Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
13-10-2022, 17:10
Miqrasiya haqqında əsasnaməyə dəyişiklik ediləcək


Miqrasiya haqqında əsasnaməyə dəyişiklik ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilir. Butov.az xəbər verir ki, komitə iclasının gündəliyinə 6 məsələ daxil edilib. İclasda aşağıdakı məsələlər müzakirə olunur:
1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13-10-2022, 17:08
Əsir düşmüş 20 hərbçi Rusiyaya qaytarılıb


Əsir düşmüş 20 hərbçi Rusiyaya qaytarılıb

Ukrayna əsirliyində olan Rusiya Silahlı Qüvvələrinin 20 hərbçisi azad edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, geri qaytarılan hərbçilər müalicə və reabilitasiya olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yerləşdiriləcəklər.
13-10-2022, 17:06
Aktiv xəstə sayı 500-dən aşağı düşdü


Aktiv xəstə sayı 500-dən aşağı düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 virusundan ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 498 aktiv xəstə var. Bu günə qədər 9931 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2443, ümumilikdə 7 282 773 test icra olunub.

13-10-2022, 16:47
İlham Əliyev Astanada Tokayevlə görüşüb


İlham Əliyev Astanada Tokayevlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında məlumat yer alıb. Görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.
13-10-2022, 15:13
Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı


Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,3 milyard dollar həcmində təcili maliyyə vəsaiti alıb. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. "Ayrılan vəsait təcili ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək. Bura müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi, sosial proqramlar və iqtisadiyyatın dəstəklənməsi daxildir", - deyə Baş nazir vurğulayıb. Onun sözlərinə görə, ümumilikdə BVF müharibə başlayandan bəri Ukraynaya 2,7 milyard dollar yardım edib: “Həmçinin yaxın gələcəkdə biz Fondla gələn ildən işə düşəcək yeni xüsusi proqramın hazırlanmasına başlayacağıq”.
13-10-2022, 15:11
Ərdoğan və Lukaşenko müzakirə apardı


Ərdoğan və Lukaşenko müzakirə apardı

Qazaxıstanın paytaxtı Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olub. Bu barədə Türkyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb. "Liderlər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində bir araya gəliblər. Ərdoğan və A.Lukaşenko regional məsələləri və ikitərəfli əlaqələri müzakirə ediblər", - məlumatda bildirilib.
13-10-2022, 14:38
"Uşaqların kiber mühitdə təhlükəsizliyi" adlı layihənin icrasına başlanılıb

"Uşaqların kiber mühitdə təhlükəsizliyi" adlı layihənin icrasına başlanılıb

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihənin icrasına başlanılıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.
Hazırda layihə ilə bağlı təşkilatı işlər görülür. Layihə uşaqların təlim-tərbiyə prosesində təhlükəsiz İKT imkanlarından istifadə etməsi, uşaq və yeniyetmələrin zərəli informasiyalardan qorunması üçün maarifləndirmə işləri və virtual məkanda uşaqlar üçün daha əlverişli şəraitin yaradılmasından bəhs edir.
Layihənin müddəti 3 aydır və müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlar, yeniyetmələrin zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.
13-10-2022, 14:34

BAKIDA DEPUTATIN TƏŞƏBBÜSÜ İLƏ BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

Beynəlxalq konfrans “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilir
Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və fəxri sədrliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
BAKIDA DEPUTATIN TƏŞƏBBÜSÜ İLƏ BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC-in rektoru professor Ədalət Muradov, energetika nazirinin müavini Samir Vəliyev, bp-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Prof.Dr. Lüftihak Alpkan, Beynəlxalq Liderlik, Texnologiya, Yenilik və İdarəetmə Konfransının sədri professor Cemal Zehir, digər dövlət rəsmiləri, elm və təhsil müəssisələrinin rəhbərləri, nümayəndələr iştirak ediblər.

Beynəlxalq konfransın açılışından öncə qonaqlar UNEC tələbələrinin əl işlərindən ibarət “Ekoloji” qida, “Yaşıl” kitab, “Yaşıl” geyim və moda, “Yaşıl texnologiya” adlı sərgini ziyarət ediblər, eləcə də Kitabxana İnformasiya Mərkəzinin fondunda olan “yaşıl” iqtisadiyyat və ekologiyadan bəhs edən kitablarla tanış olublar.

UNEC-in rektoru professor Ədalət Muradov Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinin Azərbaycan qarşısında duran ən mühüm vəzifələrdən birinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək olduğuna diqqət çəkərək, elm və təhsil müəssisələrinin üzərinə bu istiqamətdə mühüm vəzifələrin düşdüyünü deyib. 3 gün davam edəcək konfransda aparılacaq müzakirələrin və əldə olunacaq nəticələrin iqtisadi artıma, iqtisadi davamlılığının artırılmasına və beynəlxalq aləmdə mövcud mövqelərin daha da möhkəmləndirilməsinə mühüm təsir göstərəcəyindən əminliyini ifadə edib. Rektor 2030-cu ilədək “yaşıl universitet”ə keçidi hədəfləyən UNEC-də “yaşıl iqtisadiyyat”la bağlı görülən işlərdən də söz açıb. İlk dəfə olaraq, “yaşıl iqtisadiyyat” ixtisası üzrə magistratura proqramının hazırlanacağını vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən söz açıb. Hazırda yaşıl iqtisadiyyata keçidin bütün dünyanı aktual çağırışlar qarşısında qoyduğunu bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev konfransın mövzusunun aktuallığına diqqət çəkərək, ölkədə texniki, texnoloji sahələr, xüsislə mühəndislik ixtisasları üzrə mütəxəssis hazırlığına marağın getdikcə artdığını diqqətə çatdırəb. Nazir elm və təhsil mərkəzlərində yaşıl iqtisadiyyat, ekoloji təmiz mühitlə bağlı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqtisadiyyatın sürətli inkişafının ekoloji mühitə təsirindən söz açaraq, bu sahənin qlobal çağırışlar qarşısında qaldığını deyib. Nazir alternativ enerji vasitələrindən istifadənin genişləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadənin vacibliyindən bəhs edib. Eləcə də Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjinin tətbiqi istiqamətində aparılan islahatlardan danışıb.

Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji mənbələrinin ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirdiyini bildirərək, ölkədə külək və günəş enerjisinin tətbiqi istiqamətində görülən işlər, həmçinin Azərbaycanın “yaşıl artım” ölkəsi, “yaşıl” enerjinin istehsalçısı və ixracatçısı kimi həyata keçirdiyi layihələrdən söz açıb.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, millət vəkili Soltan Məmmədov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan, ASELSAN-ın Korporativ idarəetmə üzrə vitse-prezidenti professor Hakan Karataş, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın həmsədri Prof.Dr. Cemal Zehir və digər çıxış edənlər “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə fikirlərini bölüşüblər, konfransda əldə olunan nəticələrin bu istiqamətdə əhəmiyyətli olacağını deyiblər.
Sonra çıxış edən konfrans iştirakçılarına plaketlər təqdim olunub.
UNEC-in departament direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən beynəlxalq konfrans öz işini dəyirmi masada iqtisadi siyasət, “yaşıl” iqtisadiyyat, “yaşıl” təhsil və “yaşıl” universitet, təbii ehtiyatların idarə edilməsi üzrə siyasət, davamlı inkişaf, iqtisadi, demoqrafik artımın ətraf mühitə təsiri, su resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi, “yaşıl” nəqliyyat vasitələrindən istifadə, “yaşıl” maliyyə, işğaldan azad edilmiş ərazilərin "yaşıl" iqtisadiyyat potensialı mövzularında müzakirələrlə davam etdirib.
Dəyirmi masadan sonra konfrans iştirakçılarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Beynəlxalq konfrans oktyabrın 14-dək davam edəcək.
13-10-2022, 14:31
Ermənistan müqaviləli hərbçilərin maaşını artırır


Ermənistan müqaviləli hərbçilərin maaşını artırır

Ermənistanda döyüş tapşırıqlarını yerinə yetirən müqaviləli əsgərlərin maaşı artırılacaq. Butov.az xəbər verir ki, Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi haqqında layihə təsdiqlənib. Müdafiə naziri Suren Papikyan qanun layihəsini təqdim edərkən bildirib ki, döyüş tapşırıqlarının planlaşdırılması, monitorinqi və yerinə yetirilməsində bilavasitə iştirak edəcək hərbi qulluqçular əlavə ödənişlər alacaqlar. Əlavə ödənişi almaq üçün isə onlar üç ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər. Əlavə ödənişin həcmi hökumətin qərarı ilə müəyyən ediləcək, söhbət ikiqat, bəzən isə daha çox artımdan gedir. Baş nazir Nikol Paşinyan deyib ki, bu, peşəkar orduya keçidin mərhələlərindən biridir.“Biz hərbçilərə bilik və bacarıq baxımından tələblər qoyuruq. Öz növbəmizdə hərbi qulluqçulara bütün sosial təminatları verməliyik. Bu o deməkdir ki, xidmətə hazır olan hərbçilərin mənzilləri, yüksək maaşları olmalı, ailələri tibbi xidmətlərdən yararlanmalı, uşaqları isə təhsil almaq imkanı qazanmalıdır”, - Paşinyan bildirib. Öz növbəsində müdafiə naziri əlavə edib ki, azı 6 ay xidmət etmiş çağırışçılara attestasiyadan keçmək imkanı yaradılacaq və müvafiq maaşlar təklif olunacaq. Müdafiə naziri Suren Papikyan deyib ki, məqsəd müqaviləli hərbi xidmətin cəlbediciliyini və marağını artırmaqdır, bunun üçün onlar müqavilə əsasında hərbi xidmətdə olan zabitlər, kiçik rütbəli zabitlər və sıravi hərbi qulluqçular üçün mükafat təyin etməyi planlaşdırırlar.
13-10-2022, 14:29
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış


DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış

Daxili İşlər Nazirliyi (DİN) bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə bağlı vətəndaşlara çağırış edib. DİN-dən verilən məlumata görə, oyunla əlaqədar stadionun daxilində, ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. "Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!