Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
20-08-2022, 22:20
Nazirlik İsmayıllıdakı yanğının qəsdən törədildiyini bildirir


Nazirlik İsmayıllıdakı yanğının qəsdən törədildiyini bildirir

19 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb. "Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib", - nazirliyin açıqlamasında bildirilib.
20-08-2022, 22:18
İran hərbçiləri Bakıda Şəhidlər xiyabanını ziyarət etdi


İran hərbçiləri Bakıda Şəhidlər xiyabanını ziyarət etdi

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
20-08-2022, 22:14
Krımda rusların qərargahları vuruldu


Krımda rusların qərargahları vuruldu

Ukraynanın Rusiya tərəfindəən işğal olunmuş Krım yarımadasında dalbaldal partlayışlar baş verib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, partlayışlardan biri Sevastopoldakı Rusiyaya məxsus Qara dəniz donanmasının qərargahında baş verib. Məlumata görə, həmin əraziyə dronlarla zərbə endirilib. Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilir. Qeyd edək ki, bu gün Krım ərazisindəki Yevpatoriya şəhərində də oxşar hadisələr baş verib.
20-08-2022, 22:13
Bakıda su çəkən fırıldaqçılar aşkarlandı


Bakıda su çəkən fırıldaqçılar aşkarlandı

Bakının Xəzər rayonunda qeyri-qanuni içməli su şəbəkəsinin yaradılmasına cəhdlərin qarşısı alınıb. Bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlum olub ki, özlərini səhmdar cəmiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs pul müqabilində vətəndaşların evlərinə su xətləri çəkir. Belə ki, Mərdəkan qəsəbəsində Raco adlı şəxs əsasən gecə saatlarında asfalt küçələrdə xüsusi texnika ilə qazıntı işləri aparıb, yol örtüyünü dağıdılaraq 600 metr uzunluğunda su xətti çəkib. Buzovna qəsəbəsində isə qanunsuz su xətti çəkən şəxs bir neçə fərdi yaşayış evinə birləşmə verilməsi üçün sakinlərdən pul tələb edib. Bəzi vətəndaşlar onların vədlərinə aldanaraq tələb olunan pulu veriblər. Qanunsuz olaraq su xətləri çəkilib, evlərə birləşmələr verilib. Həmin şəxslər sayğacların qoyulacağını və abonent kodu veriləcəyini vəd etsələr də yoxa çıxıblar. Bu cür hallar ərazidə yaşayan digər sakinlər üçün də problemlər yaradır. Belə ki, qeyri-qanuni su xətlərinin çəkilməsi hidravliki rejimlərin pozulmasına səbəb olur. Nəticədə içməli sudan qanuni istifadə edən abonentlər normal su ala bilmirlər. Araşdırmalardan məlum olub ki, Xəzər rayonunun digər yaşayış məntəqələrində, xüsusilə Binə qəsəbəsində belə hallara daha çox rast gəlinir. Raco, Şaiq, Ramin, Lazım və digər şəxslər vətəndaşlarla sövdələşməyə gedərək pul müqabilində qanunsuz su xətləri çəkir. "Vətəndaşlara tövsiyə edirik ki, bu cür təkliflərə aldanıb sövdələşməyə getməsinlər. Çünki belə hallarda sənədləşmə aparılmır, abonentlər sayğacla təmin edilmir və kod verilmir. Üstəlik qanunsuz çəkilmiş su xətləri ləğv edilir. İçməli su şəbəkəsinə qoşulma yalnız yeni mərkəzləşdirilmiş içməli su şəbəkələrinin yaradılması layihələri çərçivəsində, həmçinin mövcud şəbəkələrə qoşulmaq üçün alınmış texniki şərt əsasında həyata keçirilir. Şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün bundan sonra da hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.
20-08-2022, 22:10
Nazirliyin Tədris Mərkəzi ləğv edilib


Nazirliyin Tədris Mərkəzi ləğv edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 may tarixli 84 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edib. Butov.az xəbər verir ki, Prezidentin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib. Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib. Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranmışdı.
20-08-2022, 22:05
Nazir müavini yanğına görə Siyəzənə gedib


Nazir müavini yanğına görə Siyəzənə gedib

Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir. Butov.az xəbər verir ki, yanğın kəndin mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. FHN-in yanğınsöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir. Bildirilib ki, kəndin təxminən 40 hektara yaxın ərazisində yanğın baş verib və hazırda tədbirlər aparılır. Qeyd edək ki, Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb.
20-08-2022, 21:58
İki azyaşlı övladını xilas etməyə çalışan ata və əmi suda boğulub


İki azyaşlı övladını xilas etməyə çalışan ata və əmi suda boğulub

Saatlıda azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 nəfərin ölüm faktı ilə bağlı araşdırma aparılır. Saatlı rayon prokurorluğundan verilən məlumata görə, avqustun 19-u, saat 19 radələrində Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən iki azyaşlı uşağını xilas edərkən özləri suda boğularaq ölüb. Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
20-08-2022, 21:54
Kissincer: Ukraynadakı münaqişə danışıqlarla bitməlidir


Kissincer: Ukraynadakı münaqişə danışıqlarla bitməlidir

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, Ukraynada uzanan müharibənin getdikcə kəskinləşməsi təhlükəlidir və münaqişə təcili danışıqlar yolu ilə həll edilməlidir. Henri Kissincer bunu CNN-ə açıqlamasında bildirib. "Bu (münaqişə) danışıqlarla bitməlidir. Mən təklif edərdim ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlanmışdı. NATO ilə sıx bağlı idi və NATO ilə müəyyən əlaqələr qalacaq”, - deyə o bildirib. “Məncə, Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflər səhv idi, lakin baş verənləri nəzərə alsaq, bu, keçmişdə qalıb. Mən müharibəni qeyri-müəyyən müddətə uzatmaqdan çəkinərdim.Çünki tədricən Birinci Dünya Müharibəsinə bənzəyəcək, yəqin ki, eskalasiya olacaq. Ona görə də ümid edirəm ki, tezliklə NATO ölkələri danışıqlar barədə bir-birilə razılığa gələcəklər”. Eyni zamanda, Kissincer deyib ki, Rusiya münaqişə başlamazdan əvvəl mövcud olan xəttdən geri çəkilməlidirlər. “Bundan sonra NATO ölkələri Rusiya ilə münasibətləri necə quracaqlarına qərar verməlidirlər ki, bu dövlət “Avropanın bir hissəsi olacaqmı, indi mümkündürmü, yoxsa Avropanın kənarında Çin forpostu olacaq..”. Keçmiş dövlət katibi əlavə edib: "Mən birincini hədəfləyərdim". May ayında 99 yaşlı Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib. O, Ukraynada nizamlanmaya dair danışıqlara başlamağın vacibliyini vurğulayıb Bir sıra Qərb mediası Kissincerin sözlərini Rusiyaya güzəştə çağırış kimi qiymətləndirib və onu tənqid edib. Kissincer 1923-cü ildə Almaniyada anadan olub. 1938-ci ildə ailəsi nasistlərdən qaçmaq üçün ABŞ-a mühacirət edib. ABŞ Silahlı Qüvvələrinin tərkibində İkinci Dünya Müharibəsində iştirak edib. Siyasətçi 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, 1973-1977-ci illərdə isə dövlət katibi vəzifəsini tutub.
20-08-2022, 21:49
Putin və Cinpin G20-də Qərbə itaətsizlik nümayiş etdirəcəklər


Putin və Cinpin G20-də Qərbə itaətsizlik nümayiş etdirəcəklər

Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə qatılsalar, bundan Qərbə qarşı itaətsizlik üçün istifadə edə bilərlər. Bu barədə nüfuzlu “South China Morning Post” nəşri analitiklərə istinadən yazıb. İndoneziya prezidenti Coko Vidodonun sözlərinə görə, Putin onunla söhbətində sammitə gəlmək niyyətini artıq şəxsən bəyan edib. Vidodo da bildirib ki, Si Cinpinin də liderlərin görüşünə gələcəyi gözlənilir, baxmayaraq ki, Çin Xarici İşlər Nazirliyi hələ bunu təsdiqləməyib. Qəzet qeyd edir ki, Moskva və Pekinlə Qərb arasındakı gərginlik G20 sammitinə kölgə sala, tutduqları mövqedən asılı olmayaraq, digər ölkələr üçün də pis nəticələr verə bilər. Si Cinpin G20-yə getsə, bu, onun pandemiyanın başlanğıcından bəri ilk xaricə səfəri olacaq.
20-08-2022, 21:40
Hacıyevlə Qriqoryanı görüşdürən Brüssel Kremli dəli edəcək


Hacıyevlə Qriqoryanı görüşdürən Brüssel Kremli dəli edəcək

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bildirdiyinə görə, ötən gün Brüsseldə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlər və Aİ-nin rolu ilə bağlı məhsuldar müzakirələr aparılıb. Butov.az-ın məlumatına görə, görüşü şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsilə bağlı budəfəki əsaslı müzakirəsi də Moskvada xoş qarşılanmayacaq: “Brüssel yenə Kremli dəli edəcək. Kreml Ukraynaya qarşı işğalçı müharibə və Avropa İttifaqının sanksiyaları fonunda Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyini və həmlələrini qısqanclıqla qarşılayır. Kreml “görəsən Brüsseldə konkret nələr müzakirə edilib”, “hansı razılaşmalar var” kimi suallara cavab tapmaq üçün yaxın günlərdə Bakıya və İrəvana emisarlarını göndərəcək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!