20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
22-02-2023, 23:59
XİN Mirzoyanın çıxışına cavab verdi


XİN Mirzoyanın çıxışına cavab verdi

Fevralın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir: "Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil. Ermənistan tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir. Bu bir daha sübut edir ki, əslində Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə qeyd etmək istərdik ki, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir. Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik".
22-02-2023, 23:54
Ermənistandan gələn yük maşınları keçid məntəqəsində qalıb


Ermənistandan gələn yük maşınları keçid məntəqəsində qalıb

Ermənistandan gələn 2000-dən çox yük maşını Kazbek-Yuxarı Lars gömrük keçid məntəqəsində qalıb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan və Rusiya sərhədində toplanan yük maşınları hər iki istiqamətdə keçid gözləyir. Rusiya mətbuatının yaydığı xəbərə görə, bundan əvvəl Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bir hissəsi olan Qudauri-Kobidə mümkün qar uçqunları səbəbindən hərəkət qadağan edilib.
22-02-2023, 23:51
XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirdi


XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib. XİN-in açıqlamasında deyilir: "Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq. Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək. Azərbaycan, həmçinin Ermənistanın Azərbaycandan etirazların “təşkil edilməsini və dəstəklənməsini” dayandırmasını və Qarabağa “təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır. Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək".
22-02-2023, 23:47
İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində iranlı məmur ölüb


İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində iranlı məmur ölüb

Ötən həftənin bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsalı edilən obyektinə dəyib. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və bir iranlı məmur ölüb. Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı ümumilikdə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
22-02-2023, 23:31
İspaniyadan Ukraynaya tank yardımı


İspaniyadan Ukraynaya tank yardımı

İspaniya Ukraynaya hazırda təmirdə olan 6 ədəd "Leopard-2A4" tankı göndərəcək. Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib. "Ehtiyac olarsa və müttəfiqlərimiz tələb etsələr, bu rəqəm artacaq", - deyə nazir əlavə edib. Ekspertlərin sözlərinə görə, İspaniya ordusunda ümumilikdə 108 ədəd "Leopard-2A4" tankı var. Onların təxminən yarısı Şimali Afrikada, daha 53-ü isə Saraqosa yaxınlığındakı hərbi bazada saxlanılır.
22-02-2023, 23:28
Bayden moldovalı həmkarıyla görüşüb


Bayden moldovalı həmkarıyla görüşüb

ABŞ Prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Görüş Polşanın paytaxtı Varşavada baş tutub. Görüş zamanı liderlər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Sandu Baydeni ölkəsinə səfərə dəvət edib.
22-02-2023, 16:27
İlham Əliyev Anlaşma Memorandumunu təsdiq etdi


İlham Əliyev Anlaşma Memorandumunu təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanıb.
22-02-2023, 16:23
Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi


Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb. Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib. "Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.
22-02-2023, 16:19
Ermənistanın danışıqlar masasına geri qayıtması zəruridir - Ceyhun Bayramov


Ermənistanın danışıqlar masasına geri qayıtması zəruridir - Ceyhun Bayramov

"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına geri qayıtması zəruridir". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib. Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. C.Bayramov və L.Dokerti sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar. Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib. Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb.
22-02-2023, 16:12
Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq


Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Bunu eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib. “Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!