Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-07-2022, 22:13
Mehdiabad qəsəbəsində tibbi maarifləndirmə


Mehdiabad qəsəbəsində tibbi maarifləndirmə

“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzi tibbi-profilaktik tədbirlərlə bağlı bir sıra maarifləndirmə işləri həyata keçirib. Belə tədbirlərdən biri də iyulun 30-da, Ailə Sağlamlıq Mərkəzində və qəsəbənin mərkəzi küçələrində olub.
Əvvəlcə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılova bu günkü pasientlərə və mərkəzin tibb işçilərinə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ilkin səhiyyə xidmətində göstərilən xidmətlər və sığortaya daxil olan digər xidmətlər haqqında aparılan sanitar-maarif işinin əhəmiyyətindən danışıb. Sığortaolunanlara müvafiq növlərdə göstərilən tibb xidmətləri barədə ətraflı məlumat verib. Sanitar maarifi işinin əhatə dairəsini genişləndirməyi, qəsəbədə daimi yaşayan və xidməti ərazilərində müvəqqəti məskunlaşan əhalinin tibbi biliklərə yiyələnməsinin zəruririliyini bildirib. Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisini əhatə etməsi və bundan vətəndaşların yararlanmasının dövlətin əsas prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Sonra ailə həkimləri qəsəbənin müxtəlif küçələrində, ictimai yerərdə sakinlər arasında silsilə görüşlər keçirib, tibbi-profilaktik söhbətlər aparıblar.

Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Sevil Abbasova Hüseyn Cavid küçəsində yaşayan sakinlərlə həmsöhbət olub. Görüşdə valideynlər öz övladları ilə iştirak ediblər. Bu səbəbdən ailə həkimi Sevil Abbasova İcbari Tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlər və onlardan necə yararlanmaq haqqında valideynlərə məlumat verib. Valideynləri maraqlandıran suallara cavab verib.

Növbəti görüş mərkəzin ailə həkimi-mama-ginekoloq Vəfa Ələkbərzadə ilə M.Əzizbəyov küçəsində yaşayan sakinlər arasında keçirilib. Vəfa Ələkbərzadə xanımlara arzuolunmaz hamiləlik və onlardan qorunmaq yolları barədə danışıb. Həkim görüşə gələnlərə sığorta çərçivəsində hamilə qadın və ginekoloji xəstələrin müayinə və müalicəsi və hamiləlik dövrünün təlimatlara uyğun keçirilməsi barədə məlumatlandırıb.

Digər görüşdə qəsəbənin İmadəddin Nəsimi küçəsində yaşayan ailələr iştirak ediblər. Ailə həkimi-pediatr Şəhla Quliyeva sığortanın xidmətlər zərfinə daxil olan pediatrik xidmətlər haqqında geniş məlumat verib, sakinlərin bi neçəsi bu xidmətlərdən yararlandıqlarını və razı qaldıqlarını söyləyiblər. Həmçinin ailə həkimi koranavirus infeksiyasının son zamanlar artım dinamikasına nəzər salıb.

Hərkəsi şəxsi gigiyena və tibbi-profilaktik qaydalara riayət etməyə çağırıb. Qapalı və əhalinin sıx olduğu yerlərdə maskadan istifadə etməyi tövsiyə edib. Ailə həkimi Şəhla Quliyeva qeyd edib ki, mütəxəssis məsləhəti olmadan müalicə tədbirləri həyata keçirmək, tibbə yad adamların məsləhətilə hərəkət etmək yaxşı nəticə verməz, hətta əlavə fəsadlar yarada bilər. Buna görə də ən kiçik narahatçılığınız zamanı, belə mərkəzimizə müraciət edə bilərsiniz. Kollektivimiz hər zaman xidmətinizdə durmağa hazırdır.

Xatırladaq ki, həkimlər Covid-19 pandemiyasının yenidən artmasını nəzərə alaraq bütün maarifləndirici tədbirləri açıq hava şəraitində keçiriblər.
Əsgər İsmayılov
Bütöv Azərbaycan”ın xüsusi müxbiri

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!