20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
19-02-2023, 22:52
Kahramanmaraş bölgəsində dağ iki hissəyə bölünüb


Kahramanmaraş bölgəsində dağ iki hissəyə bölünüb

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində dağ iki hissəyə bölünüb. Yeraltı təkanlar "Maral qayası" kimi tanınan Ağtəpədəki dağı parçalayıb. Vətəndaşlar gördükləri mənzərəni lentə alaraq, sosial şəbəkələrdə paylaşıblar.
19-02-2023, 22:49
Blinken türkiyəli həmkarı ilə zəlzələ bölgəsinə ziyarət edib


Blinken türkiyəli həmkarı ilə zəlzələ bölgəsinə ziyarət edib

ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə zəlzələnin təsir etdiyi Hatay vilayətinə gedib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Çavuşoğlu Adanadakı “İncirlik” bazasına gələn amerikalı həmkarı ilə görüşüb və birgə helikopterlə Hatay şəhərinə gediblər. Onlar şəhərdəki dağıntıları helikopterdən izləyiblər.
19-02-2023, 22:46
ABŞ əks hücumla bağlı Ukraynaya təyqiz göstərir


ABŞ əks hücumla bağlı Ukraynaya təyqiz göstərir

ABŞ Ukraynaya Rusiyaya qarşı əks-hücum əməliyyatına hazırlaşmağı tövsiyə edir. Bu barədə "Politico" nəşri yazıb. ABŞ rəsmiləri hesab edirlər ki, Ukraynanın müdafiəsi kritik mərhələyə çatmaq üzrədir. Bayden administrasiyası təcili olaraq Ukraynaya öz nailiyyətlərini möhkəmləndirmək və əks-hücum həyata keçirmək üçün təzyiq göstərir. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden sabah Polşaya yola düşəcək. Burada Ukrayna ilə bağlı çıxış edəcək.
19-02-2023, 22:43
Azərbaycan Türkiyəyə növbəti humanitar yardım göndərdi


Azərbaycan Türkiyəyə növbəti humanitar yardım göndərdi

Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Twitter" hesabında yazıb. Səfir qeyd edib ki, Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet Kahramanmaraşa çatıb.
19-02-2023, 22:41
Polşa prezidenti Ukraynanın qalib gələcəyinə inandığını bildirdi


Polşa prezidenti Ukraynanın qalib gələcəyinə inandığını bildirdi

"İnanıram ki, biz hamımız bu çətin vaxtlarda dözəcəyik və sonda Ukrayna Rusiyanı məğlub edəcək". Bunu Polşanın prezidenti Anjey Duda Münhen Təhlükəsizlik Konfransında bəyan edib. "Polşa və Ukrayna xalqları arasında münasibətlər indi son əsrlər kontekstində ən yaxın münasibətlərdir", - deyə o əlavə edib.
19-02-2023, 22:38
Rəsmi Çin ABŞ-a meydan oxudu


Rəsmi Çin ABŞ-a meydan oxudu

"Rəsmi Pekin ABŞ-ın Çin-Rusiya münasibətlərini təhdid etmək cəhdlərini heç vaxt qəbul etməyəcək". Bunu Münhendə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi deyib. “Biz heç vaxt ABŞ-ın Rusiya-Çin münasibətlərinə təzyiq göstərmək cəhdlərini və hətta hədələrini qəbul etməyəcəyik”, - deyə o əlavə edib. Qeyd edək ki, V.Yi də Münhen Təhlükəsizlik Konfransına dəvətlilər siyahısında olub.
19-02-2023, 22:32
İmperialist güc kimi çıxış edən Rusiyadır - Borrel


İmperialist güc kimi çıxış edən Rusiyadır - Borrel

"Qlobal Cənub"u Rusiyanın bir imperiya kimi fəaliyyət göstərdiyinə inandırmaq lazımdır. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib. O bildirib ki, Avropa İttifaqı Rusiyanın təbliğatına qarşı çıxmaq üçün “qlobal cənub” ölkələrinin etimadını bərpa etməlidir. Borrelin sözlərinə görə, Aİ cənubu inandırmalıdır ki, imperialist güc kimi çıxış edən Qərb deyil, Rusiyadır. “Mən dünyanı, xüsusən də qlobal cənuba səyahət edirəm və çoxlu ikili standartlar ittihamları ilə Ukraynadakı müharibəni Qərb və Rusiya arasında münaqişəyə çevirmək istəyən Moskva hekayəsinin nə qədər güclü olduğunu görürəm”, - deyə Borrel əlavə edib. Qeyd edək ki, "Qlobal Cənub" kimi adətən Latın Amerikası, Afrika, Asiya və Okeaniya ölkələri adlandırılır.
19-02-2023, 20:33
ALFONS DODE: “SON DƏRS”


ANA DİLİ

Ayla Təbrizli məşhur fransız romançısı, dramaturqu və çoxsaylı hekayələr müəllifi Alfons Dodenin (1840-1897) “Son dərs” adlı hekayəsini Azərbaycan dilinə tərcümə edib. Əski Azərbaycan əlifbasında (Azərbaycan dilində ərəb qrafikası ilə) yazılmış həmin hekayənin mətnini latın əlifbasına çevirib, onu dostlarımın və əziz oxucularımın diqqətinə təqdim edirəm. Qeyd etməliyəm ki, Ayla Təbrizli hekayəni həm ixtisarla və həm də bugünkü Cənubi Azərbaycanın milli-mədəni mühitinə uyğun bir tərzdə tərcümə edib.
Bu hekayənin məzmunu diqqətimi çox cəlb etdi və mənə Azərbaycan tarixində yaxın keçmişdə baş vermiş bir hadisəni xatırlatdı və onunla Alfons Dudenin “Son dərs” adlı hekayəsi arasında olan oxşarlığı və tale birliyini gördüyümdən tariximizdə baş vermiş həmin hadisə barədə qısa arayışı da dostlarıma və oxucularıma öncə təqdim etmək istədim ki, ana dilinin insanların milli kimliyinin və mənliyinin, milli varlığının və milli şüurunun formalaşmasında oynadığı rolu və gərəkliliyi daha aydın göstərə bilim:
“1945-ci il dekabrın 12-dən 1946-cı il dekabrın 12-nə kimi İranda Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış və fəaliyət göstərmiş Azərbaycan Milli Hökməti (AMH) tərəfindən bu milli rayonda maarif və mədəniyyət sahəsində bir sıra demokratik islahatlar həyata keçirildi: hər şeydən əvvəl AMH-in 1946-cı il 6 yanvar tarixli qərarına əsasən Azərbaycan dili bu əyalətin rəsmi dili elan edildi və bu dildə 3800 savadsızlığı ləğvetmə krsu açıldı, kədlərdə 3000-dən yuxarı, şəhərlərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı, xalqtəsərrüfatının müxtəlif sahələri üçün kadrlar hazırlayan kurslar və texnikumlar təşkil edildi. Təbrizdə Universitet yaradıldı. Azərbaycan dilində 50-yə qədər müxtəlif adda qəzet və jurnallar, dərsliklər, bədii ədəbiyyat əsərləri nəşr edilməyə başladı, kinoteatrlar tikildi, radiostansiya və radio komitəsi yaradıldı, Milli qəhrəmanlara – Səttarxana və Bağırxana heykəllər ucaldıldı. AMH 64 milyon tümənlik büdcədən 15,6 faizini təkcə Azərbaycan maarifinin inkişafı üçün ayırdı. Azərbaycan milli-demokratik hərəkatının yatırılmasından sonra maarif və mədəniyyət sahəsində qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilmiş bütün qərar və qanunlar ləğv edildi, yenidən və çox sərt qaydada Azəbaycan dilindən istifadə dairəsi məhdudlaşdırıldı, ana dilində çıxmış kitablar yandırıldı, Təbriz Universiteti və teatrı bağlandı, milli dildə radio verilişləri və film nümayişi qadağan edildi. Fars dilini rəsmi dil və hətta ünsiyyət vasitəsi kimi yaymaq siyasətinə yenidən başlanıldı”.

Səməd Bayramzadə.

ALFONS DODE: “SON DƏRS”

O gün mədrəsəyə yubanmışdım. Ona görə qorxurdum, müəllimin qəzəbinə gələm, xüsusilə də dil bilgisi dərsini soruşacaqdı. Mən də bir kəlmə bu dərsdən öyrənə bilməmişdim. Könlümdən keçdi, dərsi, mədrəsəni kənara qoyub baş götürüb bağ-bağata gedəm. Hava xoş idi. Quşlar meşədə oxurdular. Bu gözəlliklər mənim fikrimi dərsdən çox məşğul eləmişdi. Amma bu fikirlərin qabağında dayanıb mədrəsənin yolunu tutdum. Kəndxudanın evinin yanından keçəndə camaatı gördüm ki, orda dayanıb bir elanı oxuyurdular. İki il olardı ki, kənddə hər nə kədərli xəbər gəlirdi burdan yayılırdı. Ona görə orda dayanmadım, öz-özümə dedim, “görəsən, yenə nə yuxu görüblər bizlərə?”
Yolumu tutub əcələ ilə özümü mədrəsəyə yetirdim. Məmuli( adi) günlər dərsin başlanğıcında elə qışqır-bağır salardılar ki, hay-küyləri küçəni götürərdi, uca səs ilə dərsi təkrar eləyib hay salardılar. Müəllim də əlində olan hər zamankı zopayla mizə vurub deyərdi: “səssiz olun”. O gün də bu fikirlə gözləyirdim, şagirdlərin hay-küyü içində dərs otağına girib kimsə mənim yubanmağımı bilmədən gedib yerimdə oturam. Amma mənim fikirlərimin əksinə, o gün elə bir səssizlik vardı ki, elə bil şagirdlərin heç biri mədrəsədə deyil. Pəncərədən dərs otağına baxdım, şagirdlər öz yerlərində oturmuşdular, müəllim də əlindəki qorxunc zopayla dərs otağında dolanırdı. Gərək qapını açıb o ağır sükut içində içəri girəydim. Bəllidir ki, bu işdən nə qədər qorxub və utanırdım, amma başqa bir yol yox idi, çarəsiz dərs otağına daxil oldum, amma müəllim məhəbbətli bir baxışla mənə baxıb, mehribanlıqla dedi:
“Tez ol, yerində otur. Az qalırdı, dərsi sənsiz başlayaq”. Tez yerimdə oturdum, bir az keçəndən sonrakı qorxum azaldı və rahatladım. Təzə bildim ki, müəllim hər günkü köhnə paltarların yerinə ödül verilən və nazir gələn günlərə məxsus paltarlarını geyibdir və dərs otağında rəsmi günlərə aid olan bir cov (atmosfer) var, amma mənim üçün təəccüb gətirən məsələ bu idi ki, dərs otağının axırında həmişə boş olan nimkətlərindəki (dərs partalarındakı) yerlərdə kəndin kişilərindən bir çoxu oturmuşdular. Onların arasında kəndxuda və məktub gətirən və bir çox tanınmış insanlar vardılar ki, hamısı qəmli görünürdülər. Bir yaşlı kişi əski bir əlifba kitabını dizləri üstündə açıb, qalın gözlüyün arxasından hərflərinə baxırdı. O anda mən ki gördüklərimə heyran qalmışdım, müəllimi gördüm ki, yerində oturdu, həmin məhəbbətli, amma qəmli səsilə ki, mənimlə danışmışdı, dedi:
“Övladlar! Bu son dəfədir ki, mən sizə dərs deyirəm. Düşmən hökm eləyib ki, bu bölgələrdə onların dilindən sonra başqa bir dildə dərs deyilməsin, yeni müəllim sabah gələcək və bu sizin öz ana dilinizdə olan son dərsdir ki, öyrənirsiz. Sizdən xahiş edirəm ki, mənim dərsimə diqqətlə qulaq asasınız. Bu sözlər məni çox pərişan elədi, bəlli oldu ki, kəndxudanın evinin divarındakı elanda yazılmışdı:
“Bundan sonra kəndin uşaqlarına öz ana dillərinin öyrənilməsi yasaq elan olunur”.

Bəli, bu mənim öz dilimdə olan son dərs idi. Məcbur idim daha onu başa düşmədən o azca öyrəndiklərimə qənaət eləyim. Nə qədər təəssüf eləyirdim ki, ondan öncələr ömrümü boşuna keçirdib, mədrəsə yerinə zamanımı bağlarda, çöllərdə oynamaqla başa vermişdim. O kitablar ki, bu ana qədər mənim üçün çətin və ağır gəlirdi, dil bilgisi və tarix dərsləri ki, bu zamana qədər zorla hazırıydım onlara baxam, indi mənim üçün əski dostlar hökmündə idilər ki, onlardan ayrılmaq məni çox kədərləndirirdi. Müəllimə görə də belə fikir eləyirdim, bu fikir ki, sabah o bizi tərk eləyib və bir daha onu görə bilməyəcəyik, bütün o acı tənbihləri və yediyim zopa zərbələrini, xatirələri ürəyimin səhifəsindən silirdi. Məlum oldu ki, müəllim bu son dərs günü üçün rəsmi paltarını geyib və ona görə də kəndin yaşlı və möhtərəm kişilərindən bir çoxu dərs otağının sonunda oturmuşlar. Sanki təəssüf eləyirdilər ki, bundan öncə mədrəsəyə gələ bilməmişdilər, ona görə də bu gün müəllimin dərsində hazır olmuşlar ki, onun 40 il çəkdiyi zəhmətlərdən təşəkkür eləsinlər.
Bu fikirlərdə batmışdım ki, gördüm mənim adım oxundu. Gərək durub dərsə cavab verəydim. Razı idim ki, bütün varlığımı verəm ta o çətinlikdə dil bilgisi dərsini uca səs ilə, kitaba baxmadan oxuya biləm, amma ilk anda çarəsiz qalıb cavab verə bilmədim, hətta cəsarətim olmadı ki, baş qovzayıb müəllimin gözünə baxım. Bu arada müəllimin səsini eşitdim ki, məhəbbətlə dedi:
“Otur övlad, səni qınamıram, sən özün yetərli qədər tənbih olmusan. Görürsən ki, nə baş verib, insan həmişə özünə deyir, dərs öyrənməyə zaman çoxdur, amma bax, gör ki, nə hadisələr mümkündür üz verə. Nə yazıq, bizim bədbəxtçiliyimiz budur ki, həmişə öyrənməyi bir ayrı günə saxlayırıq. İndi bu insanlar ki, zorla bizə müsəllət olublar, haqlıdırlar ki, bizi qınayıb desinlər: “Siz necə iddia eləyirsiniz ki, azad və bağımsız bir millətsiniz”. Amma, övlad, bu işdə təkcə cən yox, hamımızın günahı var. Atalar və analar sizi yetişdirib, bilgiləndirmənizdə o cür ki, gərək çalışmayıblar və bilməyiblər ki, sizi bir iş dalısıyca göndərsinlər ki, onlar üçün bir az daha pul gətirəsiz. Mən özüm məgər günahkar deyiləm, məgər dəfələrcə sizi dərs öyrənmək yerinə öz bağımda ağacları suvarmaqla məşğul eləməmişəm və evə getməyə həvəslənən günlərdə sizə icazə vermişəm ki, öz işlərinizin dalısıyca gedəsiz.
Müəllim çoxlu mövzularda danışandan sonra sözü milli və ana dilinə gətirib dedi:
“ Bizim dilimiz dünyanın şirin və gözəl dillərindən biridir və biz gərək bu dili öz aramızda qoruyub və heç bir zaman onu unutmayaq. Çünki, əgər bir el, biganə əlinə düşüb və məğlub ola, o zamanacan ki, öz dilini qoruyub saxlaya, dustaqda olan bir insan kimidir ki, öz zindanının açarı əlindədir”.
Sonra kitabı əlinə alıb dil bilgisi dərsinin birini oxudu, təəccüb eləyirdim ki, dərsi necə rahat düşünürdüm, hər nə ki, deyirdi nəzərimə asan gəlirdi, fikir eləyirəm qabaqca bu dərsə o qədər əlaqə ilə qulaq verməmişəm və müəllim də belə diqqətli və hövsələli dərs deməmişdi. Guya bu yaxşı insan istəyirdi bizimlə vidalaşmadan dərsi sona çatdırsın və bütün bilgilərini bizimlə paylaşsın, dərs sona çatdı və yazma növbəti yetişdi. Müəllim bizə yeni baş yazılar seçmişdi ki, onların içində Vətən, atalar sözü, ana dili” gözə dəyirdi. Bu baş yazılar ki, bizim mizlərin guşəsindən asılırdı, elə görünürdü, sanki dərs otağının dörd guşəsində bizim milli bayrağımız dalğalanırdı. Tərif etmək olmaz ki, hamı şagirdlər necə səssiz məşq eləməkdə çalışırdılar, o sükut və səssizlikdə kağıza çəkilən qələmlərin səsindən başqa bir səs gəlmirdi. Mədrəsə damında quşlar yavaş və səssiz oxuyurdular və mən onların nəğmələrinə qulaq verə-verə öz-özümə fikirləşirdim ki, bunları da məcbur edə biləcəklər ki, nəğmələrini biganə dilində oxusunlar? Bəzən də baxışımı məşq səhifəsindən götürürdüm, müəllimi görürdüm ki, yerində hərəkətsiz durub, donmuş və heyran baxışlarla ətrafına baxır, elə bil istəyirdi onun evitək sayılan mədrəsəni bütün əşyaları ilə ürəyinə yazıb saxlasın. Fikir eləyin, 40 il tamam olardı ki, bu evdə yaşayıb, bu mədrəsədə dərs demişdi. Təkcə dəyişiklik ki, bu müddətdə üz vermişdi, bu idi ki, miz və nimkətlər zamanın əsərində çürüyüb, rəngi atmışdı və balaca fidan (ağac) ki, ilk dəfə gələndə bağda əkmişdi. Nə ürək yandıran və çətin dərd idi, bu kişi indi gərək bu əşyaları buraxıb və fəqət mədrəsəni yox, bəlkə Vətən torpağını da tərk eləyirdi. Bununla belə o qədər güclü və soyuqqanlı idi ki, dərsin son saatını da başa çatdırdı. Yazı bölümünü qurtarandan sonra tarix dərsi dedi və şagirdlər uca səslə təkrar elədilər. Dərs otağının sonunda oturan yaşlı kişi ki, kitabı dizi üstündə açmışdı və qalın gözlüyün arxasından baxırdı, uşaqlarla səs-səsə vermişdi, onlarla bərabər dərsi təkrar eləyirdi. Səsi o qədər şövqlü idi ki, bizi də həyəcanlandırırdı və gülmək halında bizi ağlamaq tuturdu.
Nə yazıq ki, bu son gün xatirəsi ömür boyu mənim ürəyimdə qalacaqdır. Zaman sona çatdı və günorta yetişdi, o anda biganə əsgərlərinin şeypur səsi ki, məşq eləməkdən gəlirdilər, küçədə yayıldı, müəllim rəngi atmış halda yerindən qalxdı, o günədək o qədər böyük və əzəmətli görməmişdim onu. Müəllim dedi:
“Dostlar, mən..., mən...”, amma qəmli səsi boğazında boğuldu. Sözünü tamamlaya bilmədi, bir parça gəç götürüb, dərd və həyəcandan titrəyən əli ilə taxtada aydın xətt ilə yazdı: “Yaşasın Vətən!” O zaman durduğu yerdə başını divara dayadı və bunsuz ki, daha ayrı bir söz desin, əli ilə bizə işarə elədi, qurtardı, gedin Tanrı sizi qorusun!

Fransızcadan ixtisarlarla Azərbaycan dilinə çevirəni: Ayla Təbrizli





19-02-2023, 16:59
Yaponiya və ABŞ birgə təlim keçirdi


Yaponiya və ABŞ birgə təlim keçirdi

Yaponiya və ABŞ aviasiya sahəsində birgə təlim keçirib. Ümumilikdə təlimlərə 9 döyüş təyyarəsi cəlb edilib. Təlimlərin Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab xarakteri daşıdığı bildirilir. Qeyd edək ki, dünən Şimali Koreya “Hvason-15” raketini şərti hədəfi məhv etmək üçün buraxıb və raket Yaponiyanın 200 kilometrliyində okeana düşüb.
19-02-2023, 16:55
İsraildən İrana mesaj


İsraildən İrana mesaj

"Biz nüvə silahı əldə etmək və İsrailin şimal sərhədlərindəki Suriyada möhkəmlənmək üçün İrana icazə verməyəcəyik". Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Netanyahu kabinə toplantısında bu mövzuya toxunub və xalqın müdafiəsi naminə hər şeyi etdiklərini və gələcəkdə də edəcəklərini, hücumlar olarsa, lazımi cavab veriləcəyini bəyan edib. Qeyd edək ki, son vaxtlar İsrail və İran arasındakı gərginlik yenidən aktivləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!