Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                       
6-10-2022, 22:41
Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib


Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib

"Ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər etmiş 19 nəfər axtarışa verilib". Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib."Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırki vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib", - qurum rəsmisi vurğulayıb.
6-10-2022, 22:38
Türkiyə Rusiyadan qaz alışını azaldır


Türkiyə Rusiyadan qaz alışını azaldır

Türkiyə Rusiyadan qazı digər tədarükçülərin xeyrinə dayandırmağa başlayıb. Butov.az xəbər verir ki, iyul ayında Türkiyə Rusiyadan yanacaq idxalını illik müqayisədə 37,2 faiz azaldıb. Enerji Bazarını Tənzimləmə Qurumunun aylıq hesabatında qeyd edilib ki, Ankara İran və Azərbaycandan qaz alışını müvafiq olaraq 37,5 və 31,5 faiz artırıb. Bununla yanaşı, Rusiya Türkiyəyə qaz tədarükündə lider olaraq qalır və Ankaranı 1,44 milyard kubmetr qazla təmin edib. Türkiyəyə qaz idxalının 870 və 710 milyon kubmetri isə müvafiq olaraq İran və Azərbaycanın payına düşüb. Ümumilikdə, 2022-ci ilin iyul ayında Türkiyə 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,7 faiz az qaz alıb - idxal 4,05 milyard kubmetrdən 3,41 milyard kubmetrə düşüb. Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, ay ərzində ölkəyə boru kəmərləri ilə təqribən 3,02 milyard kubmetr, dəniz yolu ilə isə 383 milyon kubmetr qaz mayeləşdirilmiş formada daxil olub. Bu göstəricilər boru kəmərləri idxalının 13 faiz, mayeləşdirilmiş idxalının isə 32,6 faiz azaldığını göstərir. Eyni zamanda, Türkiyə ümumi qaz istehlakını illik müqayisədə 27,5 faiz azaldaraq 2,78 milyard kubmetrə çatdıra bilib. Ölkə bu nəticəni elektrik stansiyalarında qazdan istifadəni azaltmaqla - məişət istehlakı artsa da - əldə edib. Bundan əlavə, ölkədə yanacaq ehtiyatları artırılıb - 2022-ci ilin iyulunda anbarlardakı qazın həcmi 20,6 faiz artaraq 3,37 milyard kubmetrə çatıb. Sentyabrda məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən qaza 25 faiz endirim, eləcə də tədarükün bir hissəsini öz valyutası olan türk lirəsi ilə ödəmək imkanı istəmək niyyətindədir. İnformasiya mənbələri təsdiqləyib ki, oktyabrda Türkiyə və Rusiya yanacaq tədarükünün dəyərini aktiv şəkildə müzakirə edir.
6-10-2022, 22:34
Türkiyə İsrailə səfir təyin etdi


Türkiyə İsrailə səfir təyin etdi

Türkiyə İsrailə səfir təyin edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ankaranın İsraildəki səfiri Şakir Özkan Torunlar olacaq. Məlumata görə, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş konsulu və Fələstində səfir vəzifələrində çalışıb. Qeyd edək ki, bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin olunmuşdu. Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
6-10-2022, 22:32
Messi rekordunu yenilədi


Messi rekordunu yenilədi

“Pari Sen-Jermen” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Lissabonun "Benfika" komandasına qarşı oyunda (1:1) qol vuraraq Çempionlar Liqasının rekordunu yeniləyib. Bu barədə "Opta" portalı bildirib. Portuqaliya klubu Çempionlar Liqasında Messinin qapısına qol vurduğu qırxıncı komanda olub. Bundan əvvəlki nailiyyət - 39 klub da argentinalıya məxsus idi. Bu göstəriciyə görə ikinci yerdə “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo gəlir. O, turnirdə 38 fərqli komandaya qol vurub."Benfika"ya vurduğu qolla Messi Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb.
6-10-2022, 22:30
Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib


Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”. Bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib. K.Əliyev qeyd edib ki, dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb:“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.
6-10-2022, 22:28
Azərbaycan Ordusu qış rejiminə keçir


Azərbaycan Ordusu qış rejiminə keçir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. MN-dən verilən məlumata görə, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır. Həmçinin döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılır. Yüksək dağlıq və sərt iqlim şəraitində xidmət aparan hərbi qulluqçulara normadan əlavə təminat və təchizat vasitələri ayrılır. Aparılan təminat və təchizat işləri, texnikaya qulluq hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də şəxsi heyətin payız-qış mövsümündə heç bir çətinlik çəkmədən xidmət aparmağına imkan verəcək.










6-10-2022, 22:22
Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb


Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb

44 günlük Vətən Müharibəsi zamanı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər öldürülən azərbaycanlı Azərbaycan tərəfinə təhvil verilib. Bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırkən deyib. O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir.
6-10-2022, 22:20
“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən reaksiya


“Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən reaksiya

Xocəvəndin işğaldan azad olunmuş Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması dəhşətli hadisədir. Bunu Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamber deyib. Fransalı deputat bildirib ki, kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərini göstərir:"Naməlum qəbirlərin tapılması, oradakı mənzərə sadəcə dəhşətdir. Dünyanın bu bölgəsində son 30 ildə baş vermiş hadisələrin tarixi həqiqəti üzərində sülh bərqərar olmalıdır. Tarixi ədalət bərpa olmalı, dünya həqiqəti görməlidir. Ona görə də hər kəs sülh istəməlidir, başqa yol yoxdur. Ermənistan ordusunun işğalı zamanı öldürülən azərbaycanlıların son günlərdə aşkar edilmiş kütləvi məzarları nə qədər reallıqların gizlədildiyini sübut edir. On minlərlə insanın ölümünə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan dramatik faktlarla bağlı tarixi həqiqətləri hər kəs bilməlidir. Azərbaycanın bir çox itkin düşmüş mülki vətəndaş və əsgərlərindən hələ də məlumat yoxdur. Ümid edirik ki, dünya reallığı görəcək”. Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
6-10-2022, 22:17
Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı


Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı

Ermənistan Müdafiə Nazirliyi gözlənilməz xərclərə görə 1 milyard 805 milyon dram (təxminən 4,4 milyon dollar) alacaq. Butov.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib. Nazirliyin izahatında qeyd olunduğu kimi, cari fəaliyyətin təmin edilməsi üçün ilkin əhəmiyyət kəsb edən gözlənilməz xərclərlə əlaqədar vəsaitlərin ayrılmasına ehtiyac yaranıb. Xatırladaq ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi 11% artaraq, təxminən 345 milyard dram (indiki məzənnə ilə - təxminən 850 milyon dollar) müəyyən edilib.
6-10-2022, 22:15
İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb


İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb

Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV-nin bir hissəsi geri qaytarılmır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!