Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
4-10-2022, 16:40
Gəncə terrorundan 2 il keçir


Gəncə terrorundan 2 il keçir

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından iki il ötür. Butov.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirilib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb:“Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb". Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.








4-10-2022, 16:35
Aralıq dənizində dəhşət - 25 min miqrant boğularaq ölüb


Aralıq dənizində dəhşət - 25 min miqrant boğularaq ölüb

Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirən qeyri-qanuni miqrantların sayı açıqlanıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, son 9 ildə təxminən 25 min miqrant Aralıq dənizində boğularaq ölüb. Həlak olanlar arasında uşaqlar və qadınlar da var. Onların dəqiq sayı barədə əlavə məlumat verilməyib.
4-10-2022, 16:32
Kiyev yenidən maska rejiminə keçir


Kiyev yenidən maska rejiminə keçir

Kiyev sakinlərindən COVID-19 virusuna yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə və nəqliyyatda maska taxmaq xahiş olunur. Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb. Paytaxt rəhbərliyi vətəndaşları ictimai nəqliyyatda, ziyarətçilərə xidmət göstərən yerlərdə və təhsil müəssisələrində maska taxmağa çağırıb. Müəssisələrdən təhlükəsizlik məsafəsi saxlamaları xahiş olunub."Sahibkarlardan ziyarətçilər arasında ən azı 1,5 metr məsafə saxlamaq üçün işarələməni yeniləmələri xahiş olunur", - məlumatda bildirilib.
Qeyd edək ki, Kiyevdə COVID-19-a yoluxma halları durmadan artır. Sentyabrın 26-dan oktyabrın 2-dək paytaxtda koronavirusa 2515 yoluxma faktı aşkarlanıb, 242 nəfər xəstəxanalara yerləşdirilib, 22 nəfər isə dünyasını dəyişib.
4-10-2022, 16:30
Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdular


Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdular

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Bildiririk ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd olunub.
4-10-2022, 15:47
ABŞ Ukraynaya yeni HIMARS sistemləri göndərir


ABŞ Ukraynaya yeni HIMARS sistemləri göndərir

ABŞ Ukrayna üçün nəzərdə tutulan yeni hərbi yardım paketini elan edəcək. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, növbəti təhlükəsizlik yardım paketinə dörd ədəd HİMARS raket sistemi, döyüş sursatları, minalar və minaya davamlı maşınların daxil olacağı gözlənilir. Paketin məbləği 625 milyon dollardır. Yardımın sabah elan olunacağı gözlənilir.
3-10-2022, 21:12
Ukrayna xalqının 83%-i NATO üzvlüyünü dəstəkləyir


Ukrayna xalqının 83%-i NATO üzvlüyünü dəstəkləyir

Ukrayna xalqının 83%-i ölkələrinin NATO-ya üzv olmasını istəyir. Bu barədə Reytinq Qrupunun sorğusunda qeyd olunub. Sorğu oktyabrın 1-2-də 2000 respondent arasında keçirilib. Reytinq Qrupu NATO üzvlüyünü dəstəkləyənlərin faizinin Ukraynada aparılan sorğuda indiyə qədər qeydə alınan ən yüksək göstərici olduğunu bildirib. Yalnız 4% bloka qoşulmanın əleyhinə, 9% isə neytral olduğunu bildirib. Bildirilir ki, iyun ayından bu yana NATO üzvlüyünə dəstək 7 faiz artıb.
3-10-2022, 21:09
Kanada İrana sanksiya tətbiq etdi


Kanada İrana sanksiya tətbiq etdi

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. İrandakı aksiyalara görə SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də "qara siyahı"ya salınıb. Sanksiya siyahısına İranın əxlaq polisinin rəhbəri, İranın kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib də daxil edilib. Ümumilikdə sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.
3-10-2022, 21:07
Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq müzakirə edildi


Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq müzakirə edildi

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
3-10-2022, 21:05
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi


İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Butov.az xəbər verir ki, görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.
3-10-2022, 21:03
Rəsmi Bakı Fransadan təzminat tələb edir


Rəsmi Bakı Fransadan təzminat tələb edir

Azərbaycan Fransa hökumətindən təzminat tələb edir. Bu barədə rəsmi Bakının oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bir qrup radikal erməninin törətdiyi növbəti vandalizm aktı ilə bağlı Parisə ünvanladığı etiraz notasında öz əksini tapıb. Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!