Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-01-2023, 18:00
Eks-prezidentdən Paşinyanın iddiasına rədd cavabı


Eks-prezidentdən Paşinyanın iddiasına rədd cavabı

İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi eks-prezident Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı iddiasını rədd edib. Bu barədə məhkəmədən bildirilib. Qərarda deyilir ki, Robert Köçəryanın baş nazir Nikol Paşinyan tərəfindən ona qarşı ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləmək, pozuntu nəticəsində dəymiş qeyri-maddi zərərin ödənilməsi tələbi rədd edilsin. Köçəryanın şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsinini tələb etməsi də qəbul olunmayıb. Xatırladaq ki, baş nazir eks-prezidentlər barəsində danışarkən çıxışında demişdi ki, 2008-ci il martın 1-də xalq hakimiyyəti uğrunda mübarizədə mühüm mərhələ oldu. 2008-ci il martın 1-də Ermənistanın o vaxtkı başçıları ordunu xalqın üstünə qaldıraraq vətəndaşları gülləbaran etmək qərarına gəldilər.
11-01-2023, 17:57
Ermənistanda qadınların orduya cəlb olunmasıyla bağlı qanun hazırlanır


Ermənistanda qadınların orduya cəlb olunmasıyla bağlı qanun hazırlanır

Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır. Bu barədə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib. "Qadınlar üçün orduda xidməti könüllülük prinsipi ilə olacaq. Bununla bağlı qanun layihəsi hələ işlənmə mərhələsindədir. Hazırda layihənin üzərində işlənilir. Bir neçə hüquqi prosedurdan sonra bu layihə ictimai müzakirələrə açıq olacaq", - deyə nazir müavini vurğulayıb. O bildirib ki, qadınlar müdafiə və təhlükəsizlik sahələrində daha aktivdirlər. Sarkisyanın sözlərinə görə, bir müddət əvvəl nazirliyin qadınlar üçün təşkil etdiyi atıcılıq kurslarının nəticələri hərbi rəhbərliyi təəccübləndirib.
11-01-2023, 17:54
Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırıq, lakin.. - Peskov


Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırıq, lakin.. - Peskov

Rusiya Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin hələ ki belə bir perspektiv yoxdur. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. O qeyd edib ki, məqsədlərə dinc, siyasi və diplomatik yollarla nail olmaq Moskva üçün daha üstün variantdır. Peskov deyib ki, Ukrayna qanunlarının prezident Zelenskiyə Rusiya hər hansı əlaqə qurmağı və ya dialoq aparmağı qadağan etdiyi bir şəraitdə, qərblilər də açıq-aydın Kiyevə bu məsələdə çeviklik göstərməyə mane olur. “Orada bu barədə danışmağa meylli deyillər”, - deyə dövlət başçısının mətbuat katibi bildirib. Rusiya-Ukrayna müharibəsi baylayandan sonra təmas qrupları arasında bir neçə üzbəüz danışıqlar aparılıb. Moskva və Kiyev nümayəndələri Belarusda dəfələrlə görüşüblər və nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü 2022-ci il martın 29-da İstanbulda keçirilib.
11-01-2023, 17:51
Şəhid atası özünə bıçaq xəsarəti yetirdi


Şəhid atası özünə bıçaq xəsarəti yetirdi

Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib. Hadisə rayonun Gəgiran kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla bir dəfə özünə xəsarət yetirib. Həmin şəxs Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Qeyd edək ki, Şakir Əhədovun oğlu Baloğlan Əhədli Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
11-01-2023, 17:48
Peskov Ukraynadakı müharibəylə bağlı son durumu şərh etdi


Peskov Ukraynadakı müharibəylə bağlı son durumu şərh etdi

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibə ilə bağlı son durumu şərh edib. Peskov taktiki uğurların vacibliyini vurğulayıb. "Xüsusi əməliyyatın məqsədlərinə nail olanda hərbi əməliyyatların uğurundan danışmaq mümkün olacaq. Taktiki uğurlar da çox vacibdir, amma Soledarla bağlı deyə bilərəm ki, şəhərin azad edilməsi ilə bağlı rəsmi açıqlamaları gözləyin", - deyə Rusiya prezidentinin sözçüsü bildirib. Bundan əlavə, Peskov rusyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuka Rusiya vətəndaşlığı verilməsindən də danışıb. "Bunun indi və ya gələcəkdə olması, olmaması barədə bir şey deyə bilmərəm", - Kreml rəsmisi deyib. Qeyd edək ki, bir müddət əvvəl Ukraynada həbs olunan Medvedçuk əsirlərlə dəyişdirilərək Rusiyaya verilib. Ukrayna prezidenti Volodimir Zelenski onu vətəndaşlıqdan çıxarıb.
11-01-2023, 17:45
Peskov Paşinyanın sülhməramlılarla bağlı təklifinə münasibət bildirdi


Peskov Paşinyanın sülhməramlılarla bağlı təklifinə münasibət bildirdi[/size]

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabdağ müvəqqəti yerləşdirilmiş sülhməramlılarla bağlı təklifini şərh edib. O, təklifdən xəbərdar olduqlarını açıqlayıb. "Moskva Nikol Paşinyanın regiona BMT mandatı olan sülhməramlıların gətirilməsi barədə təklifindən xəbərdardır. Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır. Moskva və İrəvan müxtəlif səviyyələrdə danışıqlar aparır", - deyə Kremlin mətbuat katibi söyləyib. Qeyd edək ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Rusiyanın sülhməramlılara beynəlxalq mandat verilməsi və ya xarici ölkələrin sülhməramlılarının da cəlb olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirələrə başlamaq üçün təşəbbüs göstərməli olduğunu bəyan etmişdi.
11-01-2023, 17:40
İrandan qonşu ölkə səfirinə etiraz


İrandan qonşu ölkə səfirinə etiraz

İraqın Tehrandakı səfiri İraq rəsmilərinin Fars körfəzi üçün istifadə etdiyi adla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. "İraqla strateji, qardaşlıq və dərin münasibətlərimiz olsa da, bu məsələyə etirazımızı açıq şəkildə bildirdik. İraq səlahiyyətlilərinin Fars körfəzi üçün saxta ad işlətməsindən sonra İraq səfirini Xarici İşlər Nazirliyinə çağırdıq və biz bu məsələyə münasibət bildirdik”, - bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü deyib. Qeyd edək ki, İraq rəsmilərinin Fars körfəzi əvəzinə Ərəb körfəzi ifadəsini işlətməsi neçə gündür İran rəsmilərini qıcıqlandırıb. Ötən cümə günü İraqın Bəsrə şəhərində Səudiyyə Ərəbistanı, İraq, Oman, Yəmən, Bəhreyn, Küveyt, Qətər və BƏƏ futbol komandalarının iştirakı ilə 25-ci beynəlxalq yarış start götürüb. Yarışın adı “Ərəb körfəzi kuboku” kimi təqdim edilib. İran isa buna etiraz edərək, yarışın adının “Fars körfəzi kuboku” kimi yazılmasını tələb edib. İran Futbol Federasiyası ərəb dövlətlərinin Fars körfəzi üçün Ərəb körfəsi adından istifadə etməsinə görə FİFA-ya şikayət edəcəyini açıqlayıb.
11-01-2023, 17:32
Qiymət artımı olduqda maaş və pensiyalara daxil edilən vəsait hiss olunmur - Deputat


Qiymət artımı olduqda maaş və pensiyalara daxil edilən vəsait hiss olunmur - Deputat

Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə müşahidə olunan bahalaşma və minimum əməkhaqqı artımına da münasibət bildirib. Dövlət başçısı çıxışı zamanı Azərbaycanda kəskin qiymət artımının müşahidə edildiyini söyləyib: “Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq”. Prezident, həmçinin deyib ki, dünya üçün böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq: “Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”. Minimum maaş və pensiya artımına gəlincə, Prezident indiki rəqəmlərin qaneedici olmadığı diqqətə çatdırıb: “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”. Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Prezident inflyasiya və qiymət artımı ilə bağlı suallara cavabında bir sıra məsələlərin səbəbini aydınlaşdırıb: “Dünən dövlət başçısı jurnalistlərin bütün sahələr üzrə verdiyi suallarını faktiki olaraq cavablandırdı. Prezident qiymət artımı və inflyasiyanın dünyada gedən proseslərlə bağlı olduğunu diqqətə çatdırdı. Azərbaycanda da kəskin qiymət artımının olduğunu vurğuladı”. Deputatın sözlərinə görə, prezident inflyasiya və qiymət artımlarının təsirlərini azaltmaq üçün müəyyən işlərin görülməsinə dair göstərişlər verib:“Prezident bu yaxınlarda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla da maaş və pensiyaların məbləği artırıldı. Cənab Prezidentin bu sərəncamı çox mühümdür. Çünki artım 700 minə yaxın insanın maaşına təsir edəcək. Hazırda müavinətlərin məbləği də aşağıdır. Beləliklə, sosial müavinətlərlə bağlı Nazirlər Kabinetinə göstəriş verilib. Kənardan çoxlu məhsullar idxal etdiyimiz üçün Azərbaycanda güclü inflyasiya və qiymət artımı var. Əlbəttə, bu səbəbdən maaş və pensiyaların məbləğinin artırılması qiymət artımları ilə adekvat deyil. Ancaq gedişat göstərir ki, 2023-cü ildə inflyasiya, qiymət artımı elə də yüksək olmayacaq. Bunun qarşısı müəyyən mənada alınacaq”. “Qeyd edim ki, süni qiymət artımları da ola bilər. Pensiya və maaşlar artdıqdan sonra möhtəkirlər bundan istifadə etməyə başlayacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi problemin qarşısını almaq üçün ciddi işlər görməlidir. Çünki qiymət artımı olduqda insanlar maaş və pensiyalarına daxil edilən əlavə vəsaiti hiss etmirlər”,- deyə V.Əhmədov vurğulayıb. Bəs, bugünkü şəraitlə əlaqədar olaraq minimum əməkhaqqı nə qədər olmalıdır?. V.Əhmədov suala cavabında deyib: “İnsanların normal yaşayıb, fəaliyyət göstərməsi üçün 500-1000 manat arası vəsait lazımdır. Bu qiymət artımlarının təsirini müəyyən qədər azalda bilər. Müavinət məsələsinə də baxılmalı, imkan daxilində onun məbləği 180 manatdan heç olmasa 280 manata qaldırılmalıdır. Müavinət kifayət qədər vacib məsələdir”.

11-01-2023, 17:24
Erməni deputatdan Paşinyanın yalan söyləməsiylə bağlı ittiham


Erməni deputatdan Paşinyanın yalan söyləməsiylə bağlı ittiham

Ermənistan parlamentinin deputatı, insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan baş nazir Nikol Paşinyanı xalqı aldatmaqda ittiham edib. Deputat dünənki mətbuat konfransı zamanı Paşinyanın itkin düşən hərbçilərlə bağlı yalan danışdığını söyləyib. O bildirib ki, 44 günlük müharibədə itkin düşənlərin - hələ də tapılmayan təxminən 200 hərbçinin axtarışları ötən ilin yanvarından dayanıb. "Paşinyan təəssüf ki, hər şeylə məşğul olduğu barədə rəy yaratmaq istəyir", - erməni deputat şikayətlənib. Qeyd edək ki, Ermənistan baş naziri dünənki mətbuat konfransında itkin düşən hərbçilərlə bağlı suala cavabında axtarışların davam etdirildiyini bildirmişdi.
11-01-2023, 17:21
İranda keçirilən aksiyalarda 520 etirazçı öldürülüb


İranda keçirilən aksiyalarda 520 etirazçı öldürülüb

İranda keçirilən etiraz aksiyalarında 520 nəfər həlak olub. Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir. Məlumata görə, aksiyalarda 19 396 nəfər həbs olunub. Onlardan 4888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunan şəxslərdən 708 nəfəri tələbədir. Ümumilikdə nümayişlərə 144 universitetin tələbələri qoşulub. Bundan əlavə, ölkənin 163 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!