13-08-2022, 22:53
Çin təyyarələri Tayvan boğazını keçdiÇin Tayvan adası yaxınlığında hərbi fəaliyyətini davam etdirir. Bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, şənbə günü Çin Hərbi Hava Qüvvələrinə məxsus 13 təyyarə Tayvan boğazının orta xəttini keçib. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
13-08-2022, 22:50
Salman Rüşdiyə hücum edən şəxs həbs olundu
Avqustun 12-də məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxs Nyu-York polisi tərəfindən həbs olunub. Bu barədə "Reuters" agentliyi Amerika prokurorlarına istinadən məlumat yayıb. Hadi Matar adlı şəxs qəsdən adam öldürməyə cəhd və hücumda ittiham olunub. Qeyd edək ki, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib. Dünya şöhrətli yazıçıya 10-15 bıçaq zərbəsi vurulduğu deyilir. Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi. Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.
13-08-2022, 22:11
Gimnastlarımız Konyada qızıl medal qazandı
Bədii gimnastlarımız Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi təsnifat yarışlarında çıxışlarını başa vurublar.
Butov.az xəbər verir ki, son olaraq gimnastlarımız - Zöhrə Ağamirova və İlona Zeynalova lentlə proqramlarını təqdim ediblər. Z.Ağamirovanın çıxışı 31,200, İ.Zeynalavanın proqramı isə 30,400 xalla qiymətləndirilib. Dörd hərəkətin cəmində Azərbaycan millisi 252,300 xalla komanda yarışlarında birinci olub. Hesabında 248,500 xalla Özbəkistan ikinci, 240,100 xalla isə Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar. Yarışda ölkəmiz üç gimnast – Z.Ağamirova, İ.Zeynalova və Alina Gözəlova ilə təmsil olunur.
13-08-2022, 22:09
Abdullah Gül koronavirusa yoluxduTürkiyənin sabiq prezidenti Abdullah Gül koronavirusa (COVID-19) yoluxub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, təcrid edilib və müalicəsini evində davam etdirir. Sabiq dövlət başçısının xəstəliyi yüngül keçirdiyi deyilir. Qeyd edək ki, Abdullah Gül Türkiyənin 11-ci prezidenti olub.
13-08-2022, 22:07
Avropadan Rusiyaya məhsul ixracı 18% artıbİyun ayında Avropa İttifaqına üzv ölkələrin Rusiyaya mal ixracı 4,45 milyard avroya çatıb. Bu barədə RBC agentliyi Avropa Statistika qurumuna istinadən məlumat yayıb. İyun ayında malların ixracı may ayı (3,78 milyard avro) ilə müqayisədə 18% çoxdur. Bildirilir ki, Rusiyaya ən çox parfümeriya və kosmetika məhsulları ixracı artıb (38%, 234 milyon avro), eləcə də tibbi alətlər (optik, ölçmə, nəzarət) 38% artaraq 286 milyon avroya çatıb. Plastik və plastik məmulatların ixracı 16% artaraq 234 milyon avroya, elektrik avadanlıqları və komponentlərinin ixracı isə 7% artaraq 187 milyon avroya çatıb. Avropa İttifaqı ölkələri arasında Rusiyada ən böyük mal ixracatçısı Almaniyadır (iyun ayında 1,16 milyard avro, may ayı ilə müqayisədə +5,4%). İkinci yerdə İtaliya (523 milyon avro, may ayı ilə müqayisədə +2,9%) qərarlaşıb. Baltikyanı ölkələrdən ixrac iyunda may ayı ilə müqayisədə 34% artaraq 481 milyon avroya çatıb.
13-08-2022, 22:04
“Taliban” etirazçı qadınlara atəş açdı - Yaralılar var
Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınlar etiraz aksiyası keçirib. Bu barədə "Afgan Times" nəşri məlumat yayıb. Qadınlar azadlıq, təhsil və işləmək hüququnun müdafiəsi üçün küçələrə çıxıblar. "Taliban" silahlıları aksiyaya sərt müdaxilə edib və etirazçılara atəş açıblar. Nümayişi dağıdarkən iki jurnalist yaralanıb. Şahidlərin sözlərinə görə, jurnalistlərdən biri “Afgan Times”, digəri “Roidad News”un əməkdaşıdır.
13-08-2022, 22:03
Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcəkSlovakiya Sovet istehsalı olan bir neçə MiQ-29 qırıcısını Ukraynaya təhvil verəcək. Bu barədə RTVS telekanalı Slovakiya müdafiə naziri Yaroslav Nada istinadən məlumat yayıb. Ukraynanı Sovet silahları ilə təmin etdiyinə görə Slovakiya NATO-nun müasir hərbi texnikasını almaq istəyir. Nazir Slovakiyanın Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələri nə vaxt göndərməyi planlaşdırdığını açıqlamayıb. RBC-Ukrayna qeyd edir ki, Slovakiya Silahlı Qüvvələrinin arsenalında hazırda 11 və ya 12 MiQ-29 var.
13-08-2022, 22:00
İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay QuliyevAzərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə Ermənistan Baş prokururluğu tərəfindən İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı cinayət işinin açılması faktı Xankəndində və ətraf ərazilərdə Azərbaycanın vətəndaşlığını qəbul edib qanuni əsaslarla yaşamaq istəyən erməniləri qorxutmaq məqsədi daşıyır. Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın vətəndaşlığını qəbul edən erməniləri Ermənistanda cinayət təqibi gözləyir: "Bu fakt Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinin siyasi riyakarlığının növbəti sübutudur". Qeyd edək ki, son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Həmin müraciətdən sonra hər iki şəxs barəsində Ermənistanda cinayət işi açılıb.
13-08-2022, 21:54
"Artilleriya atəşinin ustaları" müsabiqəsi başladıQazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Butov.az xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər. Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb. General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb. Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər. Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub. Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.
13-08-2022, 21:51
Ölkədə vaksinasiya ilə bağlı son vəziyyətAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1651 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfərdir.