Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
30-12-2022, 22:27
Ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verildi


Ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların dürüstləşdirilməsi, reyestrin formalaşdırılması və aparılması, ictimai nəzarətin gücləndirilməsindən ibarətdir. Leyla Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil ediləcək. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçiriləcək. Qeydiyyatın aparılması üçün ilkin ərazi olaraq Nərimanov rayonu seçilib. Layihənin hazırlanması zamanı ABŞ, İngiltərə, Almaniya və Avstriya kimi ölkələrin bəzi yerli inzibati idarəetmə vahidlərinin təcrübəsi öyrənilib, oxşar metodikadan istifadə edilib. Ağacların qeydiyyatı üçün xüsusi tətbiqdən istifadə edilir ki, həmin tətbiqlə çəkilən şəklin üzərinə ərazinin GPS koordinatları, saat və tarixi, həmçinin digər zəruri identifikasiyaedici məlumatları avtomatik olaraq əlavə olunur. Ağacların növü, ölçüləri, yaşı, vəziyyəti və s. məlumatlar yaşıllıqların uçot vərəqəsinə qeyd olunaraq mərkəzləşdirilmiş vahid sistemə daxil edilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur. Qeydiyyata alınmış yaşıllıqlar haqqında məlumatların daxil edilməsi və ictimaiyyətə təqdim olunması üçün xüsusi veb-sayt yaradılır. Həmin veb-saytda ağaclar xəritə üzərində nümayiş etdiriləcək, onların hər birinin şəkli və bütün məlumatları əks olunacaq. Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinə əks-təsir göstərir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir ki, problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir. Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər layihələr həyata keçirilir. Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.
30-12-2022, 22:19
Finlandiyanın NATO-ya üzv olunacağı tarix açıqlandı


Finlandiyanın NATO-ya üzv olunacağı tarix açıqlandı

Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür. Bu barədə "Kommersant" nəşri yazıb. Kaykkönenin fikrincə, Finlandiyanın NATO-ya üzv olması alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə bilər. Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini, Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb. “Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, - o qeyd edib.
30-12-2022, 22:15
Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirdi


Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirdi

Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirib. Bu barədə ölkənin "Yonhap" agentliyi məlumat yayıb. Cənubi Koreya Milli Müdafiə Nazirliyi bərk yanacaq daşıyan raketin sınaq uçuşunu uğurla başa vurduğunu bildirib. Rəsmi Seul gələcəkdə peyklərin buraxılması üçün bu raketlərdən istifadə etməyi planlaşdırır. Sınaq Şimali Koreyanın yüksək təzyiqə malik raket mühərrikini sınaqdan keçirməsindən sonra həyata keçirilib.
30-12-2022, 22:11
Putin Avropa liderlərindən yalnız iki nəfəri təbrik etdi


Putin Avropa liderlərindən yalnız iki nəfəri təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərindən yalnız Serbiya prezidentinə və Macarıstanın baş nazirinə Yeni il təbriki göndərib. Kremlin saytında Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrik məktubları dərc edilib. Təbrik göndərilənlər arasında Avropa liderlərindən yalnız iki nəfər - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban yer alıb. Jurnalistlər Kremlin mətbuat katibi Dmitri Peskova Putinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı sual ünvanlayıblar. “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”,- deyə Peskov bildirib.
30-12-2022, 21:20
Britaniyadan İrana xəbərdarlıq mesajı


Britaniyadan İrana xəbərdarlıq mesajı

“İran rejimi məsuliyyətə cəlb olunanadək dayanmayacağıq”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra 47 nəfərə sanksiya tətbiq edilib: “Biz həmçinin İranı BMT-nin Qadın Statusu Komissiyasından uzaqlaşdırdıq və SEPAH-a sanksiya tətbiq etdik”.
30-12-2022, 21:17
Putindən Ərdoğana yeni il təbriki


Putindən Ərdoğana yeni il təbriki

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Yeni il münasibəti ilə təbrik məktubu göndərib. Kremlin məlumatına görə, Putin Ərdoğana ünvanladığı mesajda Rusiya ilə Türkiyə arasındakı münasibətlərin çətin bir ilə baxmayaraq, dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Enerji sahəsində böyük layihələrin, xüsusilə də Akkuyu Atom Elektrik Stansiyası və Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzinin inşasının davam etdiyinə diqqət çəkən Putin, sabitliyin gücləndirilməsi üçün Rusiya-Türkiyə əməkdaşlıq spektrinin daha da inkişafına ümidvar olduğunu bildirib. Kremldən verilən məlumata görə, Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin liderlərini, həmçinin Çin sədri Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Almaniyanın keçmiş kansleri Gerhard Şröder və İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini də təbrik edib.
30-12-2022, 21:00
Türkiyədə ölümlə nəticələnən partlayış baş verib


Türkiyədə ölümlə nəticələnən partlayış baş verib

Türkiyədə güclü partlayış olub. Hadisə Aydın şəhərində yerləşən restoranlardan birində baş verib. İlkin məlumata görə, partlayış nəticəsində azı 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə zamanı restoranda 20-dən çox adam olub. Əraziyə yanğınsöndürənlər və xilasetmə briqadaları cəlb olunub. Partlayışın səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
30-12-2022, 20:56
Ukraynaya mina təmizlənməsində köməklik edəcəyik - Britaniya


Ukraynaya mina təmizlənməsində köməklik edəcəyik - Britaniya

Böyük Britaniya Ukraynaya 1000 ədəd minaaxtaran təhvil verib. Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb. "Böyük Britaniyanın daha bir yardım paketi Ukraynaya qanuni torpaqlarını geri alarkən binaları və əraziləri təhlükəsiz şəkildə minalardan təmizləməyə kömək edəcək", - nazirlikdən bildirilib. Məlumata görə, indiyədək Ukrayna Silahlı Qüvvələrinin 11 mindən çox döyüşçüsü krallıqda təlim keçib. Həmçinin qeyd olunub ki, 2023-cü il ərzində daha 20 min Ukrayna əsgəri Britaniyada təlimə cəlb olunacaq.
30-12-2022, 17:18
Prezident ƏDV sahəsində dəyişikliklə bağlı fərman imzaladı


Prezident ƏDV sahəsində dəyişikliklə bağlı fərman imzaladı

Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək texnika və materialların siyahısı hazırlanacaq. Bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb. Qanuna əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. Qeyd edəki ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.
30-12-2022, 17:06
Çin lideri Putinin əməkdaşlıqla bağlı dediklərini təsdiqlədi


Çin lideri Putinin əməkdaşlıqla bağlı dediklərini təsdiqlədi

Çin lideri Si Tsinpin rusiyalı həmkarı Vladimir Putinlə videobağlantı vasitəsilə keçirdiyi görüşdə önəmli açıqlamalar verib. O, ölkəsinin Rusiya ilə əməkdaşlığının dayanıqlı olduğunu diqqətə çatdırıb. "Çin və Rusiya sıx strateji təmasdadır. Çin-Rusiya hərtərəfli əməkdaşlıq dayanıqlılığını ortaya qoydu. Biz çətin və qeyri-müəyyən beynəlxalq şəraitdə Rusiya ilə strateji əməkdaşlıq qurmağa hazırıq", - deyə Tsinpin bildirib. Çin lideri həmçinin bildirib ki, ölkələr arasındakı iqtisadi ticarət daha da inkişaf etdirilməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!