Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-10-2022, 16:42
Yataqxanada yanğın: Sakinlər təxliyə edildi


Yataqxanada yanğın: Sakinlər təxliyə edildi

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib. Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.





26-10-2022, 16:38
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
26-10-2022, 16:37
Qəza olan əraziyə günün sonuna qədər su veriləcək


Qəza olan əraziyə günün sonuna qədər su veriləcək

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək. Bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib."Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq. Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq", - qurum rəsmisi əlavə edib.
26-10-2022, 16:35
Qəza baş verən ərazidə obyektləri su basıb


Qəza baş verən ərazidə obyektləri su basıb

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb. Butov.az xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir. Qeyd edək ki, bu gün səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.



26-10-2022, 16:31
Yeni Yasamalı su basdı


Yeni Yasamalı su basdı

Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində qəza baş verib. Butov.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub və küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib. Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
26-10-2022, 14:57
Balkan yarımadasında müharibə təhlükəsi artır


Balkan yarımadasında müharibə təhlükəsi artır

Kosovo Qərb ölkələrinin çağırışlarına baxmayaraq, etnik serblərin avtomobil nömrələrinin dəyişdirilməsi ilə bağlı mübahisəli qərarını icra edəcəyini bildirib. Bu barədə Kosovonun Baş naziri Albin Kurti məlumat verib. "Son tarix 31 oktyabrdır, bütün Kosovo vətəndaşları Miloşeviç dövründən qalma köhnə avtomobil nömrələrini qanuni nömrələrlə əvəz etməlidir", - o deyib. Kurti bildirib ki, Kosovoda təxminən 10 min avtomobil köhnə nömrələrə sahibdir. Kosovo hökuməti avqustun 1-dən etibarən ölkə ərazisində yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus avtomobil nömrə nişanı daşıma öhdəliyi ilə bağlı qaydalar tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb. Kosovonun əsas dəstəkçiləri olan ABŞ və Avropa Birliyi açıq şəkildə baş nazir Albin Kurtidən bu qaydanı 10 ay təxirə salmağı və etnik gərginlikdən qaçmağı xahiş ediblər. Hökumət serblərə yeni avtomobil nömrələri almaq üçün sentyabrın 1-dən başlayaraq 60 gün vaxt verib. Serbiya prezidenti Aleksandar Vuçiç jurnalistlərin Kosovonun təyin etdiyi vaxtın bitməsindən sonra nə baş verəcəyi barədə sualına belə cavab verib: "Xalqımızı çətin zamanlar gözləyir və nəyisə proqnozlaşdırmaq mənim üçün çətindir". Ekspertlər xəbərdarlıq edir ki, problem diplomatik yolla həll edilməsə, Balkan yarımadasında yeni müharibə başlaya bilər. Kosovo 2008-ci ildə müstəqilliyini elan edib, lakin ölkənin şimalında yaşayan təxminən 50.000 etnik serb Priştina hakimiyyətini tanımaqdan imtina edir və Serbiyanın qanunları ilə hərəkət etməyə üstünlük verirlər.
26-10-2022, 14:52
Rişi Sunak ölkəni böhrandan çıxaracağına söz verdi


Rişi Sunak ölkəni böhrandan çıxaracağına söz verdi

Son iki ayda Britaniyanın üçüncü Baş naziri seçilən Rişi Sunak ölkəni dərin iqtisadi böhrandan çıxaracağına və siyasətə inamı bərpa edəcəyinə söz verib. Baş nazirin iqamətgahı önündə çıxış edən Sunak ölkəni birləşdirəcəyini, investorları və beynəlxalq müttəfiqləri narahat edən daxili çəkişmələrə və kəskin siyasət dəyişikliklərinə son verəcəyini bildirib. Sunak Ceremi Hantı yenidən maliyyə naziri vəzifəsinə təyin edib və təlatümlü iqtisadi bazarları sakitləşdirməyə çalışıb. Onun baş nazir seçilməsindən sonra ölkənin milli valyutası olan funt-sterlinqin dəyəri normallaşmağa başlayıb. Yeni Baş nazir sələfi Liz Trassın iqtisadiyyat sahəsində bir sıra səhvlərə yol verdiyini etiraf edib. "Mən partiyamın lideri və sizin Baş naziriniz olaraq, qismən onları (səhvləri - red) düzəltmək üçün seçilmişəm", - o deyib. "Mən də başa düşürəm ki, bütün baş verənlərdən sonra etimadı bərpa etmək üçün görməli olduğum işlər var. Sadəcə onu deyə bilərəm ki, qorxmuram. Qəbul etdiyim yüksək vəzifəni bilirəm və onun tələblərini yerinə yetirəcəyimə ümid edirəm", - deyə Sunak qeyd edib. Onu da bildirək ki, Hindistan əsilli 43 yaşlı Rişi Sunakın Baş nazir seçilməsi investorlar və iqtisadiçılar tərəfindən müsbət qarşılanıb. Sunak 1980-ci ildə Böyük Britaniyada doğulub, sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun komandasında isə maliyyə naziri işləyib. Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.
26-10-2022, 14:39
QHT-nin layihəsi başa çatdı: qədəmlərin mübarək, “Chevik.az”


QHT-nin layihəsi başa çatdı: qədəmlərin mübarək, “Chevik.az”

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsini uğurla başa çatdırıb. Əsas məqsədi xüsusi qabiliyyətə malik məktəblilərin istedadlarının davamlı inkişafına dəstək göstərilməsi, onların cəmiyyətə tanıdılması, intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması olan layihənin yekun tədbiri paytaxtın T. Məmmədov adına 239 nömrəli tam orta məktəbində keçirilib. Millət vəkilləri, təhsil işçiləri, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə layihə çərçivəsində yaradılan “Chevik.az” saytının əhəmiyyətini vurğulamaqla görülmüş işlər barədə geniş məlumat verib. Layihə rəhbəri, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva layihənin məqsəd və vəzifələrindən söz açıb, onun pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşlandığını bildirib. Təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı”, “Vakansiyalar” kimi rubrikaların yer alacağı, bu rubrikaların məhz yeniyetmə və gənclərin yaradıcı əməyinin məhsulu olacağı qeyd edilib. QHT sədri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi istedada malik 20 məktəblini yeni yaradılan saytın yaradıcı heyətinə təqdim etməklə layihənin gerçəkləşməsində yaxından köməklik göstərdiyini, bu gənclərlə tanışlıq məqsədiə qısametrajlı video- rolik hazırlandığını diqqətə çatdırıb. Millət vəkilləri – Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri Etibar Əliyev və Müşfiq Məmmədli çıxış edərək, layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin əhəmiyyətini qeyd ediblər, yeni saytın məktəblilərin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcəyinə, sosial şəbəkələrdən istifadə zamanı yeniyetmə və gənclərdə ünsiyyət mədəniyyətinin, faydalı məlumatların əldə edilməsi bacarığının formalaşmasına xidmət göstərəcəyinə, həmçinin elmi biliklərin təhsilalanların özləri tərəfindən təbliğinə şərait yaranacağına ümid bəslədiklərini bildiriblər. Tədbirdə çıxış edən “JAVANCHİP” MMC-nin durektoru Mahmud Mahmudov və şirkətin biznes departamentinin rəhbəri Abdulla Atayev saytın texniki imkanları barədə ətraflı məlumat veriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvü, hüquqşünas Fariz Əkbərov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyin sədri Fatimə Hacıbəyli, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyin sədri, psixoloq Ruhiyyə Məmmədova, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyin sədri, şairə Gülşən Behbud, “XeberAl.az” saytının rəhbəri, jurnalist Mirismayıl Xələfli, sığorta mütəxəssisi Şahin İsmayılov uğurla başa çatmış layihə və nəticədə ərsəyə gəlmiş yeni sayt barədə fikirlərini bölüşüb, “Chevik.az”-ın yeniyetmə və gənclərin sosiallaşmasına və maariflənməsinə, onların yaradıcı məşğulluğunun təmin edilməsinə xidmət göstərəcəyinə, sayt rubrikalarını idarə etməklə özünütəsdiq imkanlarını genişləndirəcəklərinə əmin olduqlarını bildiriblər və yeni saytın yaradıcı kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Tədbir iştirakçılarına “Chevik.az” saytının görüntüləri və layihə iştirakçıları olan xüsusi istedada malk məktəblilərin tanıtım video-roliki nümayiş edilib. Tədbirin sonunda layihə rəhbəri Könül Quliyeva layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, yekun təqdimatın keçirilməsinə şərait yaratmış T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, layihənin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə, eləcə də yekun tədbir iştirakçılarına minnətdarlığını bildirib, səslənmiş fikirlərin, məsləhət və tövsiyələrin saytın səmərəli fəaliyyəti üçün faydalı olduğunu qeyd edib.



















26-10-2022, 14:27
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki


Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki

Uzun illərdən bəri Azərbaycan elminin inkişafında məbəd rolunu oynayan Azərbaycan Milli Elmlər Akademiyası bu gün də öz dəyər və nüfuzunu qoruyub saxlamaqdadır. Akademik İsa Həbibbəylinin neçə-neçə elm adamının, tədqiqatçı və alimlər nəslinin yetişməsində danılmaz rolu olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilməsi xəbəri elmi ictimaiyyətlə yanaşı, bir ictimai birlik olaraq bizləri də sevindirdi. Çünki İsa müəllim öz elmi potensialı ilə bərabər vətənpərvərliyi, soy-kökümüzə və milli-mənəvi dəyərlərimizə bağlılığı ilə təkcə ölkəmizdə deyil, bütövlükdə türk dünyasında böyük nüfuza malik olan elm xadimi, fəal ictimaiyyətçidir. Onun Azərbaycan və qardaş türk xalqları arasında elmi-mədəni və ictimai əlaqələrin genişlənməsində rolu danılmazdır. İnanırıq ki, İsa müəllim Azərbaycan Milli Elmlər Akademiyasının xalqımızın elmi həyatında nüfuzunu daha da gücləndirəcək, bu böyük elm ocağında yeni və mütərəqqi islahatlar həyara keçirməklə Azərbaycan elminə bundan sonra da öz dəyərli töhfələrini verəcəkdir.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi və kollektivi adından dəyərli akademiki təbrik edir, ona can sağlığı, bu məsuliyyətli işdə uğurlar arzulayırıq.



Səkinə Bayramova - Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru

Yeganə Qəhrəmanova - Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti

Rasafil Bayramov - ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri, ATATV.AZ-xəbər portalının redaktoru, "İctimai Xəbər Agentliyi"nin baş direktoru
25-10-2022, 21:45
Yarımçıq albom


Yarımçıq albom
(Şəhid Orxan Rəhimlinin xatirəsinə)
Bir əli ilə tutduğu albomu bərk-bərk sinəsinə basan Könül digər əli ilə otağın qapısını açıb içəri daxil oldu. Küncdən qoyulmuş künclük divana doğru hərəkət edərək elə divanın küncündəcə əyləşdi. Sinəsinə basdığı albomu dizlərinin üzərinə qoyub, dərindən köks ötürdü. Sonra yavaş-yavaş albomu vərəqləməyə başladı.
28.08.2014-cü il. Avqustun qızmar günəşi kimi bu iki gəncin də qəlbi həmin gün sevgidən od tutub yanırdı. Bu gün bəy olan Orxanın da, elə gəlin olan Könülün də həyəcandan əli ayağına dolaşmışdı . Həmin günü yaşadıqları təlaşı, xoşbəxtliyi sözlərlə təsvir etmək mümkün deyildi. Bu gün iki ürək əbədi qovuşacaqdı. Bu gün bir ailənin təməli qoyulacaq, hər kəs onlara xeyir-dua verəcək, gələcək günlərinin xoşbəxt keçməsi üçün dualar edəcəkdilər. Səbirsizlilə oğlan evinin yolunu gözləyən qız evi daha da həyəcanlanırdı. Budur binanın qarşısında qırmızı lentlərlə bəzədilmiş maşınların karvanı da görsəndi. Gəlini aparmağa gələn oğlan evinin xanımları həyətdə bir oynamaq oynayırdı gəl görəsən. Bu sevincə bütün qohumlar qoşulub oğlan evini sevinclə qarşılayırlar. El adətiylə əlində gül dəstəsiylə sevgili cananını aparmağa gələn Orxan gülləri Könülə uzadarkən həyəcandan əlləri əsirdi. Baxışları bir-birinə möhürlənən gənclərin sanki gözləri danışırdı. "Nəhayət ki, qovuşuruq"-deyirdi ürəkləri. Gəlinin belinə qızmızı lenti bağlayıb, ata ocağında çırağın başına fırlatdıqdan sonra vağzalı sədaları altında oğlan evinə təhvil verirlər.
Budur bu şəkil də şadlıq sarayına daxil olarkən çəkilmişdi. Könül albomun digər vərəqlərini çevirərək, yenidən keçmişə səyahət edir. Bu dəfə xəyalları 2015-ci ilin iyul ayına aparır onu. İlk ana olduğu günə. Hüseynini ilk dəfə qucağına aldığı günə. Həmin gün Orxanın sevincinin həddi-hüdudu yox idi. Ata olmuşdu. Özü də oğul atası. Oğul arxadır-dayaqdır. Hər valideynin arzusudur oğul övladına sahib olmaq. Rəhmlilər ailəsində də ilk nəvənin gəlişi toy-bayrama səbəb olmuşdu. İlahi necə gözəl günlər idi. Hüseynin ilk dəfə gülümsəməsi, ilk dişini çıxarması, ilk dəfə yeriməsi, ilk sözləri hər biri o qədər gözəl günlər idi ki.... Hətta yuxusuz gecələri belə gözəl xatirələrə çevrilirdi ailənin yaddaşında.

Könül əlindəki albomun daha bir vərəqini çevirdi. Bu dəfə şəkillər qışda çəkilmişdi. Fevralın 19-u Orxan ikinci dəfə ata olmuşdu. 19 fevral 2017-ci ildə qız atası olan Orxan qızının adını da elə özü Pəri qoymuşdu. Qızlar şirin olur. Daha çox da ataya bağlı olurlar. Odur ki, ataların da qəlbində qızlarına olan sevgisi bambaşqa olur. Rəhimlə Pərinin sevgisi də baxanları qısqandırırdı. Pəri evin ərköyün balası idi. Hər kəs onu əzizləyər, heç kəs xətrinə dəyməzdi. İndi Orxan özünü dünyanın ən xoşbəxti sayırdı. O Könülünə qovuşmuşdu, Könülü isə ona həm oğlan həm də, qız övladı bəxş etmişdi. Bu sevgi evin balaca qəhrəmanları ilə günü-gündən daha da böyüyürdü. Ta ki...
Növbəti vərəqlər boş idi. Könül çevirdiyi boş vərəqlərə baxıb, başını qaldırdı. Qarşısında şəhid yoldaşının guşəsi vardı. Yarımçıq qalan xəyalları, yarımçıq arzuları gözlərindən süzülüb albomun boş vərəqlərinə tökülürdü. Gözləri ilə guşəni nəzərdən keçirən Könülün baxışları bir şəkilə ilişib dayandı. Orxanın məzarının yanında dayanmışdı bu şəkildə. Övladları da yanında idi. Atasının qoxusuna doymayan körpə balaları indi məzarını qucaqlayıb, "ata, gəl, darıxıram axı. Dur gedək evimizə." -deyib, ağlayırdı o gün.
Könül isə müharibənin gətirdiyi bu amansız talelə barışmasa da, onu yaşamağa məcbur idi.

Esmira Günəş
12.09.2022
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!