21-12-2022, 00:26
Zelenski Sakaaşvilini müalicə üçün Ukraynaya çağırdıUkrayna tərəfi həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ölkəyə qəbul etməyə hazırdır. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, Ukrayna Saakaşvilinin təhlükəsizliyini təmin etməyə və onun müalicəsini təmin etməyə hazırdır. Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini azad etməyə və müalicə üçün Ukraynaya köçürməyə çağırıb.
21-12-2022, 00:23
Çin lideri Ukrayna münaqişəsiylə bağlı danışdıÇin lideri Si Cinpin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığı aparıb. Bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Çin lideri bildirib ki, Ukrayna böhranının uzadılması və mürəkkəbləşməsi heç kimin marağında deyil. Ştaynmayer isə Pekini Ukraynadakı silahlı münaqişəyə son qoymaq üçün Moskvaya təsir göstərməyə çağırıb. “Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin vurğulayıb ki, Çin barışıq və danışıqları irəlilətməkdə israrlıdır və hesab edir ki, böhranı uzatmaq və mürəkkəbləşdirmək tərəflərin hər birinin maraqlarına uyğun deyil”, - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. ÇXR lideri qeyd edib ki, Çin tərəfi öz strateji müstəqilliyini nümayiş etdirməkdə Avropanı dəstəkləyir və balanslaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizlik arxitekturasını yaratmağa ümid edir. Ştaynmayerin mətbuat xidmətinin məlumatına görə , Si Cinpin Çin və Avropa ölkələrinin hərbi əməliyyatların dayandırılmasında və Ukraynanın suverenliyinə hörmətdə ümumi marağı olduğunu vurğulayıb.
21-12-2022, 00:20
Qazilərimiz Azərbaycana qayıtdıAğır yaralanan dörd qazimiz – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
21-12-2022, 00:17
Serbiya Prezidenti AzərbaycandaSerbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
21-12-2022, 00:11
Rusiyadan neft almaqdan imtina etdi, Qazaxıstanı seçdiAlmaniya 2023-cü ildə Qazaxıstandan xam neft idxal edəcək. Bu barədə Blomberg nəşri məlumat yayıb. Almaniya İqtisadiyyat Nazirliyi xəbəri təsdiqləyib. Bildirilib ki, Berlin Rusiyadan xam neft almaqdan imtina edib. "Almaniyanın Rusiyadan xam neft sifariş etməsi ilə bağlı xəbərlər yalandır. Leuna və Şvedtdəki neft emalı zavodları 2023-cü ildə Rusiyadan xam neft sifariş etməyəcək. Almaniya gələn il Qazaxıstandan neft idxal edəcək",- rəsmi açıqlamada deyilir.