13-12-2022, 22:11
Quba sakininin evinə qumbara atan şəxs tutulduTanışının evinə qumbara atan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Belə ki, Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb. Bu zaman heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb. Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
13-12-2022, 22:08
Sülhməramlılar aksiya keçirilən ərazidə kazarmalar quraşdırırRusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiya 2 gündür ki, davam edir. Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb. Bildirək ki, ötən gün başlayan aksiyaya qoşulanlar ekoloji terror, yataqların qanunsuz istismarının əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Lakin rusiyalı general hələ də aksiya yerinə gəlməyib. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
13-12-2022, 22:04
Rus qoşunları il sonuna qədər Ukraynadan çıxarılmayacaq - Peskov“Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynadan çıxarılması mümkün deyil”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Ukrayna tərəfi bütün bu müddət ərzində yaranmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar Rusiyanın yeni subyektlərinin olduğunu göstərir. Onlar referendumlar nəticəsində ortaya çıxdı”, - Peskov vurğulayıb. Bundan əlavə, o, Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi Ukraynada sülh üçün üç addımı “döyüş əməliyyatlarının davam etdirilməsi üçün üç addım” adlandırıb.
13-12-2022, 21:50
Quba sakininin evinə qumbara atıldıDekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub. Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
13-12-2022, 17:27
İsrail parlamentinə yeni sədr təyin edildiİsraildə Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının üzvü Yariv Levin 25-ci çağırış Knessetin sədri seçilib. İsrail televiziyasının xüsusi parlament kanalı sessiyanı canlı yayımlayıb. Parlamentin 120 deputatından 64-ü Levinin sədr seçilməsinə səs verib.
13-12-2022, 17:17
Havanın temperaturu yüksələcəkBakıda və Abşeron yarımadasında yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır: “Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.
13-12-2022, 17:13
“Neftçi” TV-nin əməkdaşı dünyasını dəyişdi"Neftçi" TV-nin əməkdaşı Elvin Rüstəmov vəfat edib. O, Bakı-Quba yolunda avtomobil qəzasında dünyasını dəyişib. Qeyd edək ki, Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. O, həm də Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi olub.
13-12-2022, 17:10
Aksiyaya qoşulanlar arasında könüllülər də varAzərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir. Dünən səhər saatlarında başlanılan aksiyaya artıq könüllülər də qoşulub. Bundan əlavə, aksiya sırasınaa qoşulanlar arasında ictimai fəallar, jurnalistlər və blogerlər də var. Qeyd edək ki, etirazçılar ekoloji terror, yataqların qanunsuz istismarının əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
13-12-2022, 17:05
Rusiyanın işğalçılıq faktlarını bilmək vacibdir - PodolyakUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın işğalçılıq faktlarını bilməyin vacib olduğunu vurğulayıb. Podolyak bu barədə twitter səhifəsində yazıb. “Gəlin əsas faktları təsbit edək. İlk olaraq 2014-cü ildə Rusiya Ukrayna ərazilərinə hücum edərək Krım və Donbası ələ keçirdi. Donbas və Krım işğal altında olan Ukrayna torpaqlarıdır. Rusiya beynəlxalq hüququ pozaraq Ukraynaya yüzlərlə raketlə hücum edir. Bunları qəbul etmək doğru qərarlar verməyinizə kömək edəcək”, - deyə müşavir qeyd edib. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir.
13-12-2022, 16:57
Tarif Şurasının səlahiyyəti məhdudlaşdırılırTarif Şurasının səlahiyyətləri azaldılır. Bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb. Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək. İndiyə qədər tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilib.