Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
10-01-2023, 18:05
Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama


Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünənki görüşü haqda açıqlama verib. Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Türkiyənin Antalya şəhərində Sahibə Qafarova ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb. İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Baqir Qalibaf deyib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər. İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb. Asiya Parlament Assambleyası 2006-cı ildə Asiya Sülh Naminə Parlament Assosiasiyasının VII Sessiyasında yaradılıb. Onun 42 Parlament üzvü və 16 müşahidəçisi var. Assambleya ümumi strategiyaların işlənib hazırlanması, Asiyada və dünyada sülhün təşviq edilməsi üçün fikir, ideya və təcrübə mübadiləsi üçün forum kimi yaradılıb. Qurum Plenardan, İcraiyyə Şurasından, Assambleyanın Bürosundan, Komitələrdən və Katiblikdən ibarətdir. Plenum Assambleyanın ümumi siyasətinə və onun fəaliyyəti ilə bağlı digər mövzulara dair qərar və bəyannamələri təsdiq edə və ya hesabatlar təqdim edə bilər.
10-01-2023, 16:16
Ərdoğan müğənni ilə mahnı oxudu


Ərdoğan müğənni ilə mahnı oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “ÜniAK FEST” tədbirində iştirak edib. Tədbirə qatılan tanınmış müğənni Cengiz Kurtuoğlu “Duyanlara duymayanlara” mahnısını Ərdoğana həsr edib. Ərdoğan da müğənni ilə birlikdə məşhur mahnını zümzümə edib.

[media=https://youtu.be/MbKO6DHnWUQ]
10-01-2023, 16:10
Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi


Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi

Ermənistan parlamentinin “Hayastan” fraksiyası dünən iclas keçirib. İclasa fraksiyanın lideri, keçmiş prezident Robert Köçəryan sədrlik edib. Müzakirənin əsas mövzusu Laçın yolundakı vəziyyətlə bağlı olub. Robert Köçəryan komanda yoldaşlarına son dərəcə çətin vəziyyətin yarandığını və çıxış yolunun hələ görünmədiyini qeyd edib. “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasın yekunları barədə KİV-ə deyib ki, onlar müxtəlif məsələləri müzakirə ediblər, fraksiyanın ötən ildəki fəaliyyətini, eləcə də qarşıda duran taktiki-strateji fəaliyyətləri ümumiləşdiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!