Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
5-02-2023, 20:19
Ceyhun Bayramov türkiyəli həmkarını təbrik etdi


Ceyhun Bayramov türkiyəli həmkarını təbrik etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN başçısı özünün "Twitter" hesabında bildirib. "Bu gün qardaş Türkiyə Respublikasının xarici işlər naziri, dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - C. Bayramov qeyd edib.
5-02-2023, 20:17
Avropa İttifaqı Gürcüstana sanksiyalarla bağlı xəbərdarlıq etdi


Avropa İttifaqı Gürcüstana sanksiyalarla bağlı xəbərdarlıq etdi

Avropa İttifaqının (Aİ) xarici əlaqələr xidmətinin sözçüsü Peter Stano Rusiya ilə uçuşları bərpa etmək istəyən Gürcüstana sanksiyalarla bağlı xəbərdarlıq edib. O, Tbilisini Aİ tərəfindən Rusiyanın aviasiya sahəsinə tətbiq edilən sanksiyalara əməl etməyə çağırıb. Stano qeyd edib ki, Aİ-nin sanksiya rejimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yayınmağı dəstəkləyənlərə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur. Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Gürcüstanla hava əlaqələrinin tezliklə bərpasına ümid edir. Hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Lavrovun təklifini dəstəkləyib, lakin Gürcüstan prezidenti Salome Zurabişvili Moskva ilə uçuşların bərpasını müsbət qarşılamadığını söyləyib.

5-02-2023, 20:14
Ceyhun Bayramov səfirliyə hücum zamanı xəsarət alanları ziyarət etdi


Ceyhun Bayramov səfirliyə hücum zamanı xəsarət alanları ziyarət etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi twitter səhifəsində məlumat yayıb. Bildirilib ki, nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib. "Bu gün xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2023-cü il tarixində İrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb", - paylaşımda deyilir.


5-02-2023, 20:00
Buçadakı qırğın Rusiya ilə Ukrayna arasındakı danışıqları dayandırdı - Bennet


Buçadakı qırğın Rusiya ilə Ukrayna arasındakı danışıqları dayandırdı - Bennet

İsrailin sabiq baş naziri Naftali Bennet Rusiya və Ukrayna arasında danışıqların dayanmasını şərh edib. Bennet əsas səbəbin Buçadakı qırğının olduğunu bildirib. "Kiyev və Moskva ciddi güzəştlərə getməyə razı idilər. Ukrayna prezidenti məndən vasitəçi olmağı xahiş etmişdi. Amma Buçadakı qırğından sonra danışıqlar mənasızlaşdı. Qətliam danışıqların mənasını itirdi", - deyə keçmiş hökumət başçısı söyləyib. O, danışıqların yarımçıq qalmasına görə Qərb ölkələrini günahlandırıb. Qeyd edək ki, bir müddət Rusiyanın işğalı altına düşən Buça şəhərində kütləvi qırğının törədilməsi ilə bağlı işğaldan azad edildikdən sonra xeyli faktlar aşkar edilmişdi.
5-02-2023, 19:55
Ukrayna hərbiçiləri təlim məqsədiylə Avropaya göndərildi


Ukrayna hərbiçiləri təlim məqsədiylə Avropaya göndərildi

Ukraynanın zenit-raket qüvvələrinin ilk bölmələri Fransa və İtaliya tərəfindən Ukraynaya təhvil veriləcək SAMP/T hava hücumundan müdafiə sistemləri ilə işləmək üzrə təlimlər üçün Avropaya göndərilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib. Təlimlər nəticəsində ukraynalı hərbçilərin hava hücumundan müdafiə sistemləri ilə peşəkar şəkildə işləmək bacarıqlarına tam yiyələnəcəyi bildirilib. Lakin bu təlimlərin hansı müddətdə davam edəcəyi barədə informasiya verilməyib.
5-02-2023, 19:51
Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin miqdarını qeyd etdi


Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin miqdarını qeyd etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin məbləğini açıqlayıb. Zelenski bu barədə "Telegram" kanalında yazıb. "UNITED24" fandreyzinq platforması 9 aydır fəaliyyət göstərir. Ukraynaya dəstək üçün ümumilikdə 278 milyon 890 min dollar toplanıb. "Light Up Ukraine" proqramı çərçivəsində alınmış 150-yə yaxın generator artıq tibb müəssisələrinə çatdırılıb. Yanvar ayında enerji obyektlərində düşmənin dronlarına qarşı mübarizə aparmaq üçün altı "Shahed Hunter" sistemi yerləşdirilib. "UNITED24" həmçinin “Rebuild Ukraine” istiqamətini təqdim edib. Ukraynaya kömək edən və dəstəkləyən hər kəsə təşəkkür edirəm!", - deyə prezident qeyd edib.
5-02-2023, 19:46
İranın sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir - Borrel


İranın sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir - Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İranla nüvə razılaşması barədə danışıb. Borrel bu haqda "El Pais" nəşrinə müsahibəsində söz açıb. Onun fikrincə, İran tərəfinin bir sıra mövzularda sərgilədiyi mövqe nüvə razılaşmasını çətinləşdirir. Aİ rəsmisi bildirib ki, insan hüquqları ilə bağlı vəziyyət, xüsusən qadın haqları məsələsi, eləcə də Rusiyanın Ukrayna müharibəsində silahlar verməklə dəstəklənməsi İranla müzakirələrin dayandırılmasına səbəb olub.
5-02-2023, 19:44
Aİ-yə üzv dövlətlər müharibədə iştirak üçün hərbi yardım göstərmir - Borrel


Aİ-yə üzv dövlətlər müharibədə iştirak üçün hərbi yardım göstərmir - Borrel

Avropa İttifaqının (Aİ) xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel "El Pais" qəzetinə müsahibə verib. O, müsahibə zamanı Aİ ölkələrinin Ukraynadakı münaqişəyə cəlb olunması barədə fikirlərə münasibət bildirib. "Aİ-yə üzv dövlətlər müharibədə iştirak etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını heç vaxt nəzərdən keçirməyib", - deyə Borrel bildirib. Onun sözlərinə görə, bunun nə vaxtsa, nəzərdən keçiriləcəyi və məsələyə yenidən baxılacağı hazırda gündəlikdə yoxdur.
5-02-2023, 19:37
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
5-02-2023, 19:34
ABŞ-ın hava şarını vurması həddi keçməkdir - Çin


ABŞ-ın hava şarını vurması həddi keçməkdir - Çin

Çinin Müdafiə Nazirliyi ölkəyə məxsus hava şarının ABŞ səmasında vurulmasına münasibət bildirib. Çin MN ABŞ-ın bu addımını pisləyib. "Belə vəziyyət təkrarlanarsa, biz də lazımi addımları atacağıq. ABŞ tərəfinin hava şarını vurması həddi keçməkdir", - deyə bildirilib. Xatırladaq ki, Çinə məxsus hava şarı ABŞ-ın hava sərhədlərini pozaraq ölkənin hərbi obyektləri üzərində məlumat toplamağa çalışıb və rəsmi Vaşinqton şarı vurmaq barədə qərar qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!