Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
16-12-2022, 17:31
Şənbə gününün hava proqnozu


Şənbə gününün hava proqnozu

Azərbaycanda dekabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
16-12-2022, 17:28
Yeni il üçün pensiya artımı necə olacaq?


Yeni il üçün pensiya artımı necə olacaq?

Xəbər verdiyimiz kimi, pensiyaların indeksləşdirilməsilə bağlı yeni dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı son dəyişikliyi şərh edib. E.Əmirov bildirib ki, yeni dəyişikliyə görə pensiyanın sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yenidən indeksləşdiriləcək: "Yəni yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artım olacaq. Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalar da buna uyğun artacaq”. “Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib: “2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”. E.Əmirov əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır: “Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.
16-12-2022, 17:22
Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı


Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Xankəndi istiqamətindən gələn Rusiya sülhməramlılarına məxsus maşın karvanı Laçın istiqamətinə keçib. Xatırladaq ki, Laçın yolunda azərbaycanlılar tərəfindən başladılan dinc aksiya beş gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
16-12-2022, 17:18
Ukraynanı həyəcan siqnalı bürüdü


Ukraynanı həyəcan siqnalı bürüdü

Ukraynanın bütün ərazilərində həyəcan siqnalı verilib. Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Bildirilib ki, Kiyev, Xarkov və Dnepropetrovsk şəhərlərində partlayış səsləri eşidilib. Bundan başqa, Xerson şəhərində də iki gün davam edən bombalanma nəticəsində elektrik enerjisi təchizatı sisteminin dağıdıldığı və əhalinin işıqsız qaldığı bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, son sutka ərzində Rusiya ordusunun mövqelərinə 22 zərbə endirilib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
16-12-2022, 17:14
Paşinyandan Laçın yolunun bağlanmasına münasibət


Paşinyandan Laçın yolunun bağlanmasına münasibət

Ermənistanın baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb. Deputatlar Paşinyanla Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə ediblər, lakin ondan aktual suala cavab eşitməyiblər: Laçın yolu nəhayət nə vaxt açılacaq? Paşinyan deputatlara bildirib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə əlaqə saxlayır, lakin onların heç biri Laçın yolunun açılması ilə bağlı konkret və aydın təminat vermir. Rusiya Federasiyasının vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də anlaşılan heç nə deməyib. O, sadəcə qeyd edib ki, “bizim strateji tərəfdaşımız bu məsələni rəfə atıb”. “Ancaq baş nazir əlavə edib ki, Rusiyanı da başa düşmək olar, başqaları ilə müharibə aparır, digər məsələlərlə məşğuldur. Dövlət Duması deputatlarının bütün bunların Ermənistanın Rusiya ilə İttifaq dövlətinə daxil olmaq üçün müraciət etməsinə yönəldiyi fikrinə gəlincə, Paşinyan deyib ki, bu barədə heç bir söhbət olmayıb”, - mənbə yazıb.
16-12-2022, 17:05
İmamoğlunun həbs olunması qərarıyla bağlı reaksiyası


İmamoğlunun həbs olunması qərarıyla bağlı reaksiyası

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun barəsində 2 il 7 aylıq həbs qərarının çıxarılması haqqında məlumatı aldığı anların görüntüləri yayılıb. Sözügedən videonu İstanbul bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Murat Onqun twitter səhifəsində paylaşıb. İmamoğlu məlumatı alarkən İYİ Partiyanın sədri Meral Akşener və digər şəxslər də onun kabinetində olub. Belə ki, bələdiyyə əməkdaşlarından biri İmamoğluya yaxınlaşaraq məhkəmənin haqqında çıxardığı qərar barədə ona xəbər verib. İlk anlarda qərarı susqunluqla qarşılayan siyasətçinin sükutunu Akşener pozub və otaqdakı hüquqşünasdan qərarın hüquqi mənasını və mahiyyətini öyrənməyə çalışıb. Bundan sonra Akşener İmamoğlunu qucaqlayıb və “hələ yeni başladın” deyib. İmamoğlu da qərara ilk münasibətini bu zaman açıqlayıb. “Bəli. Xalqın iradəsini bir ovuc insan dəyişdirə bilməz. Mübarizəmiz yeni başlayıb və davam edəcək”, - deyə bələdiyyə sədri bildirib. Bundan sonra kabinetdəki digər insanlar İmamoğlunu alqışlayıblar və onlardan biri “başqanım, bütün İstanbul sizin arxanızdadır” deyib. Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə iki gün əvvəl keçirilən məhkəmə prosesində 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir.
16-12-2022, 16:58
Diyarbəkir şəhərində polis avtomobili partladıldı


Diyarbəkir şəhərində polis avtomobili partladıldı

Türkiyənin Diyarbəkir şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 9-a çatıb. Bu barədə Diyarbəkir vilayətinin valisi Ali İhsan Su məlumat verib. Onun sözlərinə görə, xəsarət alan polis əməkdaşlarından 7-si artıq evə buraxılıb, 2 nəfərin müalicəsi davam etdirilir. Vali, həmçinin hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, onlardan biri taksi sürücüsü, digəri isə nəqliyyat vasitəsinə icarəyə götürən şəxsdir.
16-12-2022, 13:29
Yusuf Zirvəsi

Yusuf Zirvəsi


Gənc tədqiqatçı Elmir Həsən Şair Təbibin dünyaşöhrətli azərbaycanlı-kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poemasına resenziya yazıb. "Bütöv Azərbaycan" qəzetinin bu günkü sayında dərc olunmuş həmin resenziyanın maraqla qarşılanacığını nəzərə alaraq "Butov.az"-ın oxucularına təqdim edirik:
Məşhur fransız yazıçısı və şairi Alfons de Lamartinin təbirincə desək, şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər, yaxud V.Belinskinin məşhur ifadəsi ilə "Şair həqiqəti sübut etmir, o onu göstərir".
Bu ifadələrdən yola çıxıb deyə bilərəm ki, yaradıcılıq insanın daxili ruhunu, mənəviyyatını bir başqa yöndə istiqamətləndirən istedaddır; həyatı öz pəncərəndən seyr etmək kimi.

Şair Təbib

Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbib yaradıcılığı da eynən bu cür poetik düşüncələri özündə cəmləyir.Müəlifin Azərbaycan SSR EA-nın akademiki və prezidenti olmuş kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poeması onun uşaqlıq çağlarından ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. “Yusuf zirvəsi” poemasını ədəbiyyatımızda böyük kəşflər etmiş bir alimin həyatını bu cür geniş təsvir edən ilk əsər hesab edə bilərik. Əsərdə böyük alimin zəngin elm,həyat yolu poetik üslubda işıqlandırılır. Əsərin proloq hissəsində şair özünəməxsus estetik ideallardan çıxış edərək çox gözəl şəkildə elm yolunun nə qədər müqəddəs olduğunu xüsusi obrazlılıqla təsvir edir:

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.


Məşhur yazıçı F.Dostoyevskinin fikrincə dahilər yüz ildən bir yetişirlər. Şair Təbib də buna bənzər fikirdən çıxış edərək bu cümləni bir daha təsdiq edərək qeyd edir ki, dahilər gələcək günləri daha gözəl təxmin edər, yalnız gələcək işlərin, uğurların ardınca gedərlər. Yusuf Məmmədəliyev Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizdəndir. Şair onun çətinliklərlə dolu keçən ömür yolunu bədii cəhətdən aydınlaşdırır. Misraların xüsusi poetik ifadələrlə işlənilməsi poemanın hər bəndinə məna zənginliyi bəxş eliyir.
Əksər insanları mürəkkəb həyat şəraiti daha zəngin yetişdirir, çünki onlar həyatın bərkinə-boşuna düşmüş şəxslər olaraq daha möhkəm iradəyə sahib olarlar. Yusufun da gəncliyi bu cür çətinliklərlə dolu keçib. Erməni-müsəlman davası bu çətin illərin ardından üstəlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və öz beşiyindəcə boğulması, süqutu, daha sonra ölkə ərazisində Sovet imperiyasının qurulması, əhalinin güzəranını daha da ağırlaşdırmışdı ki, bu həm də Yusufun uşaqlıq illərində ailəsinə, təhsilinə mənfi təsir göstərmiş, eyni zamanda valideynlərinin erməni-müsəlman davasında Cənubi Azərbaycana pənah aparması, qardaşı İlyasın vəfatı və s. durumlar gənc Yusufa ciddi təsir göstərsə də, bu yolda öz möhkəm iradəsini ortaya qoyaraq öz məqsədi uğrunda sona qədər gedərək təhsilini davam etdirməyə müyəssər olmuşdu:

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.


Şairin poemasının hər bəndi incə detalları ilə zəngindir. Və hər bənddə tarixilik dayanır. Alimin həyatı və yaradıcılığı fonunda gərgin siyasi məqamlara geniş yer verilib ki, bu da əsərin məna yükünü daha da yüksəldir.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.


Akademikin o dövrdə - müharibədən sonra raket yanacağı kəşf etməsi onun SSRİ-də hörmətini bir qədər də artırmışdı. Hətta Nobel mükafatına namizəd olaraq onun adını vermək qərara alınsa da, böyük kimyaçı alimin əməyini qiymətləndirməyən, gözü götürməyənlər də az deyildi. Onların ədavətli niyyətləri sayəsində Yusufun namizədliyinin qarşısına sədd çəkdilər. Bu məqamı poetik düşüncələrlə misralara hopduran Şair Təbib həm də oxucunu hadisələri sona qədər diqqətlə izləməyə vadar edir.

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev - o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına...
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi.
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar...
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Ameruka mətbuatından
Xəbər yayılmışdı dünyaya,amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.


Əsərin dilinə gəldikdə isə əsər başdan-başa nitq aydınlığından ibarətdir. Müəllifin Azərbaycan dilinə bələd olması vacib önəm daşıyır. Üstəlik nəzm formasında yazılması onun bədii yükünü, identik anlaşılmasını müəyyən edir. Təbii ki, burda biz Səməd Vurğun intonasiyasını da duyuruq, xüsusilə "Komsomol" poeması sanki göz önümüzdə canlanır. Poema bir tərəfdən roman təsiri bağışlayır, çünki bütöv bir şəxsin həyat yoluna işıq saçan bu poema həm də bir xalqın istedadını, taleyini öz açıqlığı ilə ortaya qoyan bir şəxsin nümunəsində ömür romanıdır.
Hadisələr həzin ardıcıllıqla öz formasında nəql edilərək hiss olunmayacaq dərəcədə bir mətləbdən digər mətləbə keçid edilir. Bu yöndə yazılacaq əsərlərə bu gün ədəbiyyatımız ciddi ehtiyac duyur. "Yusuf zirvəsi" poemasının tarixilik kontekstində yazılması və öz elmi kəşfləri ilə sovet imperiyasına və onun vətən müharibəsindəki nailiyyətlərinə ciddi təsir göstərmiş Azərbaycanlı elm xadiminin əməyinin diqqətdə saxlanmasına müstəsnasız xidmətdir. Əsəri istər sosioloji, istərsə də strukturalist metod çərçivəsində uğurlu hesab etmək lazımdır. Bədii material olaraq ədəbiyyatımız üçün dəyərli yöndə yazılmış əsər kimi məxsusi bədii dəyər daşıyır.

Elmir Həsən
"Bütöv Azərbaycan" qəzeti
16 dekabr 2022-ci il
16-12-2022, 11:29
Təbrizdə xanım fəal həbs edilib


Təbrizdə xanım fəal Vahidə Xanpur həbs edilib

Butov.az-a Güney Azərbaycandakı mənbələrdən verilən xəbərə görə, dekabrın 15-də Təbrizdə ictimai fəal Vəhidə Xanpur təhlükəsizlik məmurları tərəfindən yaşadığı ata evində saxlanılıb. Xalçaçəlıq üzrə İncəsənət Universitetinin tələbəsi olan Xanpurun nədə ittiham edildiyi və hara aparıldığı barədə məlumat verilməyib. Vəhidə Xanpurun ailəsi bundan əvvəl onun təhlükəsizlik məmurları tərəfindən bir neçə dəfə təhdid edildiyini bildirirlər.
Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son 3 ayda İranda etiraz aksiyalarında həbs edilən 18426 nəfərin 637-i tələbədir.
16-12-2022, 11:22
Güneyli idmançı 4 gündür aclıq aksiyası keçirir


Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə barəsində çıxarılan edam hökmünə etiraz olaraq oğlunun 3 gündür aclıq aksiyası keçirdiyini bildirib.
Cəfər Nurməhəmmədzadə "İmtidad" saytına verdiyi açıqlamada əldə olan bütün faktlar və videolara əsasən Səhəndin Tehranın Tirajə ticarət mərkəzində olduğunu və heç bir təxribat törətmədiyini deyib.
Azərbaycanlı gəncin vəkili də, "müharibə" ittihamı ilə çıxarılan edam hökmünün ədalətsiz qərar olduğunu və müvəkkilinə başqa bir məhkumun ifadələri əsasında ölüm hökmü verildiyini qeyd edib.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.
Onun yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam hökmünün çıxarılmasının ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!