Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
24-08-2022, 22:33
Dünyanın ən güclü orduları – Siyahıda Azərbaycan da var


Dünyanın ən güclü orduları – Siyahıda Azərbaycan da var

Dünyanın ən güclü ordularının yeni siyahısı açıqlanıb. Butov.az xəbər verir ki, “Global Firepower” internet platforması 2022-ci il üzrə ən yüksək hərbi gücə malik ölkələrin siyahısını hazırlayıb. Reytinq cərvəlində orduların texnoloji inkişafı, insan potensialı, hərəkətlilik qabiliyyəti və digər xüsusiyyətlər nəzərə alınıb. Məlumata görə, ABŞ siyahıda birincidir. Növbəti yerlərdə Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Birləşmiş Krallıq, Pakistan və Braziliya orduları qərarlaşıb. Ən güclülər sırasında Türkiyə ordusu 13-cü, Azərbaycan ordusu isə 63-cü pillədə yer alıb.
24-08-2022, 22:27
Putin meşə yanğınlarına görə müşavirə keçirdi


Putin meşə yanğınlarına görə müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin müşavirə keçirib. Butov.az xəbər verir ki, müşavirə ölkədə davam edən meşə yanğınlarına həsr olunub. Rusiya lideri son vaxtlar müşahidə olunan anomal isti hava şəraitinin yanğınlara səbəb olduğunu deyib. O bildirib ki, yanğınlara qarşı mübarizə çətin prosesdir. "Meşə yanğınları ilə mübarizə genişmiqyaslı resursların cəlb edilməsini tələb edir”, - deyə Putin müvafiq qurumlara yanğınların qarşısının alınması üçün ciddi tədbirlər görməyi tapşırıb. Qeyd edək ki, Rusiyanın 26 regionunda meşə yanğınları davam edir.
24-08-2022, 22:24
Tokayev Əliyevi “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif etdi


Tokayev Əliyevi “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif etdi

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub. Butov.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək dedi:
-Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu. Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın Kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir. Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın Kıran” ordenini təqdim etmək istərdim. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın Kıran” ordeni ilə təltif edilməsi haqqında Qazaxıstan Prezidentinin Fərmanı oxundu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Altın Kıran” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev çıxış edərək dedi:
-Möhtərəm Kasım-Jomart Kemeleviç, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm. Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq. Bu yüksək mükafata görə bir daha təşəkkür edirəm.



24-08-2022, 22:17
Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi


Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu təhlükəsizlik məsələlərini müzakirə etmək üçün dekabrda Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin, habelə digər dost ölkələrin müdafiə nazirlərinin görüşünün keçirilməsini təklif edib. Butov.az xəbər verir ki, Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib: "Avqustun 16-da beynəlxalq təhlükəsizlik üzrə onuncu Moskva konfransı keçirildi, konfransda bu sahədəki vəziyyətin ətraflı təhlili aparıldı. Mən müəyyən edilmiş problemlərin müzakirəsini davam etdirməyi və bu ilin dekabrında Moskvada birgə iclas keçirməyi təklif edirəm. İclasa Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, MDB üzvlərinin, eləcə də digər dost ölkələrin müdafiə nazirlərini dəvət edirəm”. Rusiyanın müdafiə naziri deyib ki, Ukraynada bioloji silahların komponentlərinin hazırlandığı ABŞ-ın hərbi proqramı Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün birbaşa təhlükə yaradır. "Xüsusi əməliyyat zamanı aşkar edilmiş Amerika hərbi bioloji proqramının Ukraynada həyata keçirilməsinə dair faktları xüsusilə qeyd etmək istərdim. Bizim dərc etdiyimiz sənədlər Pentaqonun Ukraynanın 30-dan çox bioloji laboratoriyasını maliyyələşdirdiyini təsdiqləyir. ABŞ-dan olan mütəxəssislərin iştirakı və rəhbərliyi ilə gizli şəkildə yüksək riskli tədqiqatlar aparılıb”.
24-08-2022, 22:14
Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır


Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistandakı ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq. Butov.az xəbər verir ki, müvafiq qərar avqustun 24-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Təlimin məqsədləri, tərkibi, ümumi sayı və ixtisaslar müəyyən edilir. Təlimlərə 98-i zabit olmaqla 318-dək vətəndaş cəlb olunacaq.
24-08-2022, 22:09
Hadruta aparan yolun tikintisi nə yerdədir...


Hadruta aparan yolun tikintisi nə yerdədir...

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Butov.az xəbər verir ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir. Hazırda yolboyu 30 km-lik hissədə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası icra olunub, 20 km-lik hissəsində isə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Yolun qalan təqribən 9 km-lik hissəsində isə normativ en alınaraq yol yatağı tikilib, 700 metr hissəsində qaya tipli süxurlar mexanizmlə kəsilməsi, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir. Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq 2, 19, 20 və 39-cu km-də inşa olunan körpülərin inşası, həmçinin yolun 8 km hissəsində beton baryerlərin tikintisi yekunlaşıb. Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.
24-08-2022, 22:01
Putin Paşinyanla Qarabağı müzakirə etdi


Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu qeyd ediblər. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. "Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, - deyə Kremlin rəsmi məlumatında bildirilib. Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub. Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında sonuncu söhbət avqustun 8-də olmuşdu. O zaman iki ölkə lideri Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə etmişdilər.
24-08-2022, 21:43
Putinin “qardaşı” Ukraynanı təbrik etdi


Putinin “qardaşı” Ukraynanı təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib. Butov.az xəbər verir ki, Lukaşenko ukraynalılara dinc həyat, tolerantlıq, cəsarət və güc arzulayıb. "Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək”- təbrikdə deyilir. Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğalına açıq-aşkar dəstək nümayiş etdirir. O, mətbuata açıqlamalarında Rusiyaya dəstəyini heç vaxt gizlətmir, əksinə Rusiya Prezidenti Vladimir Putini özünün böyük qardaşı adlandırır.
24-08-2022, 21:38
İlham Əliyev Zelenskiyə məktub göndərdi


İlham Əliyev Zelenskiyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Butov.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Diplomatik münasibətlərimizin qurulduğu ötən otuz illik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm. Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik. Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir. Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".
24-08-2022, 21:34
İran genişmiqyaslı PUA təlimlərinə başlayır


İran genişmiqyaslı PUA təlimlərinə başlayır

İran Silahlı Qüvvələri 150 pilotsuz uçuş aparatının iştirak edəcəyi genişmiqyaslı təlimlərə başlayır. Bu barədə İran ordusunun kontr-admiralı Həbibullah Səyyari bildirib. Onun sözlərinə görə, təlimlər dörd qoşun növünün iştirakı ilə ölkənin bütün ərazisində baş tutacaq. PUA təlimində silahların dəqiqliyi və gücü, uçuş keyfiyyəti, istiqamətləndirmə və idarəetmə sistemlərinin imkanları, həmçinin pilotsuz təyyarələrin döyüş qabiliyyəti qiymətləndiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!