20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
9-02-2023, 23:56
Türkiyəyə göndərilən humanitar yardımla bağlı statistika açıqlanıb


Türkiyəyə göndərilən humanitar yardımla bağlı statistika açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardımla bağlı statistik məlumatları açıqlayıb. Bu barədə XİN twitterdə paylaşım edib. Bildirilib ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb. Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Habelə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib. Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb. Ümumilikdə, qardaş ölkəyə 855 min manatlıq maddi yardım edilib.
9-02-2023, 23:52
Müharibəni biz başlatmamışıq, amma bitirməyə çalışırıq - Putin


Müharibəni biz başlatmamışıq, amma bitirməyə çalışırıq - Putin

Biz hər hansı müharibəyə başlamamışıq, lakin onu bitirməyə çalışırıq. Bunu Rusiya Prezidenti Vladimir Putin aviasiya sənayesinin nümayəndələri ilə görüşdə deyib. O, müharibənin başlamasına görə Ukraynanı ittiham edib. Putin iddia edib ki, müharibəni 2014-cü ildə dövlət çevrilişi həyata keçirən millətçilər və onlara dəstək verənlər başlayıb. "Hər şey bununla başladı, sonra Krım və Donbasda hadisələr oldu”, - deyə Putin bildirib.
9-02-2023, 23:22
Kiyevdə insan ölümüylə nəticələnən partlayış baş verib


Kiyevdə insan ölümüylə nəticələnən partlayış baş verib

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib. Bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb. Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.
9-02-2023, 23:20
Novosibirsk vilayətində matəm elan olundu


Novosibirsk vilayətində matəm elan olundu

Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub. Bu gün səhər saatlarında vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Nəticədə binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
9-02-2023, 23:09
Zəlzələ bölgəsindən təxliyə olunan 183 nəfər ölkəmizə çatıb


Zəlzələ bölgəsindən təxliyə olunan 183 nəfər ölkəmizə çatıb

8 fevral 2023-cü il tarixində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Hazırda Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
9-02-2023, 23:06
Zəlzələ nəticəsində 4 nəfər azərbaycanlı həlak olub


Zəlzələ nəticəsində 4 nəfər azərbaycanlı həlak olub

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!
9-02-2023, 21:40
Ermənistan prezidenti İran səfiri ilə bir sıra məsələləri müzakirə etdi


Ermənistan prezidenti İran səfiri ilə bir sıra məsələləri müzakirə etdi

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zöhuri Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regional məsələlər, habelə qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. İran səfiri iki ölkə arasında ticarət-iqtisadi dövriyyənin böyümə tempini artırmağın vacibliyindən danışıb.
9-02-2023, 21:36
Türkiyə Böyük Millət Məclisində fövqəladə vəziyyət rejimi təsdiqləndi


Türkiyə Böyük Millət Məclisində fövqəladə vəziyyət rejimi təsdiqləndi

Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiq olunması Böyük Millət Məclisində (TBMM) təsdiqlənib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qərara əsasən Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.
9-02-2023, 21:20
Zəlzələnin vurduğu ziyan 4 milyard dolları keçə bilər


Zəlzələnin vurduğu ziyan 4 milyard dolları keçə bilər

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərin vurduğu ziyanı ilkin olaraq 4 milyard dollar qiymətləndirib. Agentliyin açıqlamasında deyilir ki, dəymiş ziyanın məbləği daha da arta bilər. Bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Həmin gün 7,6 bal gücündə ikinci zəlzələ də olub. Türkiyədə son məlumatlara görə, ölənlərin sayı artıq 14 mini, yaralıların sayı isə 63 mini keçib. Suriyada 3500-dək adam ölüb, 2000-dən çox insan yaralanıb, lakin dağıntılar hələ də təmizlənir.
9-02-2023, 21:05
Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi


Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir. Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!