17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
17-08-2022, 19:04
“Çətin də olsa, Putinlə görüşməliyik” – Almaniya lideri


“Çətin də olsa, Putinlə görüşməliyik” – Almaniya lideri

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə dialoqun davam etdirilməsini vacib hesab edir. Bu barədə kansler isveçli jurnalistlərlə söhbəti zamanı bildirib. Almaniya kansleri birbaşa ünsiyyətin zəruriliyini belə izah edib: “Putin ondan nə tələb etdiyimizi bilməlidir. Buna görə də, üz-üzə görüşmək zəruridir. Bu çətin olsa da, böhran zamanı ünsiyyəti saxlamaq lazımdır". Almaniya lideri, həmçinin qeyd edib ki, o, Putinin birbaşa mesajlar almasını və Ukraynaya qarşı müharibənin məsuliyyətini öz üzərinə götürməsini istəyir.
17-08-2022, 18:43
17-08-2022, 07:16
"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin millət vəkili:

"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan cəmiyyətin parçalanmağa və qruplaşmağa doğri getdiyini bildirib. Məsud Pezeşkiyan ölkədə qruplaşmaların çoxaldığını və bunun cəmiyyətin parçalanmasına, təhlükəli durumun yaranmasına səbəb olduğunu deyib:
"İbrahim Rəisi hökumətinin qütbləşmələrə rəvac verməsinin səbəbi nədir? Bəlkə mütəxəssislərin dediyi kimi bu seçkilər dövründə verilən vədlərin unudulması üçün bilərəkdən atılan addımdır"-deyə, Pezeşkiyan hökuməti verdiyi sözləri yerinə yetirməməkdə günahlandırıb.
İbrahim Rəisi prezident seçildikdən sonra ölkədə qütbləşmənin sürətləndiyini deyən millət vəkili, hökumətin məcburi hicab və başqa bu kimi bəhanələrlə vətəndaşların fikrini əsas məsələlərdən yayındırmağa çalışdığını söyləyib. O, ölkədə yoxsulluq, bahalıq, işsizlik və bu kimi başqa problemlərin artdığını, hökumətin isə bütün çatışmazlıqları öncəki hakimiyyətin üzərinə yıxaraq məsuliyyətdən yayınmağa çalışdığını bildirib:
"Bu hakimiyyət bacarıqlı insanların potensialından istifadə etmək yerinə onları müxtəlıif bəhanələrlə, o cümlədən casusluq, xarici dövlətlərə bağlılıq və başqa bu kimi qondarma ittihamlarla meydandan çıxarmağa çalışır"-deyə, Məsud Pezeşkiyan "camaran" xəbər saytına verdiyi müsahibədə qeyd edib.
Timur

17-08-2022, 07:08
"Urmu qurusa Təbriz təxliyə edilməlidir"

Sabiq nazirdən xəbərdarlıq

"Urmu qurusa Təbriz təxliyə edilməlidir"

İranın keçmiş kənd təsərrüfatı naziri və İran Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün qurumasının törədə biləcəyi faciələr barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə təxliyə edilməli olacağını deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib:
"Urmu gölü bərpa edilməsə İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köçünün dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlıq ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur. Urmu gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək"-deyə, "İnsaf News"a müsahibə verən keçmiş nazir hökumətə xəbərdarlıq edib.
O, bundan öncə su qaynaqlarının yanlış idarəçiliyi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.
Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.
Cavidan

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!