Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-10-2022, 16:42
Bakıya gətirilən yeni qatarların özəllikləri


Bakıya gətirilən yeni qatarların özəllikləri

Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 10 vaqondan ibarət hərəkət tərkibi Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, hər biri innovasiyalar baxımından 4-cü nəslə mənsub 81-765 B./81-766 B. modelli 5 vaqondan ibarət 4 qatar 2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə əsasən, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub:"Texniki tapşırıqda Azərbaycan paytaxtının mikroiqlim və coğrafi şəraiti, Bakı metropoliteninin xüsusiyyətləri və mürəkkəb infrastrukturu nəzərə alınıb. Gətirilmiş vaqonların sərnişinə xidmət baxımından üstünlüklərindən kondisioner sisteminin Bakının isti iqlim şəraitinə uyğunlaşdırılması xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sisteminə havanın bakteriyalardan təmizləmə funksiyası da daxildir. Əlavə olaraq, vaqonlarda ultrabənövşəyi lampalar məhz bu funksionallığa malikdir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin qatar boyu hərəkət rahatlığını, onların bərabər paylanmasını təmin edir. Yeni vaqonların tutumu əvvəlki nəsil analoqları ilə müqayisədə, 15 faiz çoxdur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonun isə 329 nəfərdir. Həmçinin qapıların daha enli olması sərnişinlərin minib-düşmə rahatlığını, intensivliyini artırır və bu, qatarların hərəkət qrafikinin pozulmasının aradan qaldırılmasında müəyyən rol oynayır. Qapıların rəvan açılıb-bağlanan sistemi həm də fiziki təzyiqlərə davamlıdır. Sərnişinə xidmət mədəniyyətinin yüksəldilməsi baxımından yeni qatarlar əlil və uşaq arabaları, iri yüklər üçün zonalara malikdir. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da vaqonların daşıma qabiliyyətini artırır. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemlərindən ibarətdir. Bütün vaqonlarda mobil cihazların yüklənmə portları var. Sərnişinlər üçün ilk nəzərəçarpacaq fərq məhz baş vaqonların ön işıqlanma sisteminin fərqli dizaynda olmasıdır.
Maşinist kabinasının genişliyi daha rahat idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır. Sazlama və tənzimləmə, xətlərdə normativlərə uyğun son sınaq yürüşlərindən sonra qatarlar xəttə veriləcək.“Bakı Metropoliteni” QSC-nin növbəti texniki heyəti istehsal prosesi tamamlanaraq ilkin sınaqlara cəlb edilmiş daha 10 yeni nəsil qatarın qəbulu üçün Rusiya Federasiyasına yollanıb. Qəbul prosedurları uğurla tamamlanarsa, 10 vaqondan ibarət qatar karvanının oktyabr ayının sonlarında Bakıya yola salınması gözlənilir.
20-10-2022, 16:40
Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb


Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 28-dək uzadıb. Bu barədə “TASS" məlumat yayıb. Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Bunula da Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
20-10-2022, 16:38
Ərdoğan Zəngilanda


Ərdoğan Zəngilanda

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Butov.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

20-10-2022, 16:35
Sərhəd missiyasının müddətini uzada bilərik - Paşinyan


Sərhəd missiyasının müddətini uzada bilərik - Paşinyan

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərəcək mülki müşahidə missiyasının 40 nəfərlik əsas qrupu tezliklə Ermənistana gələcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Əvvəldən nəzərdə tutulurdu ki, missiya iki ay işləsin. Lakin bizim təcrübə sahəmizdə müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı fikirlər var. Əgər belə bir fürsət və zərurət görsək, problemi daha dərindən öyrənəcəyimizi istisna etmirik”, - deyə Paşinyan vurğulayıb. Xatırladaq ki, Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurası liderlərinin Praqada keçirilən görüşünün yekunu üzrə bəyanat qəbul edilib. Həmin bəyanata görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bundan əlavə, razılığa əsasən, Aİ-nin mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək. Müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.
20-10-2022, 16:29
Cümə gününün havası - Külək, yağış qar...


Cümə gününün havası - Külək, yağış qar...

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər havanın bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 19°-dək isti, Bakıda gecə 15-17° isti, gündüz 19°-dək isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 6-10° isti olacaq.
20-10-2022, 16:20
Nazir müstəntiqi rəis təyin etdi


Nazir müstəntiqi rəis təyin etdi

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub. Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.
20-10-2022, 16:17
Ermənistan İran-dan PUA alır


Ermənistan İran-dan PUA alır

İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 22 ölkə rəsmi müraciət edib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib."İranın pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digərləridir", - general deyib. Qeyd edək ki, son günlər İranın kamikadze dronlarını Ukraynaya qarşı döyüşlərdə istifadə etmək üçün Rusiyaya verməsinə dair müxtəlif məlumatlar yayılıb.
20-10-2022, 16:15
Avropa İttifaqı Ermənistana 33 milyon qrant ayırdı


Avropa İttifaqı Ermənistana 33 milyon qrant ayırdı

Avropa İttifaqı Ermənistana 33 milyon avro qrant dəstəyi verəcək. Bu barədə Ermənistan hökumətin bugünkü iclasında baş nazirin müavini Mher Qriqoryan bildirib. Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında “Avropa İttifaqı davamlı və hesabatlı institutlar üçün” saziş təsdiqini tapıb. Birinci plan polis islahatlarının həyata keçirilməsi, miqrasiya idarəçiliyi və insan hüquqlarının müdafiəsi üçün 10 milyon avro qrant dəstəyinin verilməsidir. Digər razılaşmaya əsasən, Ermənistana inklüziv və dayanıqlı sosial-iqtisadi dirçəliş və inkişaf üçün 23 milyon avro qrant dəstəyi verilməsi planlaşdırılır",- Qriqoryan çıxışında vurğulayıb. Baş nazir Nikol Paşinyan isə bildirib ki, Avropa İttifaqı 2026-cı ilə qədər Ermənistana 2,4 milyard avro dəstək verəcək.
20-10-2022, 16:13
Zelenski və Almaniya Prezidenti telefonla danışdı


Zelenski və Almaniya Prezidenti telefonla danışdı

Almaniya Prezidenti Fran Valter-Ştaynmayer və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Prezident Zelenski "Twitter"də bildirib. Almaniyalı həmkarı ilə telefon danışığının substantiv və məhsuldar olduğunu deyən Ukrayna dövlət başçısı ölkəsinə tədarük ounacaq IRIS hava hücumundan müdafiə sistemi üçün Almaniyaya təşəkkür edib."Biz tez bir zamanda Ukrayna üzərində hava qalxanı yerləşdirməliyik! Almaniya Rusiyanın raket terrorunun nəticələrini aradan qaldırmağa bizə kömək edəcək.Biz həmçinin Almaniya Prezidentinin Ukraynaya səfərinə hazırlaşırıq", - Zelenski bildirib.
20-10-2022, 16:10
Almaniya minlərlə ukraynalını döyüşə hazırlayır


Almaniya minlərlə ukraynalını döyüşə hazırlayır

Almaniya 2023-cü ilin yazınadək 5 min nəfərdən ibarət ukraynalı hərbçinin təlimlərini başa çatdıracaq. Bu barədə Almaniya kansleri Olaf Şolts bundestaqda bildirib. Onun sözlərinə görə, Almaniyanın tərəfdaş ölkələrə hərbi texnika ötürməsi sayəsində, onlar Ukraynaya yüzə yaxın tank göndərə biliblər. Şolts, həmçinin deyib ki, Ukrayna ilin sonunadək ehtiyaclarını ödəmək üçün yetərincə maliyyə dəstəyi alıb. Belə ki, humanitar və hərbi dəstəklə yanaşı, Kiyevə 20,7 milyard dollar ayrılıb. Bu il ümumilikdə Ukraynanın 33,3 milyard dollar məbləğində maliyyə dəstəyi alması nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!