Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
29-12-2022, 15:33
Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - Çavuşoğlu


Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.
29-12-2022, 15:30
Lavrov Zelenskinin “sülh formulu”na münasibət bildirdi


Lavrov Zelenskinin “sülh formulu”na münasibət bildirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədəki münaqişənin həlli üçün təklif etdiyi “sülh formulu”na münasibət bildirib. O bu barədə “Ria Novosti”yə müsahibəsində danışıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Zelenskinin düsturunu illüziya adlandırıb və belə şərtlərlə iki ölkə arasında dialoqu istisna edib. Onun sözlərinə görə, Ukrayna ünsiyyətə hazır deyil. "Hər cür ideyalar və “sülh düsturları” irəli sürən Zelenski Qərbin köməyi ilə qoşunlarımızın Rusiyanın Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılmasına, təzminatların ödənilməsinə nail olmaq illüziyası danışır. Rusiyanı beynəlxalq tribunallara etiraf etməyə çağırır və s. Təbii ki, belə şərtlər altında heç kimlə danışmayacağıq". Lavrov bildirib ki, Moskva münaqişənin diplomatik yolla həllindən imtina etməyib. O xatırladıb ki, müharibə başlayandan dərhal sonra Zelenski Rusiyanı danışıqlar masasına oturmağa dəvət edib. Moskva onun dəvətini qəbul edib və Ukrayna nümayəndələri ilə bir neçə görüş keçirib. Nazir qeyd edib ki, danışıqlar raundları “qarşılıqlı məqbul razılaşmalar”ın tapılmasının mümkünlüyünü göstərib. "Bununla belə, dialoq zamanı “Zelenskinin mühüm qərarların qəbulunda tam müstəqil olmaması” üzə çıxıb. “Artıq aprel ayında hərbi əməliyyatları davam etdirməkdə maraqlı olan anqlo-saksonların göstərişi ilə o, danışıqları tez dayandırdı və mövqeyini kəskin şəkildə sərtləşdirdi”, - Lavrov vurğulayıb.
29-12-2022, 15:27
Türkiyə XİN-dən Yunanıstana xəbərdarlıq


Türkiyə XİN-dən Yunanıstana xəbərdarlıq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxana almağa çalışdıqlarına güvənərək saxta qəhrəmanlıq arxasınca qaçma. Məcəraya atılma. Sonu sizin üçün heç yaxşı olmaz", - Çavuşoğlu söyləyib. XİN başçısı rəsmi Afinanı diqqətli olmağa çağırıb.
29-12-2022, 15:25
Ukraynalılar günə həyəcan siqnalı ilə oyandılar


Ukraynalılar günə həyəcan siqnalı ilə oyandılar

Bu gün ukraynalılar günə həyəcan siqnalı ilə oyanıblar. Həyəcan siqnalı bütün ölkə ərazisində verilib. Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərinə aviazərbələr endirdiyi barədə məlumatlar var. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 30 aviasiya zərbəsi endirildiyini açıqlayıb. Bundan başqa 7 raket hücumu gerçəkləşdirildiyi qeyd olunub. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 15:21
Paşinyan dostunun nazir seçilməsindən imtina etdi


Paşinyan dostunun nazir seçilməsindən imtina etdi

Ermənistanda yaradılmaqda olan Daxili İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi müzakirə olunur. "Hraparak" qəzeti baş nazir Nikol Paşinyanın kadr seçimi barədə məlumat əldə edib. Qəzet yazır ki, Paşinyanın dostu və yaxın kadrı hesab olunan Ermənistan Polisinin rəisi Vahe Kazaryanın adı yeni nazir kimi hallansa da, o, DİN başçısı vəzifəsinə təyinat almayacaq. Bildirilib ki, Paşinyan bu təyinatdan imtina edib. "Ona görə yox ki, Paşinyan Kazaryana etibar etmir, sadəcə olaraq baş nazir düşünür ki, o, meqanazirliyə rəhbərlik etməyi bacarmaz", - yazıda qeyd olunub. "Hraparak"ın istinad etdiyi mənbə hesab edir ki, çox güman hazırkı fövqəladə hallar naziri Armen Pambuxçyan DİN-ə rəhbər gətiriləcək. Qeyd edək ki, Ermənistanda əvvəllər mövcud olmuş və sonradan ləğv edilən Daxili İşlər Nazirliyi yenidən bərpa olunur.
29-12-2022, 15:14
Akar Rusiyada keçirilən görüşün detallarını açıqladı


Akar Rusiyada keçirilən görüşün detallarını açıqladı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya Müdafiə Nazirliyində görüş keçiriblər. Dünən baş tutan görüş barədə Akar jurnalistlərə özü məlumat verib. Bildirilib ki, 11 ildən sonra baş tutan görüş zamanı Suriya məsələsi müzakirə olunub. “Vnukovo” hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanan Akar və Fidanın Rusiya Müdafiə Nazirliyində keçirdiyi görüşün detallarını nazir özü açıqlayıb. Akar görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbasın da iştirak etdiyini, eləcə də Rusiya və Suriya xüsusi xidmət orqanlarının rəhbərlərinin müzakirələrə qatıldığını açıqlayıb.“Toplantıda Suriyada və bütövlükdə regionda vəziyyətin tezliklə müsbətə doğru dəyişməsi, sülh və sabitliyin bərqərar olması üçün edə biləcəyimiz işləri müzakirə etdik. Türkiyənin mövqeyini çatdırdıq, digər tərəflərin də mövqelərini dinlədik. Bizim dilə gətirdiyimiz ən vacib məsələ terrorla mübarizə oldu. Suriya və İraq başda olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünü dəstəklədiyimizi, terrorla mübarizədən başqa heç bir məqsədimizin olmadığını diqqətə çatdırdıq”, - o qeyd edib. Akar bildirib ki, digər məsələ isə Türkiyə sərhədlərinin təhlükəsizliyi və Suriyadan qaçqın axının qarşısının alınması olub. Nazir əlavə edib ki, üçtərəfli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

[media=https://youtu.be/-NDXorvb89o]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!