İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
3-02-2023, 23:42
Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi


Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi

İran prezidenti İbrahim Rəisi fevralın 3-də zəlzələdən zərər çəkmiş Xoy şəhərində əhalinin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan vilayətinin qubernatoru ilə telefon danışığı aparıb və yenidənqurma işlərinin sürətləndirilməsini istəyib. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, İran prezidenti telefon danışığı zamanı soyuq hava ilə əlaqədar müvəqqəti yerləşdirmə düşərgələrinin və sığınacaqların sayının artırılması və insanların ehtiyaclarının ödənilməsi barədə göstəriş verib. Qərbi Azərbaycan vilayətinin qubernatoru da öz növbəsində Rəisiyə son yardım vəziyyəti haqqında ətraflı hesabat təqdim edib. Onun sözlərinə görə, indiyədək Xoy şəhərində 60 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb və bu düşərgələrin sayı 100-ə çatdırılacaq. Son zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb. Xatırladaq ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələdən zərər çəkənlərin əsasən azərbaycanlılar olduğu bildirilir.
3-02-2023, 22:59
ABŞ-dan Gürcüstana 140 tonluq hərbi yardım


ABŞ-dan Gürcüstana 140 tonluq hərbi yardım

ABŞ Gürcüstana 140 ton hərbi yardım yollayıb. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi feysbuk səhifəsində məlumat verib. "Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik yardımı çatdırdıq. Birləşmiş Ştatlar Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstanı gücləndirməyə davam edəcək", - deyə səfirliyin paylaşımında qeyd olunub.
3-02-2023, 19:40
Əhməd müəllimin xeyir-duası


Əhməd müəllimin xeyir-duası

Kənd toya hazırlaşırdı. 10 gündən sonra Əhməd müəllimin oğlu Pənahın toyu olacaqdı. Əhməd müəllim kənddə elə adam idi ki, dilindən heç kəs bir acı söz eşitməmişdi. Onun oğlunun toyunda iştirak etməyi hər kəs səbrsizliklə gözləyirdi.
Əhməd müəllim səhər evdən çıxıb məktəbə gedəndə poçtalyonun verdiyi kağız onu məyus etdi. Oğlu Pənah hərbi təlimə çağrılmışdı.
Evə qayıtdı. Yoldaşı Sayalı xala Əhməd müəllimin belə tez qayıtmasının səbəbini soruşanda istədi ki, çağırışı gizlətsin, ancaq mümkün deyildi.
-Ay Sayalı Pənahı hərbi təlimə çağırıblar. Allah axırını xeyir eləsin. Ancaq necə edək, biz bu toy ərəfəsində bunu Pənaha necə deyək.
Sayalı xala kədərlənsə də çalışdı ki, büruzə verməsin. Pənah eşitməsin. Ancaq artıq gec idi. Pənah içəri otaqdan hər şeyi eşidirdi.
Otağa keçib anasının üzünə baxdı, dönüb atasına dedi: - Ata, çağırilmışam, gedib iştirak edəcəyəm. Burda nə var ki. Toy təxirə salına bilər, ancaq Vətən üçün çağırış təxirə salına bilməz. Kənddə belə bir ailədən bundan başqa hərəkət gözləmək olmazdı. Əhməd müəllim ailəsi ilə şagirdlərinə bir nümunə idi.
Pənah yaxınları və kənd camaatı ilə görüşüb hərbi təlimə yola düşdü. "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi döyüşlərə başladı. Onun döyüş yolu Füzulidən başlayaraq Zəngilana kimi davam etdi. Zəngilan uğrunda gedən döyüşlər zamanı düşmən gülləsi onun döyüş yoldaşı Tahiri ağır yaraladı. Güllə dolu kimi yaşır, Tahir isə yaralı halda açıq mövqedə qalıb. Pənah bir anda səngərdən çıxıb Tahiri qucağına alıb geri qayıtdı. Ancaq arxadan yağan güllələr onun da kürəyinə dəydi. Tahiri səngərə ata bilsə də özü səngərə çata bilmədi.
Pənahın Şəhidlik zirvəsinə yüksəldiyi vaxtdan iki il keçib. Kənddə bu iki il ərzində heç kəs toy etməyib. Heç kəsin Pənahdan sonra Əhməd müəllimin üzünə çıxıb toy edirəm deməyə üzü gəlmir. Qonşu kənddən Vaqifin oğlu Həzi kənddən Mustafa kişinin qızı Vəsiləni oğluna istəyib. Aralarında aparılan söhbət belə olub ki, toy olmadan qızı evdən sakitcə çıxarıb aparsınlar. Toy mərasimini oğlan evi öz kəndlərində etsin.
Mustafa kişi toy axşamı Əhməd müəllimin evinə gəlir. Əhməd müəllim evdə yoldaşı Sayalı xanım ilə oturub söhbət edirdilər. Mustafa kişinin gəlişini çox xoş qarşıladılar. Mustafa kişi astaca, utancaq səslə, Əhməd müəllim, qadan alım, səndən xeyir-dua alıb qızı sabah yola salmaq istəyirəm. Əhməd müəllim Mustafa kişini yola saldıqdan sonra üzünü Sayalı xanıma tutub deyir:
_Ay Sayalı, kənd camaatı bizim hörmətimizi ki, belə saxlayırlar gəl sabah biz də öz adımıza layiq hərəkət edək. Səhər açılan kimi Əhməd müəllimin gözü yolda idi ki, qonşu kənddən gələnlərdən xəbəri olsun. Və nəhayət toy adamlarının Mustafa kişi gilə getdiyini gördü. Toy maşınlarının belə sakit gəlib keçməsi müəllimi daha da sıxdı.
Sayalı xanımı da götürüb Mustafa kişinin qapısına getdi. Əhməd müəllim o vaxt çatdı ki, gəlin qapıdan çıxmaq üzrədi. Camaatla salamlaşıb keçdi Mustafa kişinin yanına. Dedi Ay Mustafa kişi indi sən icazə ver gəlini mən bir qədər gecikdirim. Hər kəs həyəcanla Əhməd müəllimə baxır ki, indi nə olacaq. Əhməd müəllim Vaqif kişidən xahiş etdi ki, bir maşın getsin və tez toyçuları gətirsin. Maşın getdi və yarım saat keçməmiş toyçular gəldilər. Əhməd müəllim üzünü xalqa tutub dedi:
- Mənim əziz xalqım, bilirsiniz ki, iki il öncə mən oğlum üçün toy etmək istəyirdim. Pənah getdi döyüşə və Şəhidlik zirvəsinə yüksəldi. Pənah bu zirvəyə yüksəldikdən sonra tək mənim yox hamınızın oğlunuz oldu. Bu kəndin hər bir gənci də Pənahın qardaş və bacılarıdır. O Vətən deyib yola düşdü ki, bu bacılarının namusunu qorusun, qardaşları sabahlarını xoş günlərə açsin. O, Şəhid oldu ki elindən, obasından toy səsi əskik olmasın. Çox sağ olun ki, mənim yolumu saxladınız. İndi isə mən sizdən xahiş edirəm ki, Pənahın yurdundan toy səsini əskik etməyin. Və üzünü zurnaçıya tutub uca səslə: çal Qəzənfər, bir el havası çal!
İki ildən sonra ilk dəfə zurna səsinə həsrət qalmış kənd yenidən toy libası geyindi. Əhməd müəllim yoldaşı Sayalı xanımla göz yaşı və kədərini xalqdan gizlədərək onlar üçün nə qədər ağır olsa da birlikdə qol qaldırıb oynadılar ki, Pənahın yurdundan sevinc əskik olmasın.

Polad POLADOV
3-02-2023, 17:27
Məqsədimiz Cənubi Qafqazın sabitlik və inkişaf bölgəsi olmasıdır - Çavuşoğlu


Məqsədimiz Cənubi Qafqazın sabitlik və inkişaf bölgəsi olmasıdır - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərindən danışıb. Nazir argentinalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub. "Ermənistan-Azərbaycan müharibəsindən sonrakı sülh addımları ilə bağlı həmkarımı məlumatlandırdım. Biz Azərbaycan və Türkiyə olaraq ortaq addım atmaq məsələsində səmimiyik. Ermənistanın da məsafə qət etməsi bu məqsədə yönələn önəmli addım olacaq. Məqsədimiz Cənubi Qafqazın da sabitlik və inkişaf bölgəsi olmasıdır", - deyə XİN başçısı bildirib. Nazir həm də Ukrayna müharibəsində sülhə nail olmağın vacibliyini vurğulayıb.
3-02-2023, 17:23
Serbiya prezidenti Qərbin Ukraynaya tank göndərməsinə münasibət bildirdi


Serbiya prezidenti Qərbin Ukraynaya tank göndərməsinə münasibət bildirdi

Serbiya prezidenti Aleksandr Vuçiç Qərb ölkələrinin Ukraynaya tank tədarükü həyata keçirməsinə münasibət bildirib. Vuçiç bunun Rusiyanın xeyrinə olacağını düşündüyünü açıqlayıb. "Məncə, bu, Rusiya cəmiyyətini birləşdirəcək və əməliyyatlara ictimai dəstək böyüyəcək. Düşünürəm ki, Ukraynaya tank göndərilməsi Rusiyanın xeyrinə olacaq", - deyə o bildirib. Qeyd edək ki, tarixən Rusiyanın müttəfiqi hesab olunan Serbiya son vaxtlar Ukraynanı dəstəkləyən bəyanatlarla gündəmə gəlir.
3-02-2023, 17:19
Səfirliyimizə qarşı törədilən terror aktının qəhrəmanları təltif olundu


Səfirliyimizə qarşı törədilən terror aktının qəhrəmanları təltif olundu

Fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalına layiq görülüblər.
3-02-2023, 17:15
Azərbaycan bərpaolunan enerji ixracatçısı potensialına malikdir - Aİ komissarı


Azərbaycan bərpaolunan enerji ixracatçısı potensialına malikdir - Aİ komissarı

Bərpaolunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Sırasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir. Bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. “Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Bizim enerji naminə proqramımız bərpaolunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nouhau texnologiyasını və özəl sərmayələri qoyur”, - deyə Aİ komissarı əlavə edib.
3-02-2023, 17:11
ABŞ-dan ərazi qarşılığında sülhün bərqərar olması təklifini almamışıq - Peskov


ABŞ-dan ərazi qarşılığında sülhün bərqərar olması təklifini almamışıq - Peskov

"Kreml Qərbin neft məhsullarının idxalına yeni embarqosuna mənfi münasibət bəsləyir, bu, bazarların daha da disbalansına gətirib çıxaracaq. Qərbin neft məhsullarının tədarükünə tətbiq etdiyi yeni embarqo fonunda Rusiya öz maraqlarını yaranan risklərdən qorumaq üçün tədbirlər görür". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. "Krımın təhlükəsizliyi etibarlı şəkildə təmin edilir, lakin Donbas hələ tam qorunmur, bu da olmalıdır. Biz ABŞ-dan Ukraynada ərazi qarşılığında sülhün təmin olunması barədə heç bir təklif almamışıq. Kreml Serbiya rəhbərliyinə Qərb tərəfindən görünməmiş təzyiqləri anlayır və Vuçiçin mövqeyini yüksək qiymətləndirir. Kreml Rusiya ilə Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyini gözləyir", - deyə o söyləyib. Sözçü Putinin parlament fraksiyalarının rəhbərləri ilə ayrıca görüşlərinin nəzərdə tutulduğunu da açıqlayıb.
3-02-2023, 17:05
İsveçsiz NATO-ya daxil olmayacağıq - Finlandiya naziri


İsveçsiz NATO-ya daxil olmayacağıq - Finlandiya naziri

Finlandiya baş naziri Sanna Marin ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb. O, Finlandiyanın İsveçsiz NATO-ya daxil olmayacağını bəyan edib. "Finlandiya və İsveç NATO üzvlüyü üçün birgə müraciət edib və hamı maraqlıdır ki, biz birlikdə daxil olaq. Hər iki ölkə bütün kriteriyalara cavab verir. Biz istəyirik ki, Türkiyə və Macarıstan tez ratifikasiya etsinlər. Xeyli səbəblər var ki, bunlara görə biz birgə müraciət etmişik və eyni vaxtda NATO üzvü olmağa ümid edirik", - deyə Marin bildirib. Qeyd edək ki, Türkiyə terrorla mübarizədə dəstək vermədikləri üçün bu ölkələrin NATO üzvlüyünə veto qoyacağını açıqlayıb.
3-02-2023, 17:01
Çavuşoğlu fəaliyyətini dayandıran konsulluqlarla bağlı sərt çıxış etdi


Çavuşoğlu fəaliyyətini dayandıran konsulluqlarla bağlı sərt çıxış etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Argentinanın xarici işlər və beynəlxalq ticarət naziri Santiaqo Kafiero ilə İstanbulda təşkil edilən birgə mətbuat konfransında bir sıra Avropa ölkələrinin konulluqlarını bağlamasından danışıb. Nazir bu addımı sərt tənqid edib. "Niyə bağladılar? Onlar deyirlər ki, terror təhlükəsi var. Əgər terror təhlükəsi varsa, xüsusən də biz müttəfiqiksə, bizə bu təhlükənin haradan gəldiyini deməməlidirlər? Deyirlər ki, bizdə konkret məlumat var, təhlükə var, bağlayırıq. Bəs bu kimdən gəldi, haradan gəldi, kim edəcək? Bunlar haqqında məlumat yoxdur. Doğru olan odur ki, bu məlumatları bizə, təhlükəsizlik bölmələrimizə, kəşfiyyat bölmələrimizə ötürməli idilər. Əgər belə bir təhlükə varsa, onu aradan qaldırmaq lazımdır. Daxili İşlər Nazirliyimizdən soruşuruq, konkret məlumat paylaşımı, kəşfiyyat paylaşımı yoxdur. Kəşfiyyatımızdan soruşuruq, konkret məlumat paylaşımı yoxdur. Yaxşı, bağladın, belə bir təhlükə var. Sən yalnız özünü düşünürsən? Əslində bu izahatların və bu qapadılmaların məqsədli olduğunu düşünürük. Dünən səfirləri nazirliyə çağıraraq məhz bunu dedik. Bəzi nazirlərlə də danışdıq. Dünən axşam Niderlandın xarici işlər naziri ilə də danışdıq. Buradan aldıqları müraciətləri həftəsonu İstanbula göndərəcək və vizalara baxacaq. Bu, xoş niyyət əlamətidir. Amma bütün ölkələrin konsulluqları bağlayarkən detalları bizimlə bölüşərək bu addımları atması məqsədəuyğundur. Əgər Türkiyə qeyri-sabitdirsə, Türkiyədə terror təhlükəsi olduğu təəssüratı yaratmaq istəyirlərsə, bu, dostluğa, müttəfiqliyə yaraşmaz. Xüsusilə AKP hökumətini, bizi seçki öncəsi çətin vəziyyətə salmağa çalışırlarsa, xalqımız bunun arxasında nə olduğunu çox yaxşı bilir. Bu, onlara heç bir xeyir vermir, məqsədlərinə xidmət etmir. Beləliklə, biz bir qədər dürüstlük, bir qədər səmimiyyət gözləyirik. Dünən səfirlərə verdiyimiz mesaj məhz budur. Dünən burada dedik ki, terror təşkilatlarının məkrli gündəminə xidmət etməsinlər. Eyni zamanda İŞİD və PKK başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq, xarici terrorçularla ən çox mübarizə aparan ölkə bizik. Digər tərəfdən, Daxili İşlər Nazirliyimiz Quranın yandırılmasından sonra xüsusilə bəzi ölkələrin missiyaları üçün təhlükəsizlik tədbirlərini artırdı. Biz artıq tədbirlər görürük. Biz bu məsələlərə həssas yanaşırıq, çünki bu missiyaları qorumaq bizim borcumuzdur. Amma bu hadisə ilə heç bir əlaqəsi olmayan bəzi ölkələri, Avropa ölkələrini də görürük və onlar da missiyaları bağlayırlar. Biz onu da bilirik ki, bəzi ölkələr başqalarına bu aksiyaya qoşulmağı təklif edirlər. Bizdə belə məlumatlar var. Yəni istənilən baxımdan bu izahatlar, qapadılmalar məqsədyönlüdür. Lazımi xəbərdarlıqları etdik. Bundan sonra konkret məlumat və sənədləri paylaşmadan belə üsullara getsələr, onlara qarşı atacağımız əlavə addımlar da olacaq. Bu mesajı onlara da verdik", - deyə Çavuşoğlu söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!