Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
14-10-2022, 17:20
İlham Əliyev Astanada rəsmi qəbulda iştirak edib


İlham Əliyev Astanada rəsmi qəbulda iştirak edib

Oktyabrın 14-də Astanada MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
14-10-2022, 17:18
Rəsmi Bakı Makronun ittihamlarını rədd etdi


Rəsmi Bakı Makronun ittihamlarını rədd etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib. Butov.az xəbər verir ki, nazirliyin şərhində deyilir: “Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik. Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri omasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur. Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır. Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”. Xatırladaq ki, Makron “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”. Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib. Makron Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb:“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, - Makron deyib. Fransa Prezidenti Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında gərginlik yaratmaqda da ittiham edib:“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”, – deyə Makron bildirib.
14-10-2022, 17:15
Zəngəzur dəhlizinin açılmasında problem yoxdur - Ərdoğan


Zəngəzur dəhlizinin açılmasında problem yoxdur - Ərdoğan

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Ərdoğan Zəngəzur dəhlizilə bağlı məsələnin Praqada müzakirə ediliyini vurğulayıb:“Qısa müddətli olsa da, orada Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstan Baş naziri Orban və Ermənistan Baş naziri Nikol Paşinyanla müzakirə apardıq. Daha sonra da heyətlər arası görüş oldu. Bu məsələlər barədə danışdıq. Bu baxımdan Zəngəzur dəhlizilə bağlı hər hansı problem görmürəm".
14-10-2022, 17:13
Şəhid ailələrinin mənzil təminatı nə vaxt yekunlaşacaq?


Şəhid ailələrinin mənzil təminatı nə vaxt yekunlaşacaq?

"2024-cü ilin sonuna qədər bütün şəhid ailələrinin mənzil təminatı həyata keçiriləcək. Prosesin yekunlaşdırılması nəzərdə tutulub". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, demək olar ki, bütün şəhidlərin adları əbədiləşdirilib:"Şəhid ailəsi üzvlərinə güzəşt və imtiyazlara gəlincə, qanunvericiliklə 20-ə yaxın imtiyaz nəzərdə tutulub ki, hamısı da həyata keçirilir. Onların bütün təhsil təminatları dövlət vəsaiti hesabına həyata keçirilir. Hörmətli həmkarlar, xahiş edirəm, şəhidlərin ailələri və qazilərin problemlərindən danışanda dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Bütün dünya təcrübəsində də belədir ki, müharibədən sonrakı 5-10 il ərzində həmin ölkədə postmüharibə sindromu yaşanır. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq. Dinləmələrin keçirilməsi təklif edildi. Təkliflərinizi fikirlərinizi yazılı şəkildə təqdim edəsiniz”.
14-10-2022, 17:11
Sahibkarların nəzərinə: Cərimələr ikiqat artırılır


Sahibkarların nəzərinə: Cərimələr ikiqat artırılır

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ikiqat artırılır. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək. Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
14-10-2022, 17:09
Sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş var


Sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş var

Bu gün Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, nazir Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, gürüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə 2 oktyabr tarixində ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb. Görüşdə, eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib. Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14-10-2022, 16:58
Putin Əliyevlə Paşinyanı Rusiyaya dəvət etdi


Putin Əliyevlə Paşinyanı Rusiyaya dəvət etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət edib. Butov.az xəbər verir ki, Putin bu təkliflə Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Başçıları Şurasının iclasında çıxış edib. Putin toplantıda MDB-nin icraçı katibi postuna namizəd də təklif edib. O, Lebedevi bu vəzifəyə layiq bildiyini qeyd edib. Rusiya prezidenti MDB-də 2025-ci ili İkinci Dünya müharibəsində və nasizmə qarşi mübarizədə “qələbənin 80 illiyi ili” elan etməyi vacib sayıb. O, MDB liderlərini 2023-cü ildə Sankt-Peterburqa dəvət edib.
14-10-2022, 16:55
Parlamentdə şəhid ailələrinin problemi qaldırıldı


Parlamentdə şəhid ailələrinin problemi qaldırıldı

"Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüş keçirilməlidir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Müşfiq Cəfərov deyib. O qeyd edib ki, şəhid ailələri və qazilərin problemləri ilə bağlı müraciətlər çoxdur: "Mən Gəncə şəhərindən müraciət edən şəhid ailələrinin problemlərini dinləmişəm. Dəfələrlə onlarla görüşlər keçirilib. Şəhid övladı 18 yaşına kimi, təhsil vəziyyətinə görə isə 23 yaşına kimi imtiyazlardan istifadə edir. Amma 18 yaşından sonra şəhid ailəsi sayılmırlar. Doğrudur, 18 yaşlı şəxslər yetkin insanlardır. Amma onlar deyirlər ki, iş üçün dövlət qurumlarına müraciət edəndə, şəhid ailəsi hesab edilmirlər. Həmçinin şəhidin həyat yoldaşı və ya anası hansısa səbəbdən vəfat edəndə onun ev növbəsi övladına keçmir. 18 yaşından yuxarı şəxslərə bu status aid edilmir. Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat vəsait ödənildi. Hesab edirəm ki, bunu məsələyə baxılması üçün ilk addım kimi dəyərləndirmək olar. Ümid edirəm, şəhidlərin övladları və ailələləri ilə əlaqədar bu məqamlar nəzərə alınacaq", - deyə deputat vurğulayıb.
14-10-2022, 16:50
Ruslar Ukraynada 423 uşağı öldürüb


Ruslar Ukraynada 423 uşağı öldürüb

Ukraynada müharibə başlayandan bəri hərbi əməliyyatlar zamanı həlak olan uşaqların sayı 423 nəfərə çatıb, daha 810 uşaq isə yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ölkə üzrə ən çox uşaq Donetsk vilayətində ölüb. Qeyd olunub ki, göstərilən rəqəmlər yekun deyil, müharibə qurbanı olan uşaqların dəqiq sayının müəyyən edilməsi məqsədilə müvəqqəti işğal altındakı ərazilərdə və azad edilmiş ərazilərdə, həmçinin aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrdə işlər davam etdirilir.
14-10-2022, 16:47
MDB-yə sədrlik Qırğızıstana keçdi


MDB-yə sədrlik Qırğızıstana keçdi

Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək. Bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub. MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Xatırladaq ki, MDB-yə hazırda Qazaxıstan sədrlik edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!