16-08-2022, 16:22
Ermənistanda qorxulu anlar yaşanır - FHN hərəkətə keçdiErmənistan Fövqəladə Hallar Nazirliyinə Zvartnos beynəlxalq aeroportuna bomba qoyulması barədə məlumat daxil olib. Bu barədə nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib. Onun sözlərinə görə, məlumat FHN-ə elektron poçt vasitəsilə göndərilib. Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. Nazirlik rəsmisi qeyd edib ki, insanların hava limanından təxliyəsi planlaşdırılmır. Xatırladaq ki, bu gün səhər saatlarında İrəvan metrosunun stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı.
16-08-2022, 16:19
Şoyqu erməni müdafiə naziri ilə Qarabağdan danışdı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və danışıqlar aparıb. Məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb. Qeyd olunur ki, nazirlər digər məsələlərlə yanaşı, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı da müzakirə aparıblar. "Əvvəlki kimi biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir", - Rusiya hərbi idarəsinin rəisi danışıqlar zamanı bildirib. Şoyqu həmçinin erməni tərəfdaşına “Beynəlxalq Ordu Oyunları”nın və “Ordu-2022” beynəlxalq hərbi-texniki konfransının açılışında iştirakına, eləcə də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı fəaliyyətinə görə təşəkkür edib. Öz növbəsində, Papikyan qeyd edib ki, onlar ilin əvvəlindən bəri ikinci dəfədir görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir. "Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk", - Ermənistanın müdafiə naziri bildirib.
16-08-2022, 16:16
Quba və Şabranda meşələr yanırQuba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”, - deyə nazirlik rəsmisi qeyd edib.
16-08-2022, 16:06
Makron Zelenski ilə Zaporojye AES-i müzakirə edəcək
Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Vladimir Zelenski ilə Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə edəcək. Məlumatı BFMTV Yelisey sarayına istinadən yayıb. Fransa lideri ilə Zelenski arasında telefon danışığının çərşənbə axşamı gün ərzində baş tutacağı bildirilir. Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Kiyevin Zaporojye AES ərazisində genişmiqyaslı təxribatlar hazırladığını, bunun üçün Ukrayna komandanlığının minə qədər radiasiya, kimyəvi və bioloji müdafiə qoşunu cəlb etdiyini açıqlayıb. Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada altı enerji bloku quraşdırılıb. AES mart ayından Rusiya hərbçiləri tərəfindən qorunur. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etməsinə haqq qazandırdığını vurğulayıb.
16-08-2022, 16:04
Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalıBir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən qeydə alınan terror-pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması halları mütəmadi olaraq qeydə alınır. “Ümumiyyətlə, DSX Ali Baş Komandanın hər bir tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır” - A.Xəlilov vurğulayıb.
16-08-2022, 16:01
Zaqatalada Aqrar İnnovasiya Festivalı keçirilibZaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
Butov.az xəbər verir ki, özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər. Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri, müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub. Festivalda “Teknofest Aerokosmik və Texnologiya Festivalı”nın qaliblərinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin hazırladıqları prototiplər də təqdim olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyininin tabeli qurumlarının iştirakı ilə kənd təsərrüfatı məhsul istehsalçılarına növbəli əkin, yay şumu barədə geniş məlumat verilib. Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə il ərzində Quba, Ucar, Qobustan və Ağstafa rayonlarında silsilə tədbirlər həyata keçirilib. Bu festivallarda 2000-dən artıq fermer iştirak iştirak edib.
16-08-2022, 15:07
"Qarabağ" daha 2500 bileti satışa çıxardı"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə Bakıdakı ilk matçına Çexiyadan azarkeşlər gəlməyəcək. Bu barədə "Qarabağ"ın mətbuat xidməti açıqlama yayıb. UEFA ilə əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlər üçün satışa çıxarılacaq. Fanatlar həmin biletləri iticket.az saytından və kassalardan ala bilərlər. Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).
"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.
16-08-2022, 15:02
Generaldan sərhəd açıqlaması: Sentyabrın 1-dək...Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı məhdudiyyət yoxdur. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.
16-08-2022, 14:59
FHN yanğınlarla bağlı əhaliyə müraciət etdiYay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. FHN-dən bildirilib ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. Belə ki, avqustun 16-na olan məlumata əsasən, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir. Ötən gün Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar isə ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.
16-08-2022, 14:56
Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandı
Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.