Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-08-2022, 16:18
9-08-2022, 12:53
Təbrizdə SEPAH və "Bəsic" üzvləri konsulluğumuzun binasına dini bayraq asıblar

Təbrizdə SEPAH və "Bəsic" üzvləri konsulluğumuzun binasına dini bayraq asıblar

Azərbaycan Respublikasının Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqlar asılıb. Bu barədə İran mediası məlumat yayıb. Azərbaycanda dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların "dindar gənclər" tərəfindən asıldığını iddia edib.
Sosial media fəalları isə etdikləri paylaşımlarda bunun SEPAH və yarım hərbi "Bəsic" qüvvələri tərəfindən edildiyini bildiriblər.
Xatırladaq ki, oxşar hadisə avqustun 4-də Azərbaycan Respublikasının Londondakı səfirliyində də həyata keçirilib. Səfirliyə hücum edən radikal dini qruplaşmanın üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.
İran hökuməti bu hərəkətdə əli olmadığını iddia etsə də, Təbrizdə baş verən hərəkətlə Londondakı hücumun oxşarlığı hər ikisinin bir mərkəzdən edildiyini göstərir.

Timur
9-08-2022, 12:40
Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir


Milli fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir

Ruzbeh Pirinin xəstəliyinin şiddətləndiyi bildirilir. Təbriz zindanının 12-ci bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin xəstəliyinin şiddətlənməsinə baxmayaraq onun xəstəxanaya köçürülməsinə icazə verilmir. Mədə xəstəliyindən əziyyət çəkən Pirinin son günlər vəziyyəti pisləşdiyi üçün zindanın tibbi bölməsinə köçürülüb. Orada siyasi məhbusu müayinə edən həkimlər onun zindandan qıraqda müalicə olunması barədə rəy veriblər. Ancaq yazılı həkim rəyinə və arayışına baxmayaraq, zindan rəhbərliyi siyasi məhbusun yenidən saxlanıldığı bölməyə qaytarılmasına göstəriş verib.
İran zindanlarında normal müayinə və müalicə imkanları, dərman preparatları olmadığı üçün Ruzbeh Pirinin ailəsi dəfələrlə onun xəstəxanaya köçürülməsi ilə bağlı müraciət edib, ancaq nəticə ala bilməyiblər.
Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb. İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar. Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.
“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.
Cavidan
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!