15-08-2022, 15:18
Bildiyimiz kimi, qardaş Türkiyəmizdə Trabzonun fəthi hər il təntənə ilə qeyd olunur.
Bü münasibətlə Trabzonda yüksək səviyyəli rəsmi tədbirlər, yürüş və ziyarətlər həyata keçirilir. Bu il də Trabzonun fəthinin 561-ci ildönümü TÜRKAV tərəfindən böyük coşqu ilə qeyd olundu. Belə ki, ənənəvi olaraq hər il 15 avqust tarixindən əvvəlki cümə günü düzənlənən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbir bu il avqustun 12-sinə təsadüf etdiyi üçün həmin gün Trabzonun Kadırğa yaylasında TÜRKAV tərəfindən yürüş təşkil olundu. Mehteran ( Yeniçəri Türk əsgəri) dəstələrinin müşayiəti ilə iştirakçılar tədbirin keçiriləcəyi məkana gəldilər. Tədbiri giriş sözü ilə açan TÜRKAV rəhbəri, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Trabzon təmsilçisi Kenan Kuru belə bir önəmli tarixi gündə tədbirə qatılan hər bir kəsə minnətdarlığını bildirərək göstərdikləri duyarlılıq üçün təşəkkür etdi. TÜRKAV rəhbəri qeyd etdi ki, bu gün tarixin gerçəkliyini günümüzə daşımaq önəmli yer tutmakdadır. Birliyimiz tarixdə olduğu kimi, bu əsrdə də Türk millətini birləşdirən iradənin adını ifadə edir. Türk dövlətləri, eləcə də Türk milliyətçiləri Türk dünyasındakı müstəqillik və azadlıqları uzun müddətdən bəri arzu etməkdə idilər. Qazi Mustafa Kamal ATATÜRKün Türk dünyası hakkında işarət etdyi məqamlar Türkiyədə və Türk dünyasında reallaşmaqdadır. 2021-ci ilin noyabr ayında Türkiyənin Cümhur başqanı R.T.Erdoğanın dəvətiylə müstəqil Türk cümhuriyyətləri İstanbulda toplanmış, Türkcə Danışan Dövlətlər Birliyinin adını dəyişərək Türk Dövlətləri Birliyi adlandırmış, məqsədi ulu Turan olan böyük bir Türk birliyini formalaşdırmışlar.
Türk dünyasının siyasi, mədəni, elmi, sosial və digər sahələrdə birliyini daha da gücləndirmək, Türk milli mənəviyyat və xarakterini bir bütöv halında gələcəyə ötürmək məqsədilə görülən işlər sırasında TÜRKAVın gördüyü işlərin, o cümlədən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu vurğulayan Kenan Kuru tədbirdə iştirak edən dövlət rəsmilərinə, bələdiyyə rəhbərləri, elm, sənət adamlarına və bütün iştirakçılara təkrar minnətdarlığını bildirdi, bu həmrəyliyin Türk dünyasının gələcəyi baxımdan çox böyük önəm daşıdığını vurğuladı.
Daha sonra Trabzonun quruluşundan bu günə qədərki önəmli tarixlərə diqqəti yönəldən Kenan bəy Türk tarixində çox böyük rol oynayan Fatih Sultan Mehmetin bilinməyən yollarla, ən ağır şərtlərdə Trabzona daxil olduğunu, gördüyü işlərə və xidmətlərinə görə hər zaman minnət duyulan şəxslərdən biri kimi xatırlandığını, daim rəhmətlə anıldığını bildirdi. Trabzon tarixindəki 8 dövrdən ən önəmlilərinin Trabzonun Sultan Mehmet tərəfindən fəthi və Cünhuriyyətin qurulmasından sonrakı dövr olduğunu deyən TÜRKAV rəhbəri ürəyində Vətən duyğusu, Türklük şüuru, millət sevgisi, Şəhidə minnət, Qaziyə hörmət, əcdada vəfa kimi dəyərləri yaşadan hər bir kəsin Türk tarixində rolu olan insanları hörmətlə yad etməli olduğunu vurğuladı. Kadırğadakı açıq hava məbədinin Türkiyədə xüsusi iz buraxdığını qeyd edən Kənan bəy bu məbədi yaradanlara və açıq hava ziyarətini gerçəkləşdirən hər bir kəsə minnətdarlıq etdiyini bildirdi.
O, haqlı olaraq qeyd etdi ki, Türk milliyətçiliyində insana sevgi, əcdada bağlılıq, tarix və dövlətçilik ənənələrində şərəfli mövqeyini mühafizə etmək gücü vardır. Elə 1461-ci ildə fəth olunan Trabzonda Kabaktepe, Harmantepe və digər şəhidliklərdə uyuyan türk qəhrəmanlarının hər zaman anılması da milli şüur və təfəkkürlə əlaqədardır. Türk tarix və əsalətində Bilgə Kağan öyüdü, Dədə Qorqud nəsihəti, Yunis İmrə sevgisi, Fatih Sultan Mehmet uzaqgörənliyi, Atatürk öndərliyi, Bağbuğ çağırışı, liderin yolgöstərənliyi vardır. Türk dövlətlərinin dünyanın lider dövlətləri sırasına çıxması yönündə TÜRKAV da öz fəaliyyətini genişləndirməkdədir.
15 avqust 2022-ci il tarixində qeyd olunacaq fəthin bəxtiyarlığı içindəyik. Trabzon Valiliyinin öncülüyündə ilk dəfə 15 Avqustda fəth gününü qeyd edəcəyik.
Belə bir önəmli gündə Vətəni Vətən edən şəhidlərimizi, tariximizdə xüsusi yer tutan şəxsiyyətlərimizi bir daha rəhmətlə anır, ruhlarının şad olmasını təmənna edirik.
Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru,
Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, ATXQ İB-nin həmsədri, İctimai Xəbər Agentliyinin direktoru
15-08-2022, 15:15
Əşrəf Qani ölkədən qaçma səbəbini açıqladı
Əfqanıstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl "Taliban" hakimiyyətə gələndə ölkədən qaçma səbəbini açıqlayıb. Sabiq prezident ilk dəfə bu barədə CNN-ə müsahibə verib. “Buna səbəb "Taliban" hərəkatının hökumətin legitimliyi haqqında sənədi məcbur imzalatdırması olub. Mən heç vaxt ölkəni tərk etmək fikrində olmamışam. Külli miqdarda pulla Əfqanıstandan çıxmağım da yalandır”,- keçmiş prezident vurğulayıb. Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli məmurlarla birlikdə ölkədən qaçmışdı. Bundan sonra Əfqanıstanda hakimiyyət "Taliban"a keçib.
15-08-2022, 15:09
Küveyt İranla barışdı - 6 il sonra səfir təyinatı
Küveyt hökuməti 6 ildən sonra İranla diplomatik münasibətləri bərpa edib.
Butov.az xəbər verir ki, Küveyt İrana yeni səfir təyin edib. Diplomat Bədr Abdulla əl-Manix etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib. Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsib. Məlum hadisə Küveytlə İran əlaqələrinə də mənfi təsir göstərib.
13-08-2022, 23:05
Salman Rüşdinin bıçaqlanmasına BMT-dən reaksiyaBMT-nin Baş katibi Antonio Quterreş məşhur yazıçı Salman Rüşdiyə hücumla bağlı xəbərdən şoka düşüb. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. O, yazıçıya edilən hücumu pisləyib. “Heç bir halda zorakılıq başqa insanların söylədiyi və ya yazdığı sözlərə cavab ola bilməz”, - Dujarrik qeyd edib. Qeyd edək ki, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib.
13-08-2022, 23:02
“Qarabağ” “Sumqayıt”ı məğlub etdiFutbol üzrə Azərbaycan Premyer Liqasının II turunda ölkə çempionu "Qarabağ" klubu "Sumqayıt"ın qonağı olub.
Butov.az xəbər verir ki, "Kapital Bank Arena"da təşkil olunan qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu xallarının sayını 6-ya çatdırıb, rəqib isə iki oyundan sonra xalsız qalıb.
13-08-2022, 22:59
Yağışdan ölənlərin sayı 182 nəfərə çatdıPakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində daha 10 nəfər həyatını itirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Təkcə Bəlucistanın Kila Abdullah şəhərində daşqın zamanı 6 nəfər ölüb. Bölgədə iyunun 1-dən musson yağışlarında ölənlərin sayı ümumilikdə 182 nəfərə yüksəlib. Səlahiyyətlilər bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığını və 40 mindən çox evə ziyan dəydiyini bildirib. Məlumata görə, bütün regionda 2100 kilometr avtomobil yolu və 25 körpü yağışlar nəticəsində zədələnib.
13-08-2022, 22:56
“Qarabağ”ın oyununa biletlər satışa çıxarılırAğdamın “Qarabağ” və Çex Respublikasının “Viktoriya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun biletləri sabah - avqustun 14-də satışa çıxarılacaq.
Butov.az xəbər verir ki, biletlərin qiymətləri müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manatdır. Biletləri Iticket.az-ın satış məntəqələrindən və iticket.az-da onlayn qaydada, “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar. Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 20:45-də başlayacaq. Komandalar arasında cavab matçı avqustun 23-də Plzen şəhərində təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.