20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-02-2023, 23:39
Bu dəfə uğur qazanacağam - Conson


Bu dəfə uğur qazanacağam - Conson

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə "Sky News" Consonun açıqlamasına istinadən məlumat yayıb. "Demək istəyirəm ki, belə bir planın olduğunu hamıya bildirməliyəm və belə bir namizədi heç kim unutmasın. Düşünürəm ki, bu dəfə uğur qazanacağam", - Britaniyanın keçmiş baş naziri deyib. O əlavə edib ki, harada, hansı vəzifədə olmasından asılı olmayaraq, Ukraynanı dəstəkləyəcək.
23-02-2023, 23:36
Ukrayna Çinə görüş üçün müraciət göndərib


Ukrayna Çinə görüş üçün müraciət göndərib

Ukrayna tərəfi Çinə görüş üçün müraciət göndərib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İspaniya baş naziri Pedro Sançez ilə birgə mətbuat konfransı zamanı məlumat verib. Onun sözlərinə görə, görüş Ukraynanın maraqlarına uyğundur. Zelenski Çinin Ukrayna üçün təklif etdiyi sülh planını hələ görmədiyini, lakin bundan xəbərdar olduğunu bildirib. "Çinin artıq bu barədə danışması ilk addımdır, bu, çox yaxşıdır", - Ukrayna prezidenti deyib. Qeyd edək ki, ötən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici siyasətə cavabdeh olan Van Yi Pekinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh planı hazırladığını açıqlayıb.
23-02-2023, 23:26
Zelenski misirli həmkarıyla danışdı


Zelenski misirli həmkarıyla danışdı

Ukrayna prezidenti Volodimir Zelenski misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. "Biz ərzaq təhlükəsizliyinin artırılması və Taxıl Təşəbbüsünün davam etdirilməsinin vacibliyindən danışdıq. Biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq etdik", - o qeyd edib.
23-02-2023, 21:55
Paşinyan Putinlə telefonda danışdı


Paşinyan Putinlə telefonda danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Tərəflər üçtərəfli bəyanatların icrası, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinə də toxunublar.
23-02-2023, 21:52
G7 ölkələri Ukraynaya 39 milyard dollar maliyyə yardımı edəcək


G7 ölkələri Ukraynaya 39 milyard dollar maliyyə yardımı edəcək

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ın daxil olduğu G7 ölkələri Ukraynaya 39 milyard dollar maliyyə yardımı göndərmək niyyətindədir. Bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Hindistanın Banqalor şəhərində G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra qəbul edilib. “Bu dəstək Ukraynaya inam verəcək və hakimiyyət orqanlarına dövlətin fəaliyyətinə zəmanət verməyə, əsas xidmətlərin göstərilməsini davam etdirməyə, kritik infrastrukturu bərpa etməyə və iqtisadiyyatı sabitləşdirməyə imkan verəcək", - açıqlamada deyilir. Bəyanatda təşkilat ölkələrindən Ukraynaya silahların tədarükü, Ukrayna hərbçilərinin təlimi və humanitar yardımlar qeyd olunur.
23-02-2023, 20:20
Mirzoyan Suriya prezidenti ilə görüşüb


Mirzoyan Suriya prezidenti ilə görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Dəməşq şəhərində Suriya Prezidenti Bəşər Əsədlə görüş keçirib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında münasibətlər, Suriyada dağıdıcı zəlzələnin fəsadları və digər maraq doğurur məqamlar müzakirə olunub.
23-02-2023, 20:18
İranda helikopter qəzası - Ölənlər var


İranda helikopter qəzası - Ölənlər var

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopterin Baft şəhəri yaxınlığında eniş edərkən qəzaya uğraması nəticəsində ölüm faktı qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya çatdırılan sərnişinlərdən biri - nazirin müşaviri ölüb. Yaralıların sayının 12 nəfər olduğu bildirilib.
23-02-2023, 20:11
Xocalı soyqırımı 16 dövlət tərəfindən tanınır


Xocalı soyqırımı 16 dövlət tərəfindən tanınır

Xocalı soyqırımı Azərbaycan müstəqilliyə doğru ilk addımlar atdığı zaman baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atılır: "Biz bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Bu ölkələr Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala və Latviyadır. Həmçinin ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanıyıb".
23-02-2023, 20:07
Vardanyan vəzifəsindən uzaqlaşdırıldı


Vardanyan vəzifəsindən uzaqlaşdırıldı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb. Bu barədə separatçıların "rəhbəri" Arayik Harutyunyan "qərar" verib. Bildirilib ki, onun yerinə Qurgen Nersisyan gətirilib. Bundan əvvəl Ermənistanın "Hraparak" qəzeti yazmışdı ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək. "Past" nəşri isə bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib. Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.
23-02-2023, 20:04
Regional mədəniyyət idarələrinin yaradılmasıyla bağlı sərəncam imzalandı


Regional mədəniyyət idarələrinin yaradılmasıyla bağlı sərəncam imzalandı

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, aşağıdakı regional mədəniyyət idarələri yaradılıb:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!