Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
17-02-2023, 23:59
Rusiya məğlub olmayana qədər Ukraynada sülh olmayacaq - Makron


Rusiya məğlub olmayana qədər Ukraynada sülh olmayacaq - Makron

Fransa prezidenti Emmanuel Makron müttəfiqlərini Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. Makronun sözlərinə görə, Rusiya ilə danışıqlar Ukraynanın əks-hücum əməliyyatından sonra ola bilər. O qeyd edib ki, indi Rusiya ilə dialoq vaxtı deyil. Fransa prezidentinin sözlərinə görə, Rusiya məğlub olmayana qədər Ukraynada sülh olmayacaq.
17-02-2023, 23:55
Rusiya Moldovanı işğal etməyi planlaşdırır - Zelenski


Rusiya Moldovanı işğal etməyi planlaşdırır - Zelenski

Bu gün Münhen Təhlükəsizlik Konfransının açılış mərasimi keçirilib. Konfransı videobağlantı vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenski açıb. Zelenski çıxışı zamanı bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin son “dayanacağı” olmayacaq və o, daha da irəli – keçmiş SSRİ-nin digər ölkələrinə gedəcək. Ukrayna lideri, həmçinin Rusiyanın Moldovanı işğal etməyi planlaşdırdığını deyib. Bundan əlavə, Zelenski müttəfiq ölkələrin liderlərini Ukraynanı dəstəklə bağlı qərarlarda tələsməyə çağırıb.
17-02-2023, 23:49
Türkiyədən 565 vətəndaşımız təxliyə olunub, 2 nəfər itkin düşüb


Türkiyədən 565 vətəndaşımız təxliyə olunub, 2 nəfər itkin düşüb

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hazırda təxliyə prosesi davam etməkdədir. Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib. Qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir. Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb. Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
17-02-2023, 23:35
Qəhrəman “Proteo”nun anım mərasimi təşkil edildi


Qəhrəman “Proteo”nun anım mərasimi təşkil edildi

Türkiyənin zəlzələ bölgəsində dağıntı altında qalaraq ölən Meksikanın axtarış-xilasetmə qrupuna məxsus "Proteo" adlı itin cəsədi ölkəsinə aparılıb. Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən "Proteo"nun cəsədini də özləri ilə aparıblar. Meksika Beynəlxalq Hava Limanında "Proteo" üçün xüsusi anım mərasimi təşkil edilib. İtin cəsədinin olduğu tabut Meksika bayrağına sarılaraq torpağa tapşırılıb. Qeyd edək ki, Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə prosesində iştirak edən "Proteo" fevralın 12-də həlak olub. "Proteo" Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Qvatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edib.

17-02-2023, 23:14
İranın nüvə silahını əldə etməməsi üçün əlimizdən gələni edirik - İsrail


İranın nüvə silahını əldə etməməsi üçün əlimizdən gələni edirik - İsrail

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün vasitələri müzakirə edir. Bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Tehranın istehsal etdiyi silahların yayılmasının qarşısını almaq üçün hərəkətə keçməlidir. “İran hazırda ən azı 50 fərqli ölkəyə pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla qabaqcıl silahların satılması üçün müzakirələr aparır", - deyə nazir bildirib. Münhen Təhlükəsizlik Konfransında çıxış edən Qallant İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün vasitələrin masada olduğunu vurğulayıb: "Biz İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün mümkün vasitələri - təkrar edirəm, bütün mümkün vasitələri masada saxlamalıyıq".
17-02-2023, 15:56
İranda yenidən etiraz aksiyaları baş qaldırıb


İranda yenidən etiraz aksiyaları baş qaldırıb

İranda yenidən etiraz aksiyalarına başlanılıb. Paytaxt Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin sentyabrında baş vermiş nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil olunub. Məlumata görə, Tehranla yanaşı, Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində keçirilən aksiyalarda molla rejiminin əleyhinə şüarlar səsləndirilib.
17-02-2023, 15:51
İranda körpələrə türk mənşəli ad qoyulması qadağan edildi


İranda körpələrə türk mənşəli ad qoyulması qadağan edildi

İran hakimiyyəti Güney Azərbaycanda yeni doğulan körpəyə türk mənşəli adın qoyulmasına icazə verməyib. Bu barədə "Mouze İran" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənədin verilməsindən imtina edilib. Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu əsas gətirərək ona doğum haqqında şəhadətnamə verməyib.
17-02-2023, 15:48
İlham Əliyev alman şirkətlərini ölkəmizə dəvət etdi


İlham Əliyev alman şirkətlərini ölkəmizə dəvət etdi

Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb. Bunu Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib. Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətə çatdırıb.
17-02-2023, 15:45
“Media haqqında” qanuna yeni cərimələr tətbiq edildi


“Media haqqında” qanuna yeni cərimələr tətbiq edildi

Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimələr hazırlanır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
17-02-2023, 15:41
FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım


FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!