki mənəviyyat adamı ən böyük mükafatını aldı. Təşəkkür etdi. Doğrusu, təşəkkür, minnətdarlıq Ayaz müəllimə düşürdü. Fəqət elə etdi ki, yaxşılığı barədə danışmayım. Duruxduğumu görüb bir kəlmə söz dedi: "İnsanlıq borcu".
Əlqərəz. İşlərimi sahmana saldı. Elə o zamandan sözlərimiz də sahman oldu, doğma oldu. Ayaz müəllim, əsl insan adam idi. O, canyanğısı, həmdəmliyi, sadəliyi, kübarlığı ilə seçilən ziyalı idi. Daxili aləmində Nəsiminin sirri-mütləq eşqini, həqqü həqiqət eşqini qəlbi, qələmi ilə yaşadırdı. Qəlbinin böyüklüyünə heyran qalmışdım - birinci kurs tələbəsinin şəklini feysbuk səhifəsində paylaşmışdı. Qələminin də böyüklüyü heyrət doğurmuşdu - "Jurnalistika fakültəsinin müsəlləh Əsgəri" yazmışdı.
Ayaz müəllim, haqqa tapınan, haqq yolunda yürüyən insan idi. 2022-ci il yenicə qədəm qoymuşdu. İkinci həftənin cümə günü - 14 yanvar tarixində Ayaz müəllimlə Bakı Dövlət Universitetinin həyətində görüşdük. Bundan bir gün öncə telefonla xeyli söhbət etmişdik. İmzalı kitablarını hədiyyə edərək: "Bilirəm ki, sən sözə qiymət verirsən, mütaliə etməyi xoşlayırsan" - deyə bildirdi. Nəşriyyat işindən, ədəbi redaktədən danışdıq. Özümdən aslı olmadan, təbii tərzlə, ancaq qeyri-təbii halda dedim: "Ayaz müəllim, xahiş edirəm, bizə dərs deyin, çox xahiş edirəm" (bu anı xatırlamaq çətindir).
Görüşümüzdən bir-iki gün keçməmişdi ki, böyük məhəbbətlə, sevgilə Ayaz Musayev yaradıcılığına baş vurdum, müəllifi olduğu "Fikirlərə bürünmüş sətirlər" kitabı haqqında yazı hazırladım.
Aprel ayı idi. Dərslərimiz başlamışdı. Həmişəki kimi ilk üz tutduğumuz yer Xalidə müəllimə Cavadovanın otağı idi. "Xudahafiz" - edib otaqdan çıxmışdıq ki, Ayaz müəllimlə qarşılaşdıq. Əhvalımızı soruşdu, dərslərdən xəbər aldı. Sonra da qrup qızlarına məni işarə edərək: "Müsəlləh Əsgəri qoruyun" - dedi.
Hər kəsin Ayaz Musayev şəxsiyyətinə sayğı duruşunda olduğunu görürdüm. Fakültəmizin müəllimi Mahmud Mahmudov öz dostu, həmkarı haqqında yazır:
Ayaz Musayev bir əlamətinə görə tamamilə müstəsnadır, yəni gündüz çıraqla da axtarsan beləsinin tayı-bərabəri tapılmaz. Bilirsiniz nədə? Vaxt qədrini bilməkdə, dəqiqlikdə, dürüstlükdə".
"Şeyx Sənan" Quranı əlindən yerə qoymadığı kimi, Ayaz Musayev də dürüst, dəqiq, vicdanlı, kübar, həmdəm olmağı bütün ömrü boyu həyatının kredosu bildi, bu amalla yaşadı, bu əqidə ilə yaşlandı.
Rəhmətlik Məmməd Rahim yazırdı ki, insanlar arasındakı körpünün, mehribanlığın, məhəbbətin sütunları vəfadır, insana hörmətdir...
Hər zaman müşahidə etmişəm: bu dünyada qəlbi ilə daşlaşanlar var, bir də insanlıq qalasını ucaldaraq daşlaşanlar. İkinci kateqoriya insanlar rəhmətlik Musa Yaqubun yazdığı "Bu dünyanın qara daşı göyərməz"indəki qara daşı yaxşı əməllərilə göyərdər də, ağardar da...
Ayaz müəllim, çox yaxşı insan idi. O, "Vəhdəti-vücud" mərtəbəsində, məqamındaydı. Əməllərilə Yaradana yaxın bəndə idi. Ayaz müəllim, mənəviyyat insanı idi. Onun təbiətinə "Mən", "Sən" anlayışı yad, "Biz" ifadəsi doğma idi. Ayaz Musayev bizə - onu tanıyan hər kəsə doğmadan da doğma idi. Ayaz Musayev tərcümə işinin kamil bilicilərindən sayılırdı. Rəhmətlik Tofiq Rüstəmovun mənəvi və elm yolunu ləyaqətlə yaşadırdı. Hər iki ziyalı işıqlı insanlar idi. Bu məqamı onların simalarında da görmək olurdu. Çox maraqlıdır ki, Ayaz Musayev Jurnalistika fakültəsinə "İşıq" nəşriyyatından gəlmişdi. İşıqlı, nurlu, xoş xasiyyətli, xoş təbiətli, xoş çöhrəli idi - Ayaz Musayev. İsminin mənası da əməllərində olduğu kimi idi: işıqlı və isti.
M.C.Ruminin hekayətlərinin birində adil adam günün günorta çağı əlinə fənər alıb, İlahi mərifətlərlə dolu olan gerçək insan axtarışına çıxır. Bunu görən biri dillənir: "Ey sərbəst düşüncə sahibi! Görmürsən ki, bu bazar tıxa-basa adamla doludur?!" - Həqiqət də belədir. Adamla dolu dünyada gerçək insan tək-tük, bəzən də yox dərəcəsində.
Ayaz müəllim, gerçək insan idi - Mövlanənin axtardığı insan. Bu yaxınlarda telefonla danışdıq. Vədələşdik ki, yaxın zamanda Səyavuş Əlizadənin "Xəzər" muzeyinə gedək. Deyirdi ki, bu, gənc dostum Səyavuşa hədiyyə olar. Eh, fani dünya. Sən demə, zaman bizə başqa hədiyyə hazırlayıbmış. Payın artıq olmasın, ey fələk!

Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin tələbəsi
19-07-2022, 09:07
Elçin Mirzəbəyli yazır: "Şah İsmayılın bir beytinin izi ilə..."


Şah İsmayılın bir beytinin izi ilə...
Şah İsmayıl Xətainin nə qədər böyük düha, şəxsiyyət olduğunu anlamaq üçün onunla bağlı əksər hallarda təhrif olunmuş, rəqiblərinin, düşmənlərinin səlnaməçiləri tərəfindən yazılmış söz yığınlarına nəzər salmaq lazım deyil. Xətainin milli kimliyi, düşüncəsi, daxili aləmi, şəxsiyyətinin portret cizgiləri onun poeziyasındadır! Təəssüf edirəm ki, bu istiqamətdə araşdırmalarımız çox azdır…
Xətai haqqında illər öncə ayaq açan iddialara 2016-2017-ci illərdə bir neçə yazı ilə cavab vermişəm. Mövzuya yenidən qayıtmaq istəmirəm. Amma Azərbaycan cəmiyyətində Şah İsmayıla məzhəbçilik çərçivəsindən baxış formalaşdırmaq istəyənlərə, onun sadəcə bir beytinin yozumu ilə cavab vermək istəyirəm. Oxuyun və görəcəksiniz ki, Xətainin bu kiçik təhlildə nümunə gətirdiyim beyti ona çamur atanların cəmindən dəfələrlə böyükdür.
Beləliklə, Şah İsmayıl Xətai yazır:
Lövhi-məhfuzin Xətayi əbcədin qıldı bəyan,
Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör.

“Lövhi-məhfuz” sözü ərəb dilindən tərcümədə “qorunan lövhə” anlamına gəlir. Qurani-Kərimdə bu ad bir neçə ayədə işlədilib. Məsələn: “O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuzdadır” (Büruc, 21-22). Xətainin bu beytində isə “lövhi məhfuz” alın yazısı, qismət mənasını verir.
Əbcəd -Türk, ərəb və fars ədəbiyyatlarında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.
Əbcəd hesabında ərəb əlifbasının hər hərfi konkret say bildirir. Məsələn, Əlifın qiyməti 1-dir. Beytin daşıdığı məna yükünü nəzərə alsaq, burada söhbətin insana verilən vaxtdan, zamandan getdiyini ehtimal edə bilərik. Amma nəzərə almaq lazımdır ki, əbcəd hesabı eyni zamanda Fəzlullah Nəimi fəlsəfəsinin, hürufizmin açarlarından biri sayılır. Hürufilər əbcəd hеsabı ilə müхtəlif hesablamalar aparmaq yolu ilə Quran ayələrini insan üzü ilə еyniləşdirirdilər. Beytdə Fəzlüllaha istinad olunduğu üçün burada işlədilən “əbcəd” sözünü insanın zahirini və batinini ifadə edən, onun mahiyyətini əks etdirən məzmun kimi də başa düşmək olar.
Beytin son misrası isə Şah İsmayıl Xətai poeziyasının işərisindən keçən azsaylı və bəlkə də təkrarı olmayan nümunələrdən biridir:
“Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör”.
Burada “div degülsən (deyilsən)” istisnasız olaraq, “əgər insansan”, “adəm övladısan” anlamını verir. Xatəmin xətmi isə o deməkdir ki, artıq dünyaya islamdan başqa din və Məhəmməd (s) peyğəmbərdən başqa peyğəmbər gəlməyəcək. Amma burada Xətai başqa bir xəttə, istiqamətə, məhz türk ruhundan, törəsindən qaynaqlanan yola işarə edir. “Peyğəmbərliyin başa çatdığı yerdən sonra Fəzlullahı gör”, onun fəsəfəsini anla, zahirdən batinə en, batindən zahirə qalx deyir...
Şah İsmayıl Xətainin təkcə bu beyti kifayətdir ki, onu zorla bir məzhəb çərçivəsinə salmaq istəyənlərin bütün iddiaları alt-üst olsun. Xətainin bu beytində Azərbaycanın, türklüyün islama baxış fəlsəfəsindən, Nəsimi ruhundan yol alan yanaşma, mənəvi, poetik və fəlsəfi vərəsəlik açıq-aşkar hiss olunur.

Elçin Mirzəbəyli
4 avqust 2019-cu il
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!