16-10-2022, 16:02
Hərbi qulluqçumuz özünü güllələdiMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
16-10-2022, 16:00
“Elm və İnnovasiya Forumu – 2022” keçiriləcəkOktyabrın 17-dən 21-dək “Elm və İnnovasiya Forumu – 2022” keçiriləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, Elm və İnnovasiya Forumunun açılış sessiyasında BMT agentliklərinin baş alimləri Dayanıqlı İnkişaf Mərkəzlərinə nail olmaq üçün elmin necə töhfə verəcəyinə və innovativ həllər təqdim edə biləcəyinə diqqət yetirəcək. Toplantının açılışını BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) həmsədri İsmayıl Serageldin edəcəklər. Həmçinin FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının, UNEP-in baş alimləri, MAQATE-nin və UNESCO-nun baş direktorlarının müavinləri, ABŞ-nın BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı üzrə səfiri və digər nüfuzlu ekspertlər qatılacaq. Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanacaq.
16-10-2022, 15:58
Partlayış baş verən mədəndə işlər dayandırıldıTürkiyənin aidiyyəti qurumları partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib."Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb", - nazir bildirib. Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.
16-10-2022, 15:56
Rusların S-300-ləri məhv edildiUkrayna ordusu Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.
Butov.az xəbər verir ki, hücum nəticəsində rusların silah-sursat anbarları məhv edilib. Bundan başqa düşmənin eləcə də S-300 kompleksləri sıradan çıxarılıb. Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi vurulub. Eyni zamanda, sursat anbarı dağıdılıb.
16-10-2022, 15:55
Mask ukraynalılara pulsuz internet verəcəkUkrayna yenidən "Starlinq"peyk bağlantısı vasitəsilə pulsuz internet əldə edəcək. Bu barədə Amerikalı milyarder, "SpaceX" şirkətinin rəhbəri İlon Mask qərar qəbul edib. O deyib ki, şirkət çox miqdarda pul itirsə də, lakin o, bu məsələni gerçəkləşdirmək niyyətindədir. “Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlar alır, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”.
16-10-2022, 15:53
Şəhidlərimiz anıldıTorpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rüfət Əsgərov, Ramil Ağayev, Daşdəmir Paşayev, İlqar Vəliyev, Anar Qorçuyev və Sabir Əbdürrəhmanlının xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
16-10-2022, 15:51
İki filial müdirini maşın vurub öldürdüMingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.
Butov.az xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.
Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb. Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.
16-10-2022, 15:14
Ermənistandan Türkiyəyə başsağlığıErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartın şəhərindəki partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə o, özünün Twitter hesabında məlumat paylaşıb.“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - Mirzoyan qeyd edib. Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
16-10-2022, 15:11
Şolts Avropa İttifaqını islahatlara çağırdıAlmaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar keçirilməsinə çağırıb. Bu barədə o, Avropa Sosialistlər Partiyasının (PES) Berlində təşkil etdiyi konqresdə danışıb. Kansler təşkilatın üzvlərinin sayının artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və perspektiv olaraq Gürcüstan da azad və demokratik Avropanın bir hissəsidir. Şolts namizədlik statusu almış Balkan ölkələrinə verilən vədlərin yerinə yetirilməli olduğunu bir daha vurğulayıb. O, Avropa İttifaqının şərqə doğru böyüməsinin hər kəs üçün qələbə olacağını ifadə edib.
16-10-2022, 15:08
Partlayışda yaralanan 5 nəfərin vəziyyəti kritikdirTürkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda xəsarət alan mədən işçilərini ziyarət edib.
Butov.az xəbər verir ki, nazir işçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib. F. Koca bildirib ki, İstanbulun Çam və Sakura Şəhər xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır:"Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var. İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub". Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.