Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                       
26-02-2023, 16:01
Çavuşoğludan Xocalı soyqırımıyla bağlı paylaşım


Çavuşoğludan Xocalı soyqırımıyla bağlı paylaşım

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. O, twitter səhifəsində bu barədə yazıb. "Azərbaycanlı qardaşlarımızın 31 il öncə Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə anırıq. Xocalıda bəşəriyyətə qarşı törədilmiş cinayəti unutmadıq, unutmayacağıq. Can Azərbaycanın kədəri bizim kədərimizdir", - deyə Çavuşoğlu qeyd edib.
26-02-2023, 13:51
"Ermənilər Xocalıda 13 yaşlı türk uşağını divara mıxlamışdılar"


Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır

"Ermənilər Xocalıda 13 yaşlı türk uşağını divara mıxlamışdılar"

Xocalıda soyqırım törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanmışdır: "1992-ci il fevralın 25-dən 26-a keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni separatçıları Xankəndi ilə Əsgəranın arasında yerləşən Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. Müxtəlif çaplı pulemyotlardan, iri çaplı silahlardan atəş açmaqla günahsız insanları öldürdülər, konkret olaraq soyqırım, genosid, eyni zamanda da etnik təmizləmə siyasəti apardılar.

10.000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 3813 dinc əhali qətlə yetirilib. 613 nəfərin meyiti tapılıb-bunlardan 63 uşaq, 106 qadın, 70 qoca. Qalanlardan 1200 nəfəri bataqlıqda boğulub. 2000 nəfəri isə xocalı ətrafında tonqallarda yandırıblar. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itiriblər. Məlumata görə, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlumat yoxdur.

Azərbaycana qarşı ermənilərin apardığı genosid siyasəti Qaradağlı kəndində də öz acı nəticəsini vermişdir. Kənd camaatının demək olar ki, hər on nəfərdən biri həmin genosidin qurbanına çevrilib. İnsanlar diri-diri yandırılıb, güllələnib və girov götürülüb. Onlar insanların gözlərini çıxardıb, günahsız və köməksiz hamilə qadınların bətnindəki uşaqları süngü ilə deşmiş, uşaqların başlarının dərisini soymuşlar. Eyni zamanda girov götürülən insanların orqanlarının transplantasiya olunması kimi böyük cinayətlərə də əl atmışlar. Əslində ermənilər ruslardan istifadə etməklə genosid həyata keçirmişlər. Biz həqiqətləri dünya ictimaiyyətinə çattdırmağa çalışsaq da, bu əksinə baş verir. Fransada qəbul olunmuş söz azadlığını boğmağa yönəlik qərarı xüsusi qeyd etmək istəyirəm. Bu da insanlığa qarşı cinayət törətmiş cinayətkarları demək olar ki, birbaşa dəstəkləməkdir desək, yanılmarıq. Xocalı faciəsinin mahiyyəti, erməni şovinistlərinin, erməni silahlılarının və separatçılarının Azərbaycan əhalisinə qarşı tərətdiyi cinayətlərin və əsl həqiqətlərin ortaya çıxarılmasıdır. Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır. Həm də erməni millətçilərinin azəri türklərinə qarşı apardığı şovinist siyasətin dəhşətli nəticəsidir. Tarixə nəzər salsaq, 1905, 1907, 1918 və 1920-ci illərdən başlayaraq həmin illər ərzində, xüsusilə də 1948-ci ildə kütləvi köçürmələr, 1988-89-cu illərdə, daha sonra Topxana meşəsi, Daşaltı əməliyyatı və digər bunun kimi məsələlər konkret olaraq bir günün addımı deyildi. Bizim tarixçilərimiz tarixdə baş verən faciələr, qətliamlar barədə yazır. Amma bunun fəlsəfəsini bizə açıqlamırlar. Bizim nöqsanımızdan biri də budur. Bunu yaradan səbəblər, mahiyyət və istiqamət barədə səlis və dəqiq məlumat verən yoxdur. Deməli, səbəb və məqsəd nədirsə, bunları aydınlaşdırıb ortaya qoya bilmirik. Bizim tarixçilərimiz də, əlbəttə ki, bu istiqamətdə kifayət qədər işlər görmüşlər. Amma onlar ermənilər tərəfindən törədilən vəhşiliklərin, Xocalı soyqırımının tarixi fəlsəfəsini açıq ortaya qoymamışlar. "Böyük Ermənistan" xülyası ilə torpaqlarımızı işğal edənlərin işğalçı siyasətinin mahiyyətini dərk edib vaxtında anlasaydıq bu cür ağır nəticələrlə üzləşməzdik. Yəni bu gün işğal faktı - soyqırım törədilib. Erməni millətçilərin, erməni separatçılarının, başda Ter Petrosyan, Köçəryan və Sarkisyan olmaqla, Dağlıq Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar, genosid, soyqırım, etniki təmizləmə törədib dinc əhaliyə qarşı odlu silahlardan istifadə ediblər. İnsanlığa yaraşmayan, qəbulolunmaz hərəkətlərə yol veriblər. Bunlar birbaşa həmin hadisələrin təşkilatçıları və həyata keçirənləri olub. Biz bu vandalizm barədə dünya ölkələrinə, dünya birliklərinə, inkişaf etmiş dünya sivilizasiyasına çatdırmalıyıq. Xocalı faciəsi hələ 1980-ci illərdən başlayaraq Ermənistanda erməni milləti tərəfindən azərbaycanlılara qarşı torpaq iddiası və eyni zamanda türklərə qarşı bir aqressiya türklərin öldürülməsi, dinc və əliyalın əhaliyə qarşı güc tətbiq edilməsi ilə başladı. Erməni vandalları Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdüb. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanıb.
Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirmədən dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: "Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mücadilə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". Xocalı faciəsinin nəticələri ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir ki, fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin: "Həmçinin Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynalxalq təşkilatlara müraciət edilməsini qərara aldı.

Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizlənmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə xüsusi incəliklərlə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma, gah canlı və qanlı toqquşmalar şəklini almış, daha da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.. Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yəni bu istiqamətdə dünya ölkələrindəki hansı kı, bu ölkələrdə akrreditasiya olunmuş səfirliklər vasitəsilə faciənin canlı film, disk, xüsusi nəşr olunmuş kitablar vasitəsilə xarici dövlətlərdə müxtəlif dillərdə yayımlamışlar. Son dövrlər göstərir ki, aparıcı dünya dövlətlərinin Azərbaycana qarşı mövqeyi əvvəlkilərə nisbətən tam dəyişib. Bu o deməkdir ki, Azərbaycan dövlətinin diplomatiyasının uğurlu nəticəsi öz bəhrəsini verməkdədir". Ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını misli ilə aldı, torpaqlarımız işğaldan azad olundu. İndi Şəhidlərimizin ruhu şaddır. Allah Rəhmət eləsin!

Subut Mehdiyev
26-02-2023, 11:13
Xocalı soyqırımı


Xocalı soyqırımı

Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir,
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq,
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir,
Xocalı müsibəti!

Hikmət ziya.
Azərbaycan torpağı öz zənginliyinə, mövqeyinə görə düşmənlərin məkrli planlarıyla üzləşib. Torpaqlar itirib, soyqırımlar, faciələr yaşayıb. O faciələrdə ailələr məhv olub, uşaqlar anasız, atasız, köksüz, ailəsiz qalıblar. Ana qucağından, ata sevgisindən məhrum qalaraq böyüyüblər. O qanlı, yaddaşdan silinməz günlərdən biri də fevralın 26-sı baş verən soyqırımı idi, Xocalı soyqırımı...
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımında azı 3813 din əhali qətlə yetirilib. Onlardan 63 uşaq,106 qadın,70 qoca və qarı olmaqla, 613 nəfərinin meyiti tapılıb. Qalanlarından 1200 nəfəri bataqlıqda boğublar, 2000 nəfəri isə xocalı ətrafındatonqallarda yandırıblar. Onların yalnız ömürləri yox, arzuları, istəkləri, xəyalları da yarımçıq qaldı...
Neçə-neçə ailə tamamilə məhv edildi ki, bu da “soyqırımı”ifadəsinin açıq şəkildə nümunəsidir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirməklə, valideyn şəfqətinə və sevgisinə ac böyüyüblər. Bəlli olan məlumatlara görə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlum deyil.
Həmin soyqırımda hərbi jurnalist Çingiz Mustafayev Xocalı həqiqətlərini lentə almış və bütün dünyaya çatdırmağa vasitə olmuşdu. Bu gün Azərbaycan xalqı onu böyük ehtiramla yad edir.
Bu gün hər bir azərbaycanlı bu qanlı günü yada salaraq yaralarının bir də qanamasına icazə verirlər, icazə verirlər ki, gələcək nəsil bu günü unutmasın, unutdurmasın!

Lamiyə CƏNNƏTZADƏ
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
26-02-2023, 09:32
Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü biruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, Dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı. Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan elan etdi.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Ramil Həsən və başqaları çıxış etdilər, təkliflərini səsləndirdilər.
Görüş barədə daha ətraflı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında, Qərbi Azərbaycan üzrə xüsusi müxbirimiz Tehran Bəhruzun geniş reportajından məlumat ala bilərsiniz.
26-02-2023, 06:54
“Sonuncu” Qəhrəman


“Sonuncu” Qəhrəman

(Oleq Babak - Qubadlıda şəhid olan savaşçı Ukrain)

1990-cı ilin qanlı 20 yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən planlaşdırdığı ssenari üzrə Azərbaycanda vəziyyətə tam nəzarət etmək, xalqın imperiya əleyhinə getdikcə artan mübarizəsinin qarşısını almaq, hadisələri öz mənafeyinə uyğun məcraya yönəltmək məqsədilə yanvarın 15-də Ermənistan və dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlı rayonunda da fövqəladə vəziyyət elan etdi. Şuşa və Xankənddə yerləşən 21-ci briqadanın bir batalyonu yanvarın 17-də Qubadlıya daxil oldu və komendatura idarəsi qurdu. Yerli əhalinin, rayon rəhbərliyinin tələbi ilə bir bölük əsgər və zabit heyəti tez-tez erməni terror dəstələrinin hücumlarına məruz qalan ərazidə - Qafan-Gorus yolu ilə sərhəddinə yaxın Yuxarı Cibikli kəndində yerləşdirildi. Bir neçə il idi bu sərhəd, dağ kəndlərində terror, təxribatlar ara vermirdi, məqsəd hərəsində 20-30 ailə yaşayan kəndlərin sakinlərini qorxudub yer-yurdundan qaçırmaq, əhəmiyyətli yüksəkliklərə sahib olmaq idi. Murdar xislətli qonşular Eyvazlı kəndini tamam yağmalayıb yandırmış, Şahverdilər, Novlu, Seytasın 3 ağsaqqalını qətlə yetirmiş, bir neçə nəfəri də əsir aparmışdılar. O vaxtlar hər iki tərəfdən bu kimi hadisələr tez-tez təkrar olurdu, əsir, girov tutub ölü, diri insanlarla dəyişmək adi hal idi.

1991-cı il, 7 aprel. Cibikli kəndinin iki gənci – 20 yaşlı Şahin İlyas (meşəbəyi) oğlu və dayısı Qulamın oğlu Qəribi ermənilər çoxdan izləyirdi, bu qeyrətli gənclər dəfələrlə ermənilərdən qisas almış, hər addımına bələd olduqları ərazidə sərbəst gediş-gəlişə həsrət qoymuşdular. Nəhayət, meşədə saqqallı ermənilər onları qəfildən yaxalayır, ov tüfəngi ilə bir neçə ermənini gəbərdən Şahini vəhşiliklə öldürüb, Qəribi də ağır yaralayıb girov götürürlər. Avtomat səslərindən faciə baş verdiyini anlayıb meşəyə tərəf axışan kənd camaatını qaniçən terrorçular atəşlə qarşılayır, atışma başlanır, cəmi bir neçə ov tüfəngi ilə silahlanan kişilərin bir neçəsi öldürülür, kəndin sahə müvəkkili Əbdülqadir, yaxın günlərdə toyu olası Şahin də aralarında olmaqla bir neçə nəfər də yaralanır. Mühasirə halqası daralan, sonuncu güllələrini atan kənd sakinlərinin harayına leytenant Oleq Babak və iki rus əsgəri yetişir, özlərinə etibarlı mövqe seçib avtomatla erməniləri dənləməyə başlayırlar. Oleq Babak ermənilərə aman vermədən atışır, iki serjantına – Aleksey Loqinov və Aleksey Boçkova mühasirədəki yaralıları çıxarmağı tapşırır, onlardakı patron daraqlarını da götürür, bir neçə yara alsa da, son gülləsinə qədər vuruşur, geri çəkilmir. Kənd sakinlərinin, yaralıların artıq təhlükəsiz yerə çıxarıldığını görür. Güllələrin bitdiyini görən Oleq özünə sipər seçdiyi səngərdən qalxıb: - mən sovet zabitiyəm, atəşi dayandırın!-deməsi ilə güllə yağışına tutulması bir olur.

Murdar düşmən atışma meydanında qalan 24 cəmdəyini, 7 yaralını, Oleqin və kəndin bir neçə sakininin qan içində meyidini götürüb zirehli maşına qoyub aparırlar. Rayon mərkəzindən köməyə gələn milis və rus hərbçiləri meşə yolları ilə bu ucqar dağ kəndinə gəlib çatanda ağır döyüşün izlərinə baxıb, şahidlərin danışdıqlarını dinləyib Oleqin igidliyindən heyrətə gəlirlər. Şahidlər danışırdı ki, erməni silahlılarından biri Oleq Babakla hərbi məktəbdə bir yerdə oxumuşdular, döyüş əsnasında onu tanıyıb bir neçə dəfə silahı yerə qoymağa, müsəlman türklərdən ötrü din qardaşlarının qanını axıtmamağa çağırsa da, o zabit şərəfini son nəfəsinədək yerinə yetirib 10-dan çox günahsız insanın həyatını da xilas etmişdi. Güllə keçirməyən gödəkçəsi deşik-deşik olmuşdu. Oleqin fövqəladə rejim şəraitində xidmətini başa vurmağa cəmi bir ay qalmışdı, mayda başqa regionda xidmətini davam etdirəcəkdi.
Oleq Yuxarı Cibikli postuna gələn günlərdən dağ kəndinin qonaqsevər camaatı ilə tez bir zamanda qaynayıb qarışmışdı. Kənddə uşaq-böyük hamı onu Babək deyə çağırırdı, səylə Azərbaycan dilini öyrənirdi, yerli sakinlərlə, xüsusən uşaqlarla Azərbaycan dilində danışmaqdan sövq alırdı. Özünü komandir kimi yox, əsl əsgər kimi aparırdı. Vətənə qayıdan kimi toyu olasıydı, ailənin Yakov Andreyeviç və Nadejda İvanovnanın yeganə övladı, sevimlisi idi, üstəlik vətənində yolunu gözləyən var idi. 24 yaşlı bu yaraşıqlı, gözəl simalı gənc zabiti mən də görmüş, həmsöhbət olmuşdum, “salamaleykum” sözünü məxsusi şirin təbəssümlə deyirdi.
[center]

Milliyətcə osetin olan rus hərbi kontigentinin komandiri podpolkovnik Zavqayev sevimli zabitinin intiqamını erməni saqqallılarından layiqincə almışdı. Onun ciddi səyi ilə Oleqin nəşi ermənilərdən alınıb Qubadlıya gətirildi, cansız cismi rayon sakinlərinin ehtiramlı vida mərasimi ilə hərbi hissənin həyətindən vertolyotla Bakıya, oradan Kiyevə yola salındı. Qubadlı rayon rəhbərliyi çox böyük hörmət-izzətlə, qədirbilənliklə Oleq Babaka Qubadlıda təzə açılan mərmər sexində üzərinə surəti nəqş olunmuş qəbirüstü sinə, başdaşı düzəltdirdi, məxsusi nümayəndələrlə Bakıdan qatarla Ukraynaya - doğulduğu kəndə göndərildi. İllərdir ki, Oleqin Poltava torpağındakı qəbirüstü abidəsi Qubadlının, Azərbaycanın bir parşası, əmanəti, nişanəsi kimi qalır.
Rayon və respublika rəhbərliyinin təqdimatı, hərbi hissə komandanlığının raportu, camaatın Moskvaya vurduqları teleqramlar nəzərə alındı. “Hərbi vəzifəni yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə” SSRİ Prezidentinin 17 sentyabr 1991-ci il tarixli Fərmanı ilə leytenant Oleq Yakovleviç Babaka Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son Qəhrəmanı oldu. Oleqin təltif edildiyi “Sovet İttifaqı Qəhrəmanı” ulduzu ilə yanaşı, Daxili Qoşunlar günündə layiq görüldüyü “Müqəddəs Stanislav” ordeni, xüsusi təyinatlıların şərəf və şücaət simvolu olan tünd qırmızı beret taxmaq hüququ verən sertifikatlar valideynləriə təqdim edildi.
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1974-cü ildən 1982-ci ilə kimi 8 il Viktoriya kənd məktəbində oxuyub, sonra isə qonşu Teplovsk kəndində orta məktəbi bitirib. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Kollecinə daxil olub. 1989-cu ildən SSRİ Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında 11-ci bölüyün siyasi hissə üzrə komandir müavini vəzifəsində xidmət edib, Qarabağa ezam olunub. Adına doğma vətənində küçə, məktəb var. Sözsüz ki, canını fəda etdiyi, uğrunda şəhid olduğu Qubadlıda da Oleqin xatirəsi əbədiləşəcək, həm də bu ağır günlərin sınağından çıxan Ukrayna və Azərbaycan xalqlarının dostluğunun rəmzi ifadəsi olan abidəsi ucaldılacaq.

44 gün Vətən müharibəsində, ondan əvvəl və sonra Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olub, xüsusən informasiya savaşında ukrain bloqqerlər ermənilərin saxta məlumatlarının ifşası, haqq, ədalətin bərpası uğrunda savaşımızın mahiyyətinin Avropada yayılmasında olduqca xeyirli fəaliyyət göstəriblər. Rusiyanın Ukraynaya qarşı bütün əxlaq, insanlıq, hüquq normalarını heçə sayan bədnam təcavüzünün davam etdiyi bu ağır günlərdə Oleq Babakı yetişdirən dost, qəhrəman ukrain xalqına Uca Yaradandan yardımçı olmağı arzulayıram. Bəşər tarixinin üz qarası olan bu insanlıqdan uzaq, vəhşi, məkrli düşüncənin, şərəfsiz hərbi-siyasi aqressiyada yaşamını itirənlərə rəhmət, yaralılara şəfa, bu qara günlərin tezliklə bitməsini diləyirəm.
Sözardı: Rusiyanın Ukraynaya açdığı savaşın ilk günlərindən bir neçə dəfə Oleq Babakın atası Yakov, anası Nadejda Babakla, vəfalı uşaqlıq dostu, igid vətənsevər zabit Oleq Sulima ilə əlaqə qurub mənəvi dəstəyimizi ifadə etdik, problemlərinin həllinə yardımçı olmağa çalışdıq, Bakıya dəvət etdik, əgər istərlərsə, Qubadlıya səfərlərinin reallaşmasına yardımçı olacağımızı söylədik, ancaq hələlik səhhətlərinin buna imkan vermədiyini bildirdilər, Oleqin valideynləri Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Fəqan oğlu Salmanovun onlara göstərdiyi şəxsi diqqət, qayğısını dilə gətirib ən xoş sözlərlə razılıqlarını bildirdilər.
Təəssüf ki, Azərbaycanda şəhid ailələri üçün müəyyən edilən maddi imtiyazların Oleqin ahıl yaşlı valideynlərinə şamil edilməsi barədə səylərimiz hələlik nəticəsiz qalıb.
Ukrain xalqının igid oğlu Oleq Babakın xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, Qubadlı rayonu
26-02-2023, 00:13
Almaniyada Ukraynayla yardımla bağlı etiraz aksiyası keçirilib


Almaniyada Ukraynayla yardımla bağlı etiraz aksiyası keçirilib

Almaniyada hökumətin Ukraynaya silah göndərməsinə qarşı etiraz akasiyası keçirilib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Aksiyada 10 minə yaxın insan iştirak edib. Etiraz aksiyası Almaniyanın solçu "Die Linke" partiyasının üzvü Sahra Vaqenknext tərəfindən təşkil edilib. İştirakçılar kansler Olaf Şoltsu Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. Onlar silah yardımının ölkəni 3-cü dünya müharibəsinə yaxınlaşdırdığını bildiriblər.
26-02-2023, 00:08
Zelenski Rusiyanın ələ keçirdikləri məntəqələrlə bağlı məlumat verib


Zelenski Rusiyanın ələ keçirdikləri məntəqələrlə bağlı məlumat verib

Fevralın 25-nə olan məlumata görə, Rusiya qoşunları Ukraynanın 1877 yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Onun sözlərinə görə, ruslar hər dəqiqə Ukraynada işğal olunmuş şəhər və kəndlərin sayını artırmağa çalışırlar. "Biz Ukrayna torpağında sizin hamınızın təsəvvür edə bilməyəcəyi bir şey uğrunda döyüşürük, dostlar. Bu elementar təhlükəsizlikdir", - deyə Zelenski bildirib.
26-02-2023, 00:05
İlham Əliyev Xocalı soyqırımıyla bağlı paylaşım edib


İlham Əliyev Xocalı soyqırımıyla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib. Paylaşımda “Xocalıya Ədalət!” sözləri yer alıb.

26-02-2023, 00:02
Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm - Bayden


Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm - Bayden

Hazırda Çinin Rusiyaya hərbi yardım etdiyini göstərən heç bir əlamət yoxdur. Bunu ABŞ prezidenti Co Bayden ABC-yə müsahibəsində deyib. Bayden bildirib ki, o, Pekindən gələcəkdə belə addımlar gözləmir: "Mən gözləmirəm, Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm". ABŞ Prezidenti ötən ilin yayında Çin lideri Si Cinpinlə görüşdə bu mövzudan və mümkün iqtisadi nəticələrdən danışdığını, ABŞ-ın bu işə biganə qalmayacağını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!